Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolu güclənməkdədir

Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolu güclənməkdədir

18.08.2012 [21:09]

Məlahət İbrahimqızı: ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı  yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Məhz bu reallıqlar və perspektivlə bağlı nə deyə bilərsiniz?
- ümumiyyətlə, Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib. Biz birmənalı olaraq böyük bir maraq oyadırıq, bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə tərəfdaşlıq etmək istəyirlər.
Qeyd etdiyim kimi, Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolu güclənməkdədir. ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir. Əlbəttə, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə, ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də bu siyasətin məntiqi nəticəsidir. Təşkilat yarandığı vaxtdan indiyə kimi ona bu qədər böyük səs çoxluğu ilə seçilmiş nadir ölkələr var. 200-ə yaxın dövlətin içərisində 155 ölkənin dəstəyini almaq həqiqətən də, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna dəlalət edir. ümumiyyətlə, uzun illərə hesablanan siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini gücləndirib. Bu gün Azərbaycan BMT TŞ-də söz sahibi olan dövlətdir. 20 ildir müstəqil olsa da, ölkəmiz beynəlxalq müstəvidə böyük nailiyyətlər qazanır. Nəticə etibarilə qeyd etmək istəyirəm ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.
- ölkəmiz tərəfindən reallaşdırılan müstəqil enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Bir çox dövlətlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi səciyyələndirirlər. Sizin bu haqda fikirləriniz necədir?
- Belə bir geosiyasi məkanda enerji siyasəti də çox dəqiqliklə həyata keçirilir və bu yöndə böyük nailiyyətlər əldə edilib. Bilirsiniz ki, bu gün dünya miqyasında baş verən münasibətlərin təməl prinsipində enerji siyasəti dayanır. Bu gün sanki dünyada beynəlxalq güclər arasında enerji ehtiyatlarının bölüşdürülməsi mübarizəsi gedir. Kim nə qədər enerji mənbələrinə sahib ola bilər və s. Bu çətinliklərə baxmayaraq, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri və tranzit daşımalarında əsas koridor olacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və digər layihələr Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır.
Bildiyiniz kimi, bir müddət öncə Prezident İlham Əliyev milli və dövlət maraqlarımızı ifadə edərək “Trans Anadolu” qaz kəməri layihəsinə dair sazişi imzaladı. Bu, həqiqətən də, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda necə böyük sensasiya doğurmuşdusa, eləcə də, TANAP layihəsi XXI əsrin çox əhəmiyyətli layihəsi kimi qəbul olunur. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malik olan önəmli layihədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu saziş imzalandı. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və bundan sonra da oynayacaq. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən qürur duyuruq. çünki dövlətimizin başçısı milli maraqlarımıza uyğun siyasəti qətiyyətlə həyata keçirir. Prezidentimiz vurğulayıb ki, Azərbaycanın razılığı olmadan regionda hər hansı layihə reallaşdırıla bilməz. Bu, həqiqətən də, belədir.
- Azərbaycanın xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Amma buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ciddi təhdid kimi çıxış edir. Bu məsələdə beynəlxalq birliyin təşəbbüsləri və addımları nədən ibarət olmalıdır?
- Vurğulamaq lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil. Və məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacağıq. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşularımızın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Beynəlxalq qurumlarda da bizim mübarizə apardığımız 2 əsas qrup var: erməni lobbisinin nümayəndələri və bizim nailiyyətlərə qısqanclıqla yanaşan, bizim artan nüfuzumuzu istəməyən qüvvələr. Aydındır ki, əgər bu münaqişə həllini taparsa, Azərbaycan gücünə güc qatacaq və daha da sürətli addımlarla inkişaf edəcək. Bunu istəməyənlər isə çoxdur. Lakin onların səyləri bu günə kimi ciddi bir nəticə verməyib, getdikcə də mövqeləri bu istiqamətdə zəifləməkdədir. Bundan əlavə, günü-gündən hərbi gücümüz, ordumuzun qüdrəti artmaqdadır, Azərbaycan Ordusu hal-hazırda Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir.
- Danışıqlar prosesinin gedişində Ermənistan dəfələrlə təxribatçı hərəkətlər edərək prosesi pozmağa çalışır. Bu baxımdan Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi cəhdləri növbəti təxribat deyilmi?
- Bu, çox narahatlıq doğuran məsələdir. Ermənistan işğalçı dövlətdir və bu fakt beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə də öz əksini tapır. ölkəsinin işğalçı kimi dünyada tanınması onun vətəndaşları üçün utanc bir şeydir. Bu adı öz üzərinə götürmüş təcavüzkar Ermənistandan hər şey gözləmək olar. Bu gün Suriyada yaşayan ermənilər də bilir ki, Ermənistanda əhali sürətlə azalır. Bu problem təkcə erməni gənclərin ölkəni tərk etməsi ilə bağlı deyil, həm də Ermənistanda doğumun ölümdən az olması ilə əlaqədardır. Bu mənada Ermənistanda ikiqat demoqrafik problem mövcuddur. Ona görə də, ermənilər həm Ermənistanı, həm də Dağlıq Qarabağı tərk edir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan narkotik qaçaqmalçılığından tutmuş terrorçuların hazırlandığı yer kimi istifadə edir. Bu ərazini beynəlxalq aləmdə də belə tanıyırlar.
Ermənistan rəsmiləri demoqrafik problemi həll etmək üçün Suriya ermənilərini bu ərazilərə köçürməyə çalışırlar. Onlar bu yolla problemi ört-basdır etməyə cəhd göstərirlər. Bunu təkcə Azərbaycan demir, beynəlxalq ekspertlər də deyir.
Suriya erməniləri həm bu ölkədə qanlı döyüşlərdə rejim tərəfindən iştirak edir, həm də PKK silahlılarının tərkibində Türkiyəyə qarşı vuruşurlar. Əgər Serj Sarkisyan Dağlıq Qarabağda terrorçu rejim yaradıbsa, Suriyadan terrorçu erməni qruplarının oraya gətirilməsi də bu siyasətin tərkib hissəsidir. Deməli, Sarkisyan yenə də bu cinayətlərlə məşğul olmaq istəyir. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı etirazlarını davam etdirməlidir, problemi beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətinə çatdırmalıyıq. Hesab edirəm ki, rəsmi Bakı məsələnin qarşısının alınması ilə bağlı qəti mövqe nümayiş etdirəcək və bu yöndə səylərini davam etdirəcək.
Paylaş:
Baxılıb: 1028 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30