Qafqazşünaslığa qiymətli töhfə
26.04.2011 [09:47]
Ensiklopediya Qafqaz xalqlarının etno-siyasi, sosial-iqtisadi və mədəni inkişafı kontekstində hazırlanıb. Bu nəşr bütövlükdə cəmiyyətşünaslıq və mədəniyyətşünaslıq materiallarından, Qafqaz xalqlarının tarixi, mədəniyyəti, ənənələri, iqtisadi inkişafı, məişəti, dünya baxışları, mədəni irsi və folkloru ilə bağlı mühüm tədqiqatları özündə cəmləşdirib. Kitab dünya geosiyasətində Qafqazın etno-tarixi rolunun dərindən dərk edilməsinə yönəlib. Kitabın funksional strukturu və məzmunu Qafqaz sosiumunun tarixi ümumiliyini və bənzərsiz xüsusiyyətlərini konseptual mövqedən göstərməyə imkan verir.
Bu ensiklopediya çox zəngin milli, siyasi, mədəni və etnik xüsusiyyətlərə malik olan Qafqaz xalqlarının tarixi inkişaf proseslərini kompleks şəkildə öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. Professor İradə Hüseynovanın bu əsəri Azərbaycan Milli Elmlər Akademiyasının hesabatında mühüm elmi nailiyyət kimi qeyd edilib.
“Qafqazın tarix ensiklopediyası” müəllifin çoxillik elmi araşdırmalarının məntiqi nəticəsidir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın ensiklopediyaya yazdığı “ön söz”də bu əsərə yüksək qiymət verilib: “Tarix elmləri doktoru, professor İradə Hüseynovanın bu əsəri, şübhəsiz, vaxtında yazılmış, ehtiyac duyulan əsərdir. O, milli elmə, eləcə də, dünya elminə sanballı töhfədir və oxucuların böyük marağına səbəb olacaqdır”.
Milli ensiklopediyanın direktoru akademik Tofiq Nağıyevin fikrincə, “Qafqazın tarix ensiklopediyası” son dərəcə qiymətli, nüfuzlu tarixi mənbə, tarix elminin inkişafı yolunda yeni uğurlu addımları təcəssüm etdirən stolüstü kitabdır”. Təcrübəli tədqiqatçı alim, professor İradə Hüseynova Qafqaz xalqlarının təsərrüfat və mədəni həyatında, onların sosial-iqtisadi sistemində, dillərində, adətlərində, ənənələrində tarixi inkişafın müxtəlif dövrlərində baş vermiş dəyişiklikləri təhlil edib.
Qeyd etmək lazımdır ki, müəllif bu nəşrdə Qafqaz regionunun bütün tarixi inkişaf dövrünü əhatə edir. İstedadlı alim qədim tarixə geniş ekskurs edərək etnosların yaranması, onların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri, mədəniyyətlərin bir-birinə nüfuz etməsi problemlərinə toxunur, konkret tarixi faktlar və hadisələr nümunəsində Qafqaz xalqlarının çoxşaxəli həyatını işıqlandırır.
Yüksək milli, mənəvi-əxlaqi və ümumbəşəri dəyərləri əsas tutan müəllif müasir mərhələdə uğurlu daxili və xarici siyasət yeridən, dünya səhnəsində mehriban qonşuluq, əməkdaşlıq və tolerantlıq prinsiplərinə əsaslanaraq öz münasibətlərini quran Azərbaycanın lider mövqeyini şərtləndirmiş amilləri hərtərəfli və dərindən təhlil edir. O, tamamilə haqlı olaraq görkəmli dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılmasında və möhkəmlənməsində müstəsna rol oynadığını göstərir.
Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyevin kursunu ləyaqətlə davam etdirən İlham Əliyevin ölçülüb-biçilmiş siyasəti və yorulmaz fəaliyyəti sayəsində respublikamız dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Azərbaycan mühüm beynəlxalq və regional inteqrasiya proseslərinin təşəbbüsçüsü olub, təkcə öz xalqının deyil, bütövlükdə regionun rifah səviyyəsinin artmasını təmin edib.
Ensiklopediyada Azərbaycanda mədəniyyətin, elmin, təhsilin inkişafı üçün böyük səy göstərən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə mühüm yer ayrılıb.
Ensiklopediyanın yuxarıda sadalanan məziyyətləri, eləcə də, burada təqdim edilmiş dərin elmi araşdırmalar bu nəşrin əhəmiyyətini təmin edib. Bu sanballı əsər Qafqaz xalqlarının daha da yaxınlaşmasına kömək edəcəkdir: Regionun hər bir sakini bu əsərdə öz vətəni - respublikası, vilayəti, rayonu, kəndi haqqında, özünün soy-kökü, tarixi, mədəniyyəti, sosial-iqtisadi quruluşu, adət-ənənələri, fəlsəfı baxışları barədə tam məlumat əldə edəcək və bütövlükdə dünyagörüşünü genişləndirə biləcəkdir.
Ensiklopediya tarix, mədəniyyət etnoqrafıya, geosiyasət, beynəlxalq və dövlətlərarası münasibətlər məsələləri ilə məşğul olan alimlər, müəllimlər, politoloqlar, mütəxəssislər, magistrlər və tələbələr üçün, eləcə də, geniş oxucu auditoriyası üçün nəzərdə tutub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

