Aşıq sənətimizin zirvəsi...
07.03.2024 [11:33]
Dədə Ələsgərin anım günüdür
Yeganə BAYRAMOVA
Onun yaradıcılığının poetik yükü və miqyası Azərbaycan ədəbi tənqidinin formalaşmağa başladığı ilk vaxtlardan diqqəti çəkib. Doğulub yaşadığı Göyçə mahalında, Qarabağ, Zəngəzur, Qarakilsədə, həmçinin İran və Dağıstana qədər uzanan geniş arealda məşhurlaşmışdı. Aşıq və el şairləri arasında unikal şeirləri ilə seçilirdi. Söhbət aşıq sənətimizin ən populyar nümayəndələrindən olan Aşıq Ələsgərdən gedir.
Bu gün Dədə Ələsgər kimi də xatırlanan aşığın vəfatından 98 il ötür. A.Ələsgər kiçik yaşlarından xüsusi təhsil ala bilməmişdi. Saz sənətinin bir çox sirrini kənd camaatının içində, el sənətkarlarının, ağsaqqalların yanında öyrənmişdi. İlk şeirlərini də yeniyetməlik çağlarında aşıqların təsiri ilə söyləmişdi. Atası Ələsgərin saza, şeirə bağlılığını gördükdən sonra onu Aşıq Alının yanına aparır. Aşıq Alı ona aşıqlıq sənətinin sirlərini, el şənlikləri, toy məclislərini müstəqil idarə etməyi öyrədir. Beləliklə, Ələsgər aşıq kimi çox tez tanınır. Bir gün Göyçənin Qızılbulaq kəndində, Böyük Ağanın evində qurulan məclisdə Aşıq Alı və gənc şagirdi deyişirlər. Sonralar bu məclis barədə dastanlar deyildi. Kimi Aşıq Alının öz şagirdini daha da şöhrətləndirmək, el içində ucaltmaq qəsdilə ona məğlub olduğunu, bəziləri isə gənc aşığın söz döyüşündə ustadını yendiyini söylədi. Qaydaya görə, deyişmədə məğlub olan öz sazını qalibə təslim etməlidir və Aşıq Alı da sazını Aşıq Ələsgərə uzatdı.
Gənc aşıq böyük bir sınağa çəkilmişdi. Aşıq Alı kimi ustada üstün gəlmək, sazını əlindən almaq dastanlara sığmayan hünər olardı. Ancaq o gün Aşıq Ələsgər yalnız aşıqlıq sənətində deyil, mərifət elmində də kamil olduğunu göstərdi. Ustadının qarşısında baş əyib ehtiramla dedi:
“Bir şəyir ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar”.
Aşıq Ələsgər yaradıcılığında Göyçənin toponimləri, tarixi qaynaqları və adət-ənənələri çox sərrast həkk olunub. Aşıq özünü yaradıcılığında tez-tez təqdim edir, bu isə onun Vətəni-doğulub boya-başa çatdığı Göyçəsinə məhəbbətindən, kökünə olan hörmət-izzətindən irəli gəlir:
“İstəsən ki, Ələsgəri görəsən,
Göyçə mahalıdı mahalım mənim!”
Aşıq Ələsgər Azərbaycan xalqı üçün bir folklor dünyasıdır. O, eyni zamanda, əməksevərliyi ilə nümunə olub. Lap qoca yaşlarında belə əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınıb.
1915-ci ildə aşığın həyatında kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi. Aşıq 1926-cı il martın 7-də 104 yaşında doğulduğu kənddə vəfat edib və Ağkilsə qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci fevralın 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.
A.Ələsgər obrazında xalqın folkloru, etnoqrafiyası, məişəti, sazı, sözü, inamı, inancı, tarixi keçmişi, yaradıcı potensialı cəmlənib. Haqqında nə qədər yazılmasına, araşdırmalar aparılmasına, tədqiqatlar ortaya qoyulmasına baxmayaraq, bundan sonrakı mərhələdə də A.Ələsgər təkrar-təkrar, yeni baxışlar, yeni istiqamətlər işığında öyrənilməli, yaradıcılığı və şəxsiyyəti haqqında araşdırmalar davam etdirilməlidir.
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14

