2021: ədəbi-mədəni həyatımızın tarixi ştrixləri
06.01.2022 [10:15]
Müşfiqə BAYRAMLI
Daha bir təqvim ilini geridə qoyduq. Yeni ümid, yeni arzular və inamla 2022-ci ilə keçid etdik. Artıq tarixə çevrilən 2021-ci il bir sıra mədəniyyət hadisələri ilə də yadda qaldı. İl ərzində ölkə daxilində və onun hüdudlarından kənarda həyata keçirilən tədbirlərin uğurlu nəticələnməsində, təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların, göstəriş və tapşırıqlarının böyük əhəmiyyəti var. Sadəcə, onların adlarını çəkmək kifayət edər ki, görülmüş işlərin çəkisi və miqyası haqqında təsəvvür yaransın. Beləliklə, ötən ilin mədəniyyət səhifəsini birlikdə vərəqləyək.
Prezident 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi
Ötən il Zəfərimizin ilk ildönümü və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi yadda qaldı. Qarabağ Zəfərimiz “Nizami İli” ilə davam etdi. Mədəniyyət Nazirliyinin bilavasitə dəstəyi ilə ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər, təqdimatlar və layihələr keçirildi. Ən möhtəşəm tədbirlərdən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihəsi idi.
Eləcə də dünyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradıldı. Bir sıra ölkələrdə dahi şairin büstü qoyuldu. Həmçinin şairin “Leyli və Məcnun” poeması əsasında yeni film ekranlaşdırıldı. İl ərzində videoçarxlar çəkildi, yaradıcılıq müsabiqələri keçirildi, kitablar çap edildi, səhnə əsərləri nümayiş olundu.
“Nizami Gəncəvi İli” başlığı altında Özbəkistan, Rusiya, Polşa, Misir, Ukrayna, Gürcüstan, Çin, İtaliya və digər ölkələrdə materiallar qələmə alındı.
“Bizim zəngin mədəniyyətimiz var”
2021-ci il mədəniyyət sahəsində kadr islahatları ilə də yadda qaldı. İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdi. Prezident Anar Kərimova indiki mərhələdə mədəniyyətimizin inkişafı, qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması, gənclərin milli-mənəvi ruhda tərbiyəsi və digər məsələlər ilə bağlı özünün tapşırıqlarını verib, nazirlik qarşısında mühüm vəzifələr qoydu.
Bizim zəngin mədəniyyətimiz var. Amma biz mədəni həyatımızı daha da zənginləşdirməliyik deyən Prezident İlham Əliyev vurğulayır: “...Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik”.
Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında Sərəncam imzalandı
Əlamətdar ilin yadda qalan hadisələrindən biri də Prezident İlham Əliyevin fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında Sərəncam imzalaması idi. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar tarixdir. Söz ustadının xatirəsinin abadlaşdırılması məqsədilə “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam da imzalandı. Bundan başqa, onun həyat və yaradıcılığına həsr olunmuş konfranslar, açıq dərslər, dəyirmi masalar, ədəbi-bədii gecələr, müsabiqə və yarışlar təşkil edildi. Həmçinin “Azərbaycanfilm” Kinostudiyasının 1972-ci ildə istehsal etdiyi “Aşıq Ələsgər” sənədli filmi Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olundu.
Fəxri adlar və mükafatlar
Ənənəvi olaraq, hər il mədəniyyət və incəsənət adamları müxtəlif fəxri adlara və mükafatlara layiq görülür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2021-ci ildə bir çox sənətkarlar Prezident təqaüdü və mükafata layiq görüldülər. Onlar müxtəlif fəxri adlar, orden və medallarla təltif olundular. Həmçinin 2021-ci il boyunca bir sıra sənət xadimlərimizin yubileyləri keçirildi.
Kinomuz üçün məhsuldar il oldu
Pandemiyanın yaratdığı müəyyən məhdudiyyətlərə baxmayaraq, ötən il Azərbaycan kino sənayesi üçün məhsuldar keçdi.
44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq salnaməsi yaratmış Ordumuzun müxtəlif qoşun növlərinin müharibədəki şanlı döyüş yolunu, şücaətini və Zəfərimizi əks etdirən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli filmlər nümayiş olundu. Həmçinin Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi böyük maraqla qarşılandı.
40 ildən sonra “Azərbaycanfilm” Kinostudiyasının texniki bazası əsaslı şəkildə yeniləndi. İl ərzində 40-dək bədii, sənədli, animasiya filmi çəkildi. Bu ekran əsərləri içərisində “Biz” filmi Türk dünyası beynəlxalq mükafatına layiq görüldü. 20-dək gənc kinematoqrafçı beynəlxalq festivalda iştirak etdi.
Beynəlxalq mədəni əməkdaşlıqda yeni uğurlar əldə olundu
Yola saldığımız ildə, beynəlxalq mədəni əməkdaşlıq sahəsində də uğurlarla müşayiət olundu. ICESCO-nun Baş direktoru ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizdə oldu. Eləcə də Şuşa şəhərinin qarşıdakı illərdə islam və türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı ICESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirildi.
Həmçinin UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası 2022-2025-ci illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçildi. Ölkəmiz həm də UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə də üzv oldu. Bütün bunlar ölkəmizin beynəlxalq mədəni əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınmasının bariz nümunəsidir.
148 yaşlı teatrımız tamaşaçısına qovuşdu
Məlum olduğu kimi, bu il Azərbaycan Milli Teatrı 148-ci yaşını tamaşaçısız qeyd etdi. COVD-19 virusu səbəbilə teatrlarımız öz səhnə əsərlərini onlayn formada nümayiş etdirdilər. Uzun fasilədən sonra bu ilin oktyabrın 1-dən etibarən teatr və kinoteatrların fəaliyyətinə icazə verildi. Sənətsevərlər öz müqəddəs məkanlarına, əməksevərlər isə öz işlərinə qovuşdular. Qısa müddət ərzində repertuar hazırlıqlarına başlayan mədəniyyət ocaqlarımız bir-birindən maraqlı və rəngarəng səhnə əsərləri, həmçinin premyeralar təqdim etdi.
Sənət nümunələrimiz bir sıra ölkələrin səhnəsində də layiqincə təmsil olundu. Belə ki, Sankt-Peterburqda dünya şöhrətli Mariinski Teatrında, Moskva vilayəti Dövlət Akademik Balet Teatrında və Dövlət “Russkiy balet” Teatrında görkəmli bəstəkarlarımızın baletləri nümayiş olundu. Qürur hissi ilə deyə bilərik ki, hər bir tamaşa anşlaqla keçdi.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
Postmüharibə, Zəfər və quruculuq ili olan 2021-ci ildə İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli idi. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan xalqının öz tarixinə, ənənələrinə, mədəniyyətinə sonsuz ehtiramının ifadəsidir.
Qeyd edək ki, Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.
Şuşada “Xarıbülbül” festivalı: Biz qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 12-13-də “Xarıbülbül” musiqi festivalının ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunması 2021-ci ilin kulminasiya nöqtəsi idi. Düz 32 il Cıdır düzü belə bir möhtəşəmliyin həsrətini çəkirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin rəhbəri kimi səsləndirdiyi “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” fikirləri hər bir azərbaycanlıda xoş anlar yaşatdı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırdı.
Dövlət başçımızın sözləri ilə ifadə etsək, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək.
Festival daha bir layihə ilə də yadda qaldı. Belə ki, festival zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Əbədi imzalar” layihəsi təqdim olundu.
Bu il həm də 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün büstləri öz yurd-yuvasına qovuşdu. Erməni vandalizminin şahidi olan güllələnmiş büstlər Şuşada əvvəlki yerlərinə qoyuldu.
Vaqif Poeziya Günləri - sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramı
Bayram-bayrama qarışdı. 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olundu. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənildi, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edildi.
Bir sözlə, Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi.
Mədəniyyətin Qarabağa qaytarılması
İl ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlər həyata keçirildi. Belə ki, işğaldan azad olunan ərazilərdə 403 mədəniyyət abidəsinə baxış keçirildi. Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırıldı, həmçinin abidələrin elektron xəritələri hazırlandı. Nəticə etibarilə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edildi.
Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Dövlət başçısının 29 dekabr 2021-ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması bu baxımdan çox mühüm əhəmiyyətə malikdir.
2022- ci ildə hansı yeniliklər gözlənilir?
Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etməsi xəbərinin sevinci hələ də davam edir. “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq. Cari ildə Şuşanın 270 illiyi münasibətilə şəhərdə böyük konsert proqramı təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

