Mədəniyyət ocaqlarının “Qan yaddaşı”
18.01.2022 [10:52]
20 Yanvar şəhidlərinin əziz xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
MÜŞFİQƏ
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin 32-ci ildönümü tamam olur. Məlum olduğu kimi, hər il ölkəmizdə, eləcə də Azərbaycanın sərhədlərindən kənarda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir, bu faciədə şəhid olmuş qəhrəmanların xatirələri anılır.
“Qarabağnamə” 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf olunacaq
Bir sıra teatr və mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Məsələn, yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşasını növbəti dəfə təqdim edəcək.
Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, teatrın tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşasının musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Güclü milli ruh aşılayan səhnə əsərinin başlıca mövzusu isə xanlıqları birləşdirib vahid dövlət yaratmaqdır. Bildirilib ki, erməni fitnəkarlığının qurbanı olan İbrahim xan və şücaəti ilə ürəkləri riqqətə gətirən Cavad xan obrazları izləyənlərin yaddaşından silinməyəcək. Tamaşaçılar tərəfindən hər dəfə maraq və çoşqu ilə qarşılanan sözügedən səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri baş tutacaq
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında da 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri baş tutacaq. Yanvarın 19-da keçiriləcək tədbir faciə zamanı ölkəmizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi anılacaq. Anım tədbiri vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək. Konsertdə baş dirijor Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
20 Yanvar şəhidlərinin xatirəsi bölgələrdə də yad ediləcək
Eləcə də Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar yeni səhnə əsərini təqdim edəcək. Rafiq Səməndərin “Şəhidlər” əsəri əsasında hazırlanan tamaşada yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapacaq.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, şəhidlərin xatirəsinə həsr edilmiş tamaşa üçün xüsusi dekorasiya hazırlanacaq. “Şəhidlər” tamaşası ilə yanaşı, teatrın kollektivi 20 Yanvar faciəsini özündə əks etdirən xüsusi kompozisiya üzərində də işləyir. Tamaşa yanvarın 19-u və 20-si Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək.
20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək
O cümlədən ölkənin bir sıra muzey və sərgi salonlarında da 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım tədbirlərinin keçirilməsi planlaşdırılıb. Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “20 Yanvar qan yaddaşımızdır” adlı sərgi təşkil olunub. 20 Yanvar faciəsini əks etdirən foto, rəsm və məlumatlardan ibarət sərgi yanvarın 21-dək davam edəcək.
“Qanlı Yanvar” filmi nümayiş olunacaq
Yanvarın 20-də Sabunçu Gənclər Evində “Qanlı Yanvar” filmi nümayiş olunacaq. Rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

