Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi qırğız dilində nəşr edilib
15.07.2010 [08:13]
üçcildliyin tərtibatçıları Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil Hacıyevdir. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri akademik, dünya şöhrətli yazıçı çingiz Aytmatovun qardaşı İlgiz Aytmatov, Ədibə Paşayeva, Qənirə Paşayeva, Aqil Hacıyev, Cavanşir Məmmədov, Nüsrət Məmmədov, Hikmət Məmmədov və Nəsir Məmmədovdur.
üçcildliyə ön sözü professor Aqil Hacıyev yazıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, hər cildi 550 səhifə olan üçcildlik Qırğızıstanın bütün kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz veriləcək.
Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev üçcildliyin qırğız dilinə tərcümə olunmasına və nəşrinə göstərdikləri köməyə görə Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədova, Azərbaycanda fəaliyyət göstərən “Avromed” şirkətinin baş direktoru Cavanşir Feyziyevə dərin minnətdarlığını bildirib. Yeni nəşrin Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrində müstəsna rol oynayacağına əminliyini bildirən Abdrahman Alımbayev vurğulayıb ki, bu nəşr Sovetlər birliyi dağılandan sonra Qırğızıstan və Azərbaycan ədəbi əlaqələrində ilk böyük hadisədir. A.Alımbayev əlavə edib ki, bu hadisənin Qırğızıstan və Azərbaycan tərəfindən geniş təbliğinə ehtiyac var. Akademik bildirib ki, Qırğızıstan alimləri bu kitab əsasında Mir Cəlalın yaradıcılığını tədqiq edəcək, yeni elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaq.
Qeyd etmək yerinə düşər ki, Qırğızıstanda Mir Cəlal Paşayevin yaradıcılığına böyük maraq var. Görkəmli alim, yazıçı və pedaqoqun ədəbi və elmi irsinin öyrənilməsi məqsədi ilə Qırğızıstan Milli Kitabxanasında Mir Cəlal adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi açılıb. Bu yaxınlarda Bakıda Qırğızıstanın, Azərbaycanın və Qazaxıstanın görkəmli alim, yazıçı və jurnalistlərinin iştirakı ilə Mir Cəlal Paşayevin Bişkekdə qırğız dilində nəşr olunmuş üçcildliyinin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45

