Ali Media Mükafatı özünü təsdiqləmişlərin mükafatıdır
01.08.2012 [21:56]
Məlum olduğu kimi, iyulun 22-də Azərbaycan milli mətbuatının 137-ci ildönümünə həsr olunmuş tədbir zamanı eyni zamanda, Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı”nın təqdimetmə mərasimi də olub. Beləliklə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli “Ali Media Mükafatı”nın birinci, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Azəri-Press” (APA) informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı ikinci, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, Təfəkkür Universitetinin professoru Tofiq Yusifov və “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı isə üçüncü dərəcələrinə layiq görülüblər.
Bəs, artıq ənənə halını almış bu mükafatın verilməsi ideyası necə yaranıb? Bu və digər suallara cavab tapmaq məqsədilə, Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət etdik.
- Əflatun müəllim, Ali Media Mükafatının təsis edilməsi ideyası necə meydana gəldi?
- öncə onu deyim ki, Mətbuat Şurası yarandığı gündən ömrünü-gününü jurnalistika peşəsinə həsr edən şəxslərin əməyinin qiymətləndirilməsinə çalışır. Bununla bağlı, təqdimatlarımız da olub, əlaqədar qurumlar qarşısında məsələ də qaldırmışıq. Həmişə istəmişik ki, layiqli qələm sahiblərimiz çiyinlərinə götürdükləri yükün ağırlığını çəkərkən müəyyən mənəvi rahatlıq tapsınlar. Buna nə dərəcədə nail olmuşuq, onu jurnalistlərimiz özləri desələr daha yaxşıdır. Hər halda məqsəd və məramımız həmişədən bəllidir. Sadəcə, müəyyən vaxtın keçməsini zəruri saymışıq. Düşünmüşük ki, Mətbuat Şurasının Azərbaycan mediasının üstqurumu kimi status qazanmasına, onun missiya və vəzifəsinin cəmiyyət tərəfindən daha çox dərkinə ehtiyac var. Zənnimcə, indiki məqamda buna hansısa mənada nail olmağı bacarmışıq.
Konkret sualınıza gəlincə, məlum oldduğu kimi, Azərbaycanda fəaliyyət göstərən müxtəlif jurnalist təşkilatlarının mükafatları var. Onların nüfuzlularında başlıca meyar bir növ, müsabiqəlilik prinsipinə əsaslanır. Yəni, kütləvi informasiya vasitələrinin təmsilçiləri özlərinin konkret yaradıcılıq nümunələrini təqdim edir və fərqlənirlər. Ali Media Mükafatında isə fərqləndirmə ölçüsü kimi jurnalist yaradıcılığının özü bütöv götürülür. Belə bir ideya mükafatın təsis edilməsinin başlıca qayəsini təşkil edib. Hesab etmişik ki, kimsə bütün ömrünü bu sahəyə həsr edirsə, fəaliyyəti cəmiyyət tərəfindən yüksək dəyərləndirilirsə, onun təzədən hansısa məqalə ilə isbatlanmasına ehtiyac yoxdur. Bu mənada Ali Media Mükafatı, necə deyərlər, özünü təsdiqləmişlərin mükafatıdır.
- Yəni, Ali Media Mükafatının təsis edilməsində məqsəd jurnalistikamızın həm dünənində, həm də bu günündə zəhməti olanların qiymətləndirilməsidir...
- Tamamilə doğrudur. Mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə, onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. Qeyd etdiyim kimi, indiyədək media təmsilçilərimizə onlarla adda mükafatlar təqdim edilib və bu ənənə indi də davam etdirilməkdədir. Ayrı-ayrı sahələr üzrə ən yaxşı yaradıcılıq nümunələri, konkret yubiley, həmçinin, önəmli hadisələrlə bağlı müsabiqələr və sair bu kimi istiqamətlər qiymətləndirmədə başlıca meyar rolunu oynayıb. Ali Media Mükafatının fərqli cəhəti isə burada jurnalistika sahəsində önəmli xidmətləri olan, bu gün də səmərəli fəaliyyətini davam etdirən şəxslərin əməyinin dəyərləndirilməsidir. Söhbət mediamızın dünəni və bu günü ilə bağlı diqqətəlayiq xidmətlərdən gedir.
- Mükafatla təltif olunan şəxslər hansı kriteriyalar əsasında müəyyənləşdirilir və bu işi kimlər görürlər?
- ümumən jurnalistika sahəsində fəaliyyət göstərən insanları bir neçə qrupa bölmək mümkündür. Bunlardan bir qismi sahənin tarixi, nəzəri məsələlərini araşdırır, qiymətli elmi məxəzlər ortya qoyur. Digər qismə yaradıcı jurnalistlər daxildir. İmzalarına mütəmadi olaraq rast gəlirik. üçüncülər isə bir növ ictimai fəaliyyətlə məşğuldurlar. Əksəriyyəti müxtəlif media qurumlarını təmsil edir. Onlar jurnalistikanın hazırkı problemlərini müəyyənləşdirir və cəmiyyətə çatdırır, bununla da media ilə ictimaiyyət arasında körpü rolunu oynayır, ictimaiyyətin həmin problemlərə reaksiyasının formalaşmasını təmin edirlər. Ali Media Mükafatı hər üçünü bir müstəvidə birləşdirir. Mükafatın verilməsinin hansı prosedur qaydalarla reallaşdırılmasına gəlincə, onu deyim ki, Ali Media Mükafatının əsasnaməsinə görə, mükafatın laureatlarının müəyyənləşdirilməsi mükafat komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi, əsasən, MŞ-nin İdarə Heyətinin üzvlərindən ibarətdir. Əsasnaməyə uyğun olaraq komissiya hər il 22 iyul - Milli Mətbuat Günü öncəsi toplaşaraq laureatları müəyyənləşdirir. Laureatlar üç dərəcə üzrə qiymətləndirilir. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə isə 5 nəfərin mükafatlandırılması nəzərdə tutulur.
- Bütün bunların fonunda, Azərbaycanda mətbuata dövlətin diqqəti və dəstəyi haqqında nə deyərdiniz?
- Media hər zaman Azərbaycan dövlətinin yüksək diqqət mərkəzində olan sahədir. ümumiyyətlə, jurnalistikamızın tərəqqisi naminə ölkədə çox işlər görülüb. Azərbaycanda həyata keçirilən bu tədbirlərin dinamikası miqyas baxımından postsovet və postsosialist məkanını xeyli üstələyir. Biz mətbuata dövlət dəstəyi konsepsiyası kimi mükəmməl mexanizmə malik ölkəyik və həmin sənədə uyğun olaraq genişmiqyaslı vəzifələr reallaşdırılmaqdadır. Bilirsiniz, bu işi gerçəkləşdirməyin özü də iradə tələb edir. çünki dünyanın bir sıra yerlərində qəbul olunmuş formula görə, dövlət mətbuata dəstək göstərməməlidir. Bunu edən ölkələrə münasibət də heç də birmənalı deyil və Azərbaycan dövləti mediaya dəstək mexanizmini formalaşdırmaqla, əslində, müəyyən təzyiqləri dəf etmək potensialını və iradəsini də ortaya qoydu. Təbii ki, başlıca məram mətbuatımızı güclü görmək istəyi idi. Konsepsiyaya uyğun olaraq formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Əlbəttə, qurumun dəstək mexanizminin digər istiqamətlərə nüfuz etməsinə də ehtiyac var və zaman keçdikcə bu ehtiyacın aradan qaldırılmasına yönələn işlər görüləcək. Əsas məsələ isə ondadır ki, fondun KİV-lərə yanaşmasında paritetlik gözlənilir, ayrı-seçkilik qoyulmur. Təşkilat indiki dövr üçün zəruri olan yardımlarını edir, müsabiqələrini keçirir. Prinsipcə, bu yol tərəqqiyə aparan yoldur. Əlbəttə, Azərbaycan mətbuatında problemlər az deyil və onlar haqqında xeyli söhbət açılıb. Məncə, əsas olan, yenə də deyirəm, həmin çətinlikləri aradan qaldırmaq niyyətinin olması, buna yönələn potensiala sahiblikdir. Güman edirəm, bu baxımdan Azərbaycan dövlətinin reallaşdırmaq imkanında olduğu çox işlər var.
- Əflatun müəllim, “Freedom House” kimi bəzi xarici QHT-lər Azərbaycanda guya söz azadlığının olmaması haqqında əsassız bəyanatlar yayırlar. Buna münasibətiniz necədir? ümumiyyətlə, belə yalanların kökündə hansı qüvvələr və maraqlar dayanır?
- Bilirsiniz, bu kimi təşkilatların bəyanatları heç zaman birmənalı qarşılanmır. Elə beynəlxalq aləmin özündə də onların hazırladıqları sənədlərlə bağlı ortaq məqbul fikir yoxdur. Onlara qarşı mənfi baxışlarda isə yekdillik var. Yəni, belə qurumların hesabatlarından hiddətlənən təkcə bizlər deyilik. İstər faktaloji, istərsə də, yanaşma tərzi nöqteyi-nəzərdən kifayət qədər yanlışlıqlara yol verir, obyektivliyi gözləmir, ən əsası isə qərəz nümayiş etdirirlər. Əlbəttə, bəzi problemlər ola bilər. Amma müsbət məqamların üzərindən keçməklə ümumiləşdirilmiş mənfi ab-hava yaratmaq heç də xoş məram, ölkəmizin çətinliklərinin həllinə yönələn səmimi niyyət göstəricisi deyil. Konkret qüvvələr və maraqlara gəlincə, bunun mövcudluğu da yenilik deyil. Əslində, “Freedom House” və digər belə formatlı təşkilatların hesabatlarının arxasında həmişə gizli saxlanılan motivlər olub.
Hülya MƏMMƏDLİ,
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27

