Əməkdaşlığımız ciddi strateji tərəfdaşlıq istiqamətində davam edir
01.11.2012 [00:42]
Rusiya paytaxtı Moskvaya səfər edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 31-də “Media forum” saytının suallarını cavablandırıb.
- Rusiyaya səfərinizdə məqsəd nədir?
- Səfərim işgüzar xarakter daşıyır və bu ölkənin Prezident Administrasiyasının dəvəti ilə həyata keçirilir. Bu, əvvəlcədən planlaşdırılan səfərdir. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi ilə Rusiya Prezidenti Administrasiyasının müvafiq idarəsinin nümayəndələri arasında hər il belə qarşılıqlı səfərlər olur. Mən Moskvaya, onlar Bakıya səfərlər edirik. İki ölkə arasında formalaşan, təməli Azərbaycan və Rusiya prezidentləri tərəfindən qoyulan qarşılıqlı əlaqələrin bəzi aspektlərini müzakirə edirik, əməkdaşlıq sahələrini, prioritetləri müəyyənləşdiririk. Eyni zamanda bir-birimizi həyata keçirilən işlərin vəziyyəti ilə tanış edirik.
- Rusiyanın hansı rəsmiləri ilə görüşmüsünüz?
- Səfərin təfərrüatını açıqlamaq niyyətində deyiləm. Əvvəlcədən nəzərdə tutulduğu kimi mənə aid olan sahələrə cavabdeh rəsmilərin əksəriyyəti ilə görüşmüşəm. Səfər isə davam edir.
- Moskva Azərbaycanı Avrasiya İttifaqına dəvət etsə də, rəsmi Bakı bununla razılaşmayıb. Qəbələ RLS-in icarəsi ilə bağlı müqavilənin uzadılıb-uzadılmaması haqda da hələ razılıq əldə olunmayıb. Əvvəlki dövrdə Rusiya Azərbaycan qazını almaq istəsə də, bu, mümkün olmadı və məsələ ciddi fikir ayrılığı yaratmışdı. Bütün bunların fonunda Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz? Prezidentlər İlham Əliyevlə Vladimir Putinin münasibətlərində soyuqluq yaranması haqda deyilənlərlə razısınızmı?
- Hər halda mənim keçirdiyim görüşlər, apardığım danışıqlar, ünsiyyətdə olduğum insanların mövqeyi onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan tərəfi öz prezidentlərinin iradəsinə söykənərək gələcəkdə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıqda maraqlıdır. Bu gün bizim əməkdaşlığımız ciddi strateji tərəfdaşlıq istiqamətində davam edir. Hesab edirik ki, buna mane olacaq ciddi nüanslar da yoxdur.
İki ölkə arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarına gəlincə, bizim ümumi maraqlarımız olduğu kimi fərqli maraq və mövqelərimiz də var. Bəzən maraqlarımız üst-üstə düşmür. Azərbaycan və Rusiya müstəqil dövlətlərdir. Hər bir ölkənin mövqe və maraqlarının əsasında onun milli maraqları, xalqın və dövlətin mənafeləri durur. Mən hansı məsələlərin necə, nəyin əsasında həll ediləcəyini müzakirə etmirəm. Çünki mən bunlarla bağlı qərar verəcək dövlət məmuru deyiləm. Belə strateji məsələlərlə bağlı mövqeni prezidentlər bildirir, qərarı onlar verir. Biz də dövlət başçılarını təmsil edən məmurlar kimi özümüzə aid olan məsələləri həll edir, həyata keçiririk.
Dövlət başçıları İlham Əliyevlə Vladimir Putin arasında fikir ayrılığının olması haqda yazılanlar da mətbuatın mülahizələridir. Bu mülahizələrin əksəriyyəti kimlərinsə maraqlarından çıxış edərək irəli sürülür, bəziləri də sadəcə olaraq jurnalist fantaziyasının məhsuludur. İki ölkənin prezidentləri arasında münasibətlər işgüzar xarakter daşıyır, hər iki dövlət başçısı öz ölkəsinin maraqlarını ifadə edir, ortaq maraqları da görürlər və bunun üzərində münasibət qururlar.
- Qəbələ RLS danışıqları necə gedir? Əsas fikir ayrılığı nədədir?
- Bu mənim sahəm olmadığına görə danışıqlardakı vəziyyət haqda bir söz deyə bilmərəm. Azərbaycan və Rusiyanın Nazirlər kabinetləri, Müdafiə nazirlikləri bununla bağlı danışıqlar aparır.
- Moskvaya səfərinizin Rusiyada yaşayan azərbaycanlıların yeni yaratdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə əlaqəsi varmı? Bu təşkilatı təsis edən şəxslərdən kimlərləsə görüşmüsünüzmi? Rusiya rəsmiləri ilə keçirdiyiniz görüşlərdə bu məsələni də müzakirə etmisinizmi?
- Mənim Rusiyaya səfərimin yeni yaradılan hansısa qeyri-hökumət təşkilatı ilə, onu yaradanlarla bağlılığı, əlaqəsi yoxdur. Səfər zamanı yalnız Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin bəzi aspektlərini, o cümlədən mədəni, ictimai-siyasi sahədə, mətbuat, qeyri-hökumət təşkilatları, diaspor sahəsində əlaqələrimizi müzakirə etmişik, gündəlikdə bu məsələlər olub.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışıq. 2013-cü ildə Rusiyada regionlararası forum keçirəcəyik. Forumun təşkilati məsələlərini, gündəliyə daxil ediləcək məsələləri, kimləri qonaq kimi dəvət etməyi, tədbiri Rusiyanın hansı vilayətində keçirmək kimi məsələləri müzakirə etdik. Bütün bunların fonunda sizin dediyiniz məsələləri aktual saymıram. Ona görə də başqa məsələləri müzakirə etməmişik.
- Rusiyada diaspor nümayəndələri ilə görüşmüsünüzmü?
- Xeyr, diaspor təmsilçiləri ilə görüşüm olmayıb.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqı yeni təsis olunanda “Media forum” saytına bildirmişdiniz ki, təşkilat təmsilçiləri bunu hansı məqsədlərlə yaratdıqlarına dair açıqlama verəndən sonra məsələyə münasibət bildirəcəksiniz. Təşkilat təmsilçiləri xeyli açıqlama veriblər və onların arasında ziddiyyətli fikirlər də var. İttifaqın Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparmaq üçün yaradıldığı haqda deyilənləri necə qiymətləndirirsiniz?
- Biz bu təşkilat haqda hələ heç bir fikir söyləməmişik. Mən bu gün də hər hansı münasibət bildirməyəcəm. Mətbuatda yazılanların çoxu jurnalistlərin mülahizələridir, mətbuatın ayrı-ayrı mənbələrdən əldə etdiyi informasiyalar, hansısa təhlillər əsasında gəlinən qənaətlərdir. Təşkilatı yaradan insanlardan bəziləri müəyyən açıqlamalar veriblər, məsələyə münasibət bildiriblər. Hələ mövqeyini açıqlamayanlar da var. Hər halda hesab edirik ki, bu gün bununla bağlı dövlət səviyyəsində hansısa açıqlamanın verilməsi, münasibət bildirilməsi, ciddi müzakirələrin aparılması aktual deyil.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən olan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıya gəlməsi və ittifaqla bağlı məsələni Prezident İlham Əliyevlə müzakirə etmək istəməsi, amma Prezidentin qəbuluna düşə bilməməsi barədə deyilənlər doğrudurmu?
- Mənim bu haqda nə məlumatım, nə də cənab Prezidentin kimi, niyə, nə vaxt qəbul edəcəyini müzakirə etmək səlahiyyətim var.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqında Azərbaycan hakimiyyəti ilə münasibətləri yaxşı olan, hakimiyyətə yaxınlığı ilə seçilən Vahid Ələkbərov, Araz Ağalarov, Abbas Abbasov, Telman İsmayılov, İsgəndər Xəlilovla yanaşı indiki iqtidarı dəstəkləməyən Rüstəm İbrahimbəyov, Söyün Sadıqov da təmsil olunurlar. Sizcə, hakimiyyəti dəstəkləyənlərlə dəstəkləməyənlərin bir təşkilatda birləşməsi necə baş verib, yaxud bunu kim təşkil edib? Hakimiyyətin təşkilatı dəstəkləməməsinin əsas səbəblərindən birini də bunu göstərmək olarmı?
- Bunu onların özlərindən soruşarsınız. Dövlətin münasibətlərinə gəlincə, bununla bağlı mövqeyimi bildirmişəm. Dövlətin müxtəlif məsələlərlə bağlı mövqeyi ayrı-ayrı insanlar arasındakı münasibətlər, müxtəlif şəxslərin Prezidentlə münasibətləri, yaxud ailə-məişət məsələlərində olan münasibətlər üzərində qurulmur. Dövlətin bütün daxili və xarici strukturlarla münasibətləri xalqın maraqlarından çıxış edilərək qurulur. Xalqın maraqlarına uyğun gələnlərlə əməkdaşlıq olunur, fəaliyyət dəstəklənir. Millətin maraqlarına cavab verməyənlərlə əməkdaşlıq qurulmur, xalqın maraqlarına zidd olanlara dövlətin mövqeyi də müvafiq olur. Ona görə də bu məsələyə münasibət bildirmək istəmirəm. Kimin harada, necə təmsil olunması da onların şəxsi işidir. Onların özlərindən soruşsanız, hər halda bunu əsaslandırarlar.
- Prezident İlham Əliyev Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını və bununla bağlı gedən müzakirələri necə qiymətləndirir?
- Bununla bağlı nə məlumatım, nə də bəyanat verməyə səlahiyyətim var.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

