"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin altıncı cildi çapdan çıxıb
30.04.2011 [09:48]
AzərTAc xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış “İnkişaf - məqsədimizdir” adlı çoxcildliyinin 6-cı cildindən, Naxçıvan şəhərindəki Heydər Əliyev adına orta məktəbin açılışı mərasimindəki nitqindən götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına orta məktəbin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyevin nitqi ilə açılan bu cilddə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətə, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi üçün aparılan siyasi və iqtisadi islahatlara, dost və qonşu ölkələr arasında bütün sahələrdə qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapıb. Bu materiallar 2004-cü ilin sentyabrından oktyabrınadək olan dövrü əhatə edir.
Bu cilddə blokada şəraitində yaşayan Naxçıvan MR-də olduğu günlərdə ictimaiyyətin nümayəndələri, həmçinin, Afina yay olimpiya oyunlarında iştirak etmiş idmançılarla Prezidentin görüşlərinə dair materiallar verilib.
Kitabda Prezident İlham Əliyevin Fransaya, ABŞ-a, Qazaxıstana, Rumıniyaya rəsmi səfərləri barədə materiallar, bu ölkələrin dövlət və hökumət başçıları, siyasi xadimləri ilə söhbətləri və dərin məzmunlu nitqləri, kütləvi informasiya vasitələrinə müsahibələri dərc edilib.
Cilddə, həmçinin, Prezident İlham Əliyevin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Əsrin müqaviləsinin” 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqi, Azərbaycanın iqtisadi inkişafından, beynəlxalq aləmdə artan nüfuzundan bəhs edən çıxışları, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar ATƏT və Avropa Şurası rəhbərləri ilə danışıqları yer alıb.
Yeni cilddə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair imzalanmış sənədlər, Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı söhbətlərin mətni əksini tapıb.
Burada, həmçinin, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Bərdə rayonuna səfəri zamanı əhali ilə görüşlərində Azərbaycanın sürətli inkişafına, xalqımızın rifahı və tərəqqisi naminə aparılan geniş iqtisadi və siyasi islahatlara həsr olunmuş çıxış və nitqləri də verilib.
Bu nəşrdə dövlətimizin başçısının nitq və çıxışları ilə yanaşı, dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri və bəyanatları da toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18

