"Ramil Səfərov kimi zabitlərə böyük ehtiyacımız var"
01.09.2012 [17:33]
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana qaytarılıb. Bundan əlavə, dövlət başçısı İlham Əliyev Ramil Səfərovun əfv olunması ilə bağlı Sərəncam imzalayıb. Təbii ki, bu hadisə bütün cəmiyyət üzvləri kimi, millət vəkillərini də sevindirib. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov SİA-ya müsahibəsində öz təəəssüratlarını bölüşüb.
- Siz bir millət vəkili olaraq, bu gün baş verən hadisələri necə qiymətləndirirsiniz?
- İlk növbədə, Milli Məclisin deputatları, cəmiyyətin üzvləri adından Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. çünki Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv edilməsi istiqamətində atılan addım hər bir azərbaycanlının ürəyindən keçirdi və dövlət başçısı buna imza atdı. Uzun müddət aparılan danışıqları, mövcud prosesləri həm partiya, həm də millət vəkili olaraq hər zaman izləyirdik. Dəfələrlə nümayəndələrimiz bu prosesdə iştirak edib, Macarıstanda Ramil Səfərovla görüşüblər. Qeyd edim ki, Ramil Səfərova qarşı belə bir ağır cəzanın tətbiqi ədalətsizlik idi. Lakin Ramil Səfərov bütün bunlara dözdü, həbsdə olarkən macar dilini öyrəndi, bu dildə kitab hazırlayaraq Azərbaycan cəmiyyətinə təqdim etdi. Bundan sonra da o, Azərbaycan Ordusunun sıralarında öz xidmətini davam etdirməldiir. çünki bizim elə zabitlərə böyük ehtiyacımız var.
- çox zaman belə bir fikir səsləndirirlər ki, Ramil Səfərovun məsələsi norveçli cinayətkara 21 il iş verildikdən sonra daha da fəallaşdı. Sizin fikrinizcə, bu hadisə proseslərə nə dərəcədə təkan oldu?
- Norveçli cinayətkara bu günə kimi hələ də bir cəza müəyyənləşdirə bilməyiblər. Buna görə də ona ən yüngül cəza tətbiq edildi və 77 insanın həyatına son qoyan adama 21 il iş verildi. Dünyanın bir çox ölkələrində etdiyi əməlin dərəcəsindən asılı olaraq bəzən 1-2 nəfəri öldürən insanlara da ömürlük həbs cəzası verilir. Dünyanın müxtəlif ölkələrində cinayətə görə normalar müxtəlifdir. Ancaq Norveçdə hər cür insana, yəni uşaqlara, qadınlara, irqindən, dinindən asılı olmayaraq hər kəsə qarşı cinayət törədən insana düzgün cəza müəyyənləşdirilməyib. Əgər Norveç vətəndaşları bu gün toxunulmazdırsa, hüquqları qorunursa, deməli bu məsələdə də hər bir insanın hüquqları qorunmaldıır. Lakin Ramil Səfərovun məsələsi fərqli idi. Belə ki, onun özünün qaçqın olması, qohumlarının döyüşlərdə həlak olması, hər cür təhqirlərə məruz qalması məhkəmədə nəzərə alınmalı idi. Lakin o, əfv olunmadı və Avropanın ən ağır cəzasına - ömürlük azadlıqdan məhrumetməyə məhkum edildi. Bir tərəfdə 77 nəfəri öldürənə Avropa ölkəsində 21 il cəza istəyirlər, digər tərəfdə təhqir olunan və təxribata məruz qalan insana ən ağır cəza verilir. Ramil Səfərov Azərbaycan həbsxanasında bir gün də olsun yatmamalı idi və Prezidentimiz bu addımı ataraq onu əfv etdi.
- Bu istiqamətdə Azərbaycan hakimiyyəti, dövlət qurumları mütəmadi olaraq işlər görsə də sonda bu hadisələrin reallaşması iş adamı İ.Rəhimovun adı ilə bağlandı. Sizcə, bu nə dərəcədə düzgündür?
- Qəti şəkildə bu düzgün deyil. Azərbaycan səfirliyi özü mütəmadi olaraq bu işlə məşğul olub, bir neçə dəfə görüşlər keçirib. Yeni Azərbaycan Partiyasının (YAP) hər bir üzvü və partiyadan olan millət vəkilləri Macarıstana gedərkən birinci növbədə Ramil Səfərovla görüşürdü. Bütün bu işlər mütəmadi olaraq bu vaxta kimi başda cənab Prezident olmaqla, müvafiq dövlət qurumları tərəfindən aparılırdı. Müdafiə Nazirliyi tərəfindən onun adına hesab açılmışdı. Müəyyən məsələlər var ki, onu elan etməyə ehtiyac yoxdur. Bəzən bir adam gedib kiminləsə görüşür və səhər gələrək özünü reklam etməklə məşğul olur. Lakin dövlət tərəfindən belə reklamlar olunmayıb. Bu proses, yəni Ramil Səfərovun Bakıya qaytarılması hanısa biznesmenin, kiminsə əməyinin nəticəsi deyil, bu, bilavasitə dövlətin atdığı addımların, cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir. Bu gün də cənab Prezidentin Sərəncamı bunu bir daha sübut etdi.
- Xəbərin ilk olaraq müxalifətə məxsus “Yeni Müsavat” qəzetində yayımlanmasına münasibət necədir?
- Onlar öz qəzetlərində kənardan nə eşidiblərsə, özləri nə düşünürlərsə, onu da dərc ediblər. Amma hadisələr “AzərTAc” Dövlət Agentliyində də yayılıb. Bu isə rəsmi mətbuat orqanı olduğu üçün bütün düzgün məlumatlar bürada öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

