/ / Vüqar Rəhimzadə: Azərbaycanda "Diffamasiya haqqında" Qanunun qəbuluna hələlik cəmiyyət hazır deyil
Vüqar Rəhimzadə: Azərbaycanda "Diffamasiya haqqında" Qanunun qəbuluna hələlik cəmiyyət hazır deyil
18.07.2012 [00:34]
- Azərbaycan milli mətbuatı daha bir yaşını geridə qoydu, bir yaş da “qocaldı”. Azərbaycan mətbuatında son bir ildə problemlər tam həll olundumu?
- Əvvəla Milli mətbuatımızın qarşıdan gələn 137 illik yubleyi münasibəti ilə bütün media işçilərini və paralel olaraq ictimaiyyəti təbrik edirəm. çünki mətbuatsız cəmiyyət, cəmiyyətsiz isə mətbuat mövcud ola bilməz. Təbii ki, Azərbaycan mətbuatı ildən-ilə daha da inkişaf edərək müsbət istiqamətdə formalaşır. Dövlət başçısı, cənab Prezidentimiz İlham Əliyevin mətbuatla bağlı apardığı siyasət çox uğurla həyata keçirilir. Azad mətbuatın formalaşması üçün dövlət qurumları tərəfindən uğurlu addımlar atılır. Müstəqilliyimizin bərpasının ilk illərindən bu günə kimi keçən vaxt ərzində Azərbaycanda formalaşan azad, müstəqil mətbuatın inkişafına nəzər saldıqda ötən dövrdə çoxlu problemlərin yarandığının şahidi oluruq. Belə ki, Azərbaycanda hərbi senzuranın mövcudluğu söz və mətbuat azadlığının formalaşmasında problemlər yaradırdı. 90-cı illərin əvvəllərində mətbuata, əsasən də, qəzetlərə basqıların olması və onların ağ səhifələrlə dərc edilməsi Azərbaycan mətbuatında həqiqətən də çətin zamanların olmasını göstərirdi. Lakin belə bir çətin zamanda Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də kifayət qədər uğurlu addımların atılmasına səbəb oldu. Eyni zamanda 1995-ci ildə milli Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbul olunması, bu sənəddə mətbuatla əlaqəli xüsusi müəddaların yer alması mətbuatın inkişafına təkan verən amillərdəndir. 1999-cu ildə “KİV haqqında” Qanunun qəbul olunması, daha sonra isə Mətbuat Şurasının yaranması Azərbaycan mətbuatı tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdəndir. Bu gün Azərbaycanda mətbuat üzərində hər hansı bir dövlət senzurasının olmaması onun göstəricisidir ki, artıq mətbuat özü-özünü tənzimləyən bir instituta çevrilib. ötən dövr ərzində Azərbaycanda mətbuatı sahəsində uğurlu layihələr gerçəkləşib. Belə ki, jurnalistika sahəsində peşəkarlığın artırılması, redaksiyaların maddi-texniki bazasının, jurnalistlərin sosial durumunu yaxşılaşdırılması üçün Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması jurnalistika sahəsində gerçəkləşən layihələrin bariz nümunəsidir. Hesab edirəm ki, bu il kifayət qədər uğurlu il olaraq, mətbuat sahəsində irəliləyişlərlə yaddaşlarda qalıb. Əminəm ki, qarşıdakı illərdə jurnalistika özünün qızıl dövrünü yaşayacaq və jurnalistikanın inkişafı istiqamətində daha uğurlu layihələrə imza atılacaq.
- Mətbuatımızın müasirləşməsi müəyyən mənada problemlər də yaradır. “Onlayın” medianın inkişafı ənənəvi medianı sıxışdırır, bu məsələyə münasibətinizi bilmək istərdik.
- Bu gün elektron media sərhəd tanımır, əhalinin 65 faizində çoxu “onlayın” mediadan istifadə edərək istənilən informasiyanı internet vasitəsi ilə qısa müddət ərzində əldə edir. Təbii ki, hər səhər qəzetlərdə yer alan informasiyalar, elektron media vasitəsi ilə oxucuların görüşünə daha tez gələ bilir. Elektron medianın imkanları geniş olsa da, yazılı mətbuata da, həmçinin, daha çox ehtiyac olacaqdır. Ciddi, yazılı mətbuata hər zaman daha çox üstünlük verilib. Bu baxımdan qəzetlər böyük üstünlüyü təhlillərə, analitik, müəllifli və oxunaqlı yazılara verməlidirlər. Hər bir qəzetin öz auditoriyasının mövcud olması onun göstərir ki, ciddi mətbuata daim ehtiyac olub və bu gündən sonra da hər zaman ehtiyac olacaqdır.
- Uzun müddətdir cəmiyyətdə “Diffamasiya haqqında” Qanunun qəbulu ilə bağlı müzakirələr gedir. Bu yaxınlarda Rusiya hökuməti diffamasiya haqqında qəbul etdiyi qanunu ləğv etdi. Göründüyü kimi MDB məkanında bu qanun özünü doğrultmadı. Bizim cəmiyyət necə, “Diffamasiya haqqında” Qanunun qəbuluna hazırdırmı?
- Bir vətəndaş olaraq mən düşünürəm ki, “Diffamasiya haqqında” Qanunun qəbul olunması ilə bağlı ictimai müzakirələr aparılmalıdır. ATƏT-lə Azərbaycan Mətbuat Şurası birgə layihələr həyata keçirib. Bu gün Azərbaycanda kifayət qədər qüsurlu mətbuat orqanları fəaliyyət göstərir. Bilərəkdən insanlara yalan informasiyalar verən, ictimaiyyətin müxtəlif təbəqələri haqqında böhtan dolu məlumatlar yazan mətbuat orqanlarımız mövcuddur. Hər bir mətbuat orqanı yazdıqları yazının məsuliyyətini dərk etməli və anlamalıdır ki, kimliyindən asılı olmayaraq insanları təhqir etmək yolverilməzdir. Biz qəzet nümayəndəsi olaraq ictimaiyyətin hər bir nümayəndəsinə hörmət edib, baş verən hər bir hadisəyə qərəzsiz və obyektiv yanaşaraq, insanları təhqir olunmasına qarşı çıxmalıyıq. Bu gün bir neçə qəzet təsis edib öz bəd əməlləri ilə fəaliyyət göstərən insanlar əfsuslar olunsun ki, hələ də mövcuddur. Bütün bu halların hər biri aradan qalxmalıdır. Hesab edirəm ki, “Diffamasiya haqqında” Qanunun qəbul olunması müəyyən problemlərə yol aça bilər. Mən bir vətəndaş olaraq “Diffamasiya haqqında” Qanunun hələlik qəbul olunmasının tərəfdarı deyiləm. Bu gün təhqirə, böhtana yol verən mətbuat orqanlarımız sağlam mətbuatımızın da mövqeyinə xələl gətirir. Buna əsaslanıb deyə bilərəm ki, insanların ailəsinə və şəxsi həyatına müdaxilə edən, təhqirə yol verən bəzi mətbuat orqanlarının mövcud olduğu halda “Diffamasiya haqqında” Qanunun qəbulu yolverilməzdir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

