"Yaxşı Cazibə"nin arzuolunmaz sonluğu
20.06.2012 [15:07]
Türkiyənin “Süreç film” şirkəti tərəfindən hazırlanaraq 2 il müddətində ATV kanalı vasitəsilə nümayiş etdirilən və Azərbaycanda da geniş tamaşaçı auditoriyası qazanmış “Yaxşı Cazibə” filmi ötən həftə başa çatıb. Lakin serialın final bölümü tamaşaçılarda, xüsusilə də azərbaycanlılarda haqlı etiraz doğurub. Daha doğrusu, filmin final seriyasında hadisələr indiyə qədərki süjet xəttinin tamamilə əksinə cərəyan edib. Ən bağışlanmaz hal isə ondan ibarətdir ki, filmin qəhramanı- azərbaycanlı qadın Cazibə son seriyada fırıldaqçı, xəyanətkar kimi qələmə verilib. Belə ki, serial boyu namuslu, evcanlı, sevdiyi insan üçün fədakarlıq edən obraz kimi təqdim olunan Cazibə finalda pul üçün kişilərlə evlənib, onları aldadan bir qadın kimi təqdim olunur.
Azərbaycanlı qadının şeytan obrazında qələmə verilməsi Azərbaycan türklərinin milli qürurunu aşağılamaq anlamına gəlir
Təbii ki, filmin yaradıcı heyətinin bu addımı Azərbaycan tamaşaçılarının, ölkəmizin ziyalılarının böyük narazılığına və etirazına səbəb olub. çünki populyar bir serialda azərbaycanlı qadının mənəviyyatının bu qədər saxtalaşdırılması, onun şeytan obrazında qələmə verilməsi Azərbaycan türklərinin milli qüruruna sataşmaq və onu aşağılamaq anlamına gəlir. Qeyd edək ki, artıq bir neçə gündür Türkiyə və Azərbaycan KİV-lərində bununla bağlı etirazlar səsləndirilməkdədir. Məsələn, Türkiyə mətbuatı yazır ki, Azərbaycanda böyük auditoriyası olan filmin bu cür başa çatması azərbaycanlıların və türkiyəlilərin qəzəbinə səbəb olub. İzləyicilər sosial şəbəkələrdə filmin çəkiliş heyətinə kəskin etiraz ediblər. Bu serialın məhz qardaş Türkiyədə fəaliyyət göstərən bir telekanalın məhsulu olması isə Azərbaycan xalqının narazılığını daha da artırıb. Bu məqam məsələ ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrdə də xüsusi olaraq qabardılır. Haqlı olaraq bildirilir ki, “Azərbaycanlı qadınlar namuslarına bağlıdırlar. Bəs biz sizin qardaşınız idik? Sizin qardaşlığınız da bu qədərdir, maddiyyatın başladığı yerdə qardaşlıq bitir”.
Anti-Azərbaycan dairələri üçün növbəti “zəif bənd” - Gani Müjdə
Maddiyyat barədə bir qədər sonra. Hələlik isə məsələyə dair ortaya çıxan bir iddia üzərində dayanmaq məqsədəuyğun olardı. Belə ki, sözügedən filmin son bölümünə dair gedən müzakirələr zamanı bu məsələdə xarici anti-Azərbaycan dairələrinin əlinin olduğu barədə iddialar da səsləndirilib.
Əslində, bu iddialar Azərbaycan vətəndaşlarının Türkiyədən belə münasibət gözləmədiyinin açıq göstəricisi kimi anlaşıla bilər və kifayət qədər ağlabatandır. O baxımdan ki, bəhs edilən anti-Azərbaycan dairələrinin ölkəmizi qaralamaq üçün fəaliyyətdə olduqları, əllərinə düşən ən cüzi imkandan belə istifadə etdikləri kimsəyə sirr deyil. ölkəmiz “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququ əldə etdiyi gündən isə həmin dairələr daha da azğınlaşıblar. ötən bir il ərzində “Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməməsi üçün hər yola baş vuran, bütün çirkin metodlardan istifadə edən, dövlətimizə qarşı olmazın hədyanlar yağdıran həmin dairələr sonda yenə məğlub duruma düşdülər. Azərbaycan dövlətinin qüdrəti, xalq-iqtidar birliyi bundan əvvəl olduğu kimi, yenə də bütün maneələri uğurla dəf etdi. Azərbaycan bu mötəbər mahnı müsabiqəsinə ev sahibliyi etdi. özü də ölkəmizdə keçirilən yarışma təşkilati və hazırlıq baxımından “Eurovision” tarixinə qızıl hərflərlə yazıldı desək, yanılmarıq.
Təbii ki, bütün bunlar düşmənlərimizi, anti-Azərbaycan dairələrini daha da aqressivləşdirib. Və ölkəmizə təzyiqlər etmək üçün müxtəlif zaman kəsimlərində çeşidli üsullara əl atan bu dairələr hər dəfə “kəşf etdikləri” “zəif bənd”lərdən yararlanmağa çalışıblar. çox güman ki, həmin dairələrin aşkarladıqları növbəti “zəif bənd” məhz “Yaxşı Cazibə” filminin ssenari müəllifi Gani Müjdə olub. Daha dəqiq desək, ehtimal etmək olar ki, bu ssenaristin maddiyyatı, yaradıcılıqdan üstün tutduğunu bilən məlum dairələr, bu dəfə də onun vasitəsilə ölkəmizə qarşı hansısa çirkin oyunlar qurmağa cəhd ediblər. Nəticədə də məlum olay meydana çıxıb.
çünki kimsəyə sirr deyil ki, anti-Azərbaycan dairələrinin məkrli planının növbəti mərhələsində qardaş və əbədi müttəfiq olan Azərbaycanla Türkiyəni bir-birindən incik salmaq, onların münasibətlərinə xələl gətirmək, bu ölkələr arasında şübhə toxumu əkmək kimi məkrli niyyətlər dayanır. Və heç şübhəsiz, onlar bu işdə gani müjdələrin “zəhmətindən” bəhrələnməyi də vacib bilirlər.
Gani Müjdə gah nala vurur, gah mıxa
Beləliklə, bütün bu sadalananlar “Yaxşı Cazibə”, daha doğrusu, Azərbaycan qadını obrazının ətrafında türklər demiş hansı dolabların döndüyünə işıq salır. Bu arada onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, filmin ssenari müəllifi öz bəd əməlinə haqq qazandımaq üçün müəyyən cəhdlər edib. Lakin bu cəhdlər daha çox bizim “gah nala vurur, gah mıxa” el məsəlini xatırladır. Gani Müjdənin “Final seriyasında azərbaycanlı qadınların təhqir olunduğunu, aşağılandığını deyən dostlar! 92 seriyadan bəri yerdən yerə vurduğum Simge də Türkiyə vətəndaşı, türk idi. Gərəksiz inciklik, dəymədüşərlik etməyin” tipli açıqlamalarla belə bir rəzalətə haqq qazandırmaq cəhdi isə bu insanın və onun fikrini bölüşənlərin maddiyyatı hər şeydən üstün tutduqlarını, türk, Azərbaycan qadınına qarşı həqarətlərini açıq nümayiş etdirir. çünki o, özü çəkdiyi serialda türk qadının təhqir olunduğunu təsdiqləyir. Halbuki, kimsə Gani Müjdədən Simgənin aşağılanmasını istəməmişdi. Digər tərəfdən, görünür maddiyyat bu adam üçün hər şey deməkdir ki, o bir gün türk qızını, başqa gün isə azərbaycanlı qızını öz təbiri ilə desək “yerdən yerə vurmağa” üstünlük verir.
Bu arada, Türkiyə mətbuatının yazdığına görə, Cazibə rolunu canlandıran Aslıhan Gürbüz müqaviləni uzatmaq istəməyincə, ssenarist gözəl və istedadlı aktrisadan qisas almaq qərarına gəlib. Elə o özü də dolayı yolla bunu təsdiq edib.
Türkiyə Ssenariçilər Birliyinin üzvlərinin açıqlamaları isə Gani Müjdənin bəraət cəhdlərinin məntiqsiz olduğunu üzə çıxarıb: “Serialın son seriyasında Cazibə kişilərə pula görə ərə gedən fırıldaqçı qadın kimi təqdim olundu. Sayğılı Gani Müjdənin tamaşaçıları axmaq sayması təəssüf doğurur. çünki serialdakı obrazın kişilərə fırıldaq gəlməsi mümkün deyil. Axı ssenariyə görə, Cazibə pul verib ərə gedir və belə nikaha görə kimsədən pul almır. Belədirsə, o, insanları necə aldadıb, fırıldaq işlədib, hansısa mənfəətin müqabilində o qədər nikah bağlayıb?”.
Belə olan halda ortaya “əcəba Gani Müjdəni bu yanlışlıqları yapmağa hansı güc, yaxud güclər (bəlkə də maraqlar-N.A) vadar edib” sualı çıxır. Və heç şübhəsiz həmin sualın cavabını da məhz bu “başıbəlalı” ssenaristin özü bilir.
Yeri gəlmişkən, Azərbaycanın tanınmış aktrisası, “Yaxşı Cazibə” serialının baş məsləhətçisi Məlahət Abbasova KİV-ə açıqlamasında “Filmin bu cür bitməsi mənim milli qürurumu sındırdı” deyib. Aktrisa bildirib ki, o, filmin baş məsləhətçisi olmasına baxmayaraq, finalın bu cür bitəcəyindən xəbərsiz olub. Lakin qüruru sınan təkcə Məlahət xanım deyil. Gani Müjdə bu addımı ilə Azərbaycan qadınına həqarət edib və onun qüruruna sataşıb. Doğrusu, Azərbaycan ictimaiyyəti Türkiyə ziyalısından, yaradıcı insanlarından özünə qarşı bu qədər alçaldıcı münasibətin ortaya qoyulacağını ağlına belə gətirə bilməzdi. Odur ki, bu məsələdə günahı olanlar ciddi tənqidə məruz qalmalı, ilk növbədə Türkiyə ictimaiyyəti, ziyalıları tərəfindən kəskin qınanmalıdırlar.
Azərbaycan qadınları həmişə mərd, igid, qeyrətli olublar
Və sonda, Gani Müjdənin nəzərinə çatdırmaq istəyirik ki, “Aslanın erkəyi dişisi olmaz” prinsipinə əsaslanan Azərbaycan qadını öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıb. Əsrlərin yaddaşında qalan izlər qadınlarımızın qəhrəmanlıqla dolu keçmişindən söz açır. Azığ mağarası və Qobustan qayaüstü şəkilləri buna sübutdur. Azərbaycan qadınının fəal rolu ölkəmizin tarixində və mədəniyyət abidələrində qabarıq və inandırıcı olaraq öz əksini tapıb: “Avesta”da ilahə Anahit (e.ə. III minillik), “Dədə-Qorqud”da Burla Xatun, Selcan xatun, Banuçiçək, “İsgəndərnamə”də Nüşabə, Koroğlunun həyat yoldaşı Nigar, məşhur hökmdar Tomris, ilk diplomat qadın Sara xatın, Qaçaq Nəbinin həyat yoldaşı Həcər, Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşudbanu Natəvan, general A.Şıxlinskinin həyat yoldaşı, Birinci Dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar xanım Şıxlinskaya və başqaları.
Bir sözlə, Azərbaycan qadınları həmişə mərd, igid, qeyrətli olublar. Qadınlarımız gecələrini gündüzə qataraq at belində düşmənlərə qan uddurub, xalqımızın adını, şərəfini qoruyublar. Bu gün Azərbaycan qadınlarının sorağı yenə də qəhrəmanlıq zirvələrindən eşidilir. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən qadınlarımız düşmənə əsir düşməmək üçün ölümü üstün tutdular. Belə qadınlarımız namus, qeyrət təcəssümüdür. Biz belə qadınlarımızla fəxr edir, qürur duyuruq. Bütün bunları xatırlatmaqla yanaşı, bildirmək istəyirik ki, Gani Müjdə Azərbaycan qadınının hansı əxlaqi keyfiyyətə və sədaqətə malik olduğunu bilmək istəyirsə o zaman buyurub Bakıya, Şəhidlər Xiyabanına gəlsin, gələcək həyat yoldaşı uğruna şəhid olan Fərizənin qəbri qarşısında dayansın və törətdiyi əməllərə, Azərbaycan qadınlarına qarşı film vasitəsilə etdiyi həqarətə görə Tanrıdan günahlarının bağışlanmasını istəsin.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

