/ / Novruz Məmmədov: Təəssüflər olsun ki, Qərbdə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatlarla həqiqi niyyətlər üst-üstə düşmür
Novruz Məmmədov: Təəssüflər olsun ki, Qərbdə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatlarla həqiqi niyyətlər üst-üstə düşmür
14.11.2012 [01:41]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Newtimes.az” portalına müsahibəsi:
- Novruz müəllim, son zamanlar Qərbin bəzi media orqanlarında Azərbaycanla bağlı qərəzli yazılar dərc edilir. Buna münasibətiniz necədir?
- Azərbaycana qarşı belə təbliğat kampaniyaları əvvəllər də olub. Bu gün onu yenidən müşahidə edirik. Artıq belə şeylərə alışmışıq. Yəqin yadınızdadır, “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində və Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra belə təbliğat kampaniyaları apardılar. Bu proseslərlə bağlı bir neçə məsələni qeyd etməyi vacib hesab edirəm: Bunlar müəyyən və konkret məqsədlərlə edilir, səbəbi də çox aydın görünür. Məsələn, bəzi dairələr qəbul edə bilmirlər ki, Azərbaycan kimi ərazicə kiçik bir dövlət bu qədər böyük nailiyyətlər qazanır: “Eurovision”, BMT Təhlükəsizlik Şurası, nəhəng layihələr, daxili sabitlik və rifah, regional liderlik və s.
Cənub Qafqazda niyə məhz Azərbaycan söz sahibi olsun. Ümumiyyətlə, bu cür çoxlu sayda səbəb göstərmək olar. Bütün bunlar Qərbdə bir sıra dairələri narahat edir. Buna görə də qısqanclıq özünü göstərir. Təəssüflər olsun ki, Qərbdə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatlarla həqiqi niyyətlər üst-üstə düşmür.
- Bəs, son bir neçə həftə ərzində Qərbdə dərc edilən məqalələr haqqında nə deyə bilərsiniz?
- Son vaxtlar Azərbaycana qarşı yazılan materialları nəzərdən keçirdikdə, onların da konkret səbəbləri aydın olur.
Bir neçə həftə əvvəl Azərbaycan Prezidenti hökumət üzvlərilə keçirdiyi müşavirədə bp şirkəti ilə əlaqədar bir neçə iradını bildirdi. Özü də dövlət başçısı bunu açıq, səmimi bəyan etdi. Bəyanat götürülən öhdəliklərin yerinə yetirilməsinin beynəlxalq münasibətlərdə zəruri olduğunu həmişə vurğulayan dairələrə belə bir mesaj idi ki, yüksək səviyyədə imzalanmış - müqavilə və saziş vasitəsilə təsdiq edilmiş sənəddə öhdəlik nə üçün yerinə yetirilmir. Bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Amma heç bir səbəb bu vəziyyətə bəraət qazandıra bilməz. Üstəlik, görün nə baş verdi? Məhz bu bəyanatdan sonra Qərbin bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən “Forbes”, “Guardian”, “Financial Times” və s.-də çox qəribə olsa da, bp-ni müdafiə edən materiallar çıxdı: Fikir verin, görün birdən hansı media orqanları reaksiya verdi. Bunun mənası nədir? Müqavilə ilə bağlı öz vəzifəsini yerinə yetirməyən bp-nin belə tezliklə müdafiəsinə qalxmaq nə deməkdir?
Ancaq məsələ heç bununla da məhdudlaşmadı. Həmin dairələr sonra nə isə düşünüb - bütövlükdə Azərbaycanı hədəfə götürməyi qərara aldılar. Bu zaman həm də Azərbaycan Prezidentini hədəfə götürdülər. Çünki bu gün Azərbaycanın bütün nailiyyətləri Prezident İlham Əliyevlə bağlıdır. Ona görə də diqqət edin nə baş verir: Böyük Britaniyanın Azərbaycandakı səfirinin şahzadə Endrü ilə görüşündən xəbər tutan məkrli jurnalist fürsətdən istifadə edərək Azərbaycan və Prezident haqqında heç bir əsası olmayan yalan, böhtan və cəfəngiyat dolu fikirlər söyləyir. Görəsən, bunları hansı məqsədlə edirlər? Yazıları oxuyan kimi, onların nə dərəcədə məkrli, yalan, böhtan olduğu aydın görünür.
- Nə üçün belə hallar vaxtaşırı baş verir?
- Burada bir məsələni qeyd etmək vacibdir. Bu gün Qərb dünyanın ən inkişaf etmiş hissəsidir. Bütün sahələrdə bu belədir. Amma bunun səbəblərini də etiraf etmək lazımdır. Tarixdən və siyasətdən az da olsa xəbərdar olanlar çox yaxşı bilirlər ki, Qərb ölkələri son 200-300 ildə dünyanı müstəmləkəyə çevirərək, onun bütün sərvətlərini mənimsəyib. Hətta ağırlığı tonlarla ölçülən abidələrə qədər daşıyıb-aparıb öz şəhərlərində ucaldıblar. İndi həmin ölkələrin nümayəndələri gəlib həsrətlə bu abidələri ziyarət edirlər. Müstəmləkəçilik dağılanda isə proseslər elə istiqamətləndirilib ki, dövlətlər həmişə bir-biri ilə münaqişə etsin, müharibə aparsın. Bir sözlə, onların normal inkişafı mümkün olmasın. Yəni, geosiyasi maraqlar Qərb üçün həmişə bir nömrəli məsələ olub, bu gün də elə olaraq qalır. Həmin maraqların təmin olunmasını Qərbdə bir sıra aktorlar həyata keçirirlər. Onlardan ən mühümlərindən biri isə mediadır.
Bu gün mediada monopoliya - hər şey deməkdir. Hələ qeyri-hökumət təşkilatlarını, müxtəlif multimilli şirkətləri demirəm. Hər biri beynəlxalq münasibətlərin mühüm aktorlarıdır. Özü də kimə və hansı məqsədlə xidmət etdikləri məlumdur.
- Bəs Ermənistanla bağlı Qərbin mövqeyi haqqında nə deyə bilərsiniz?
- Azərbaycana qarşı bu cür hərəkətlərin olduğu halda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Qərbin Ermənistanla bağlı konkret mövqe bildirməməsi də çoxlu suallar yaradır. Ermənistanda insan haqlarının ciddi surətdə pozulması barədə konkret rəqəmlər də var. Məsələn, 2008-ci ildə Ermənistanda 30-a qədər adam öldürüldü, 100 adam həbs olundu, fövqəladə vəziyyət elan edildi, mətbuat bağlandı. Bunların heç birinə Qərbin həmin dairələri reaksiya vermədi. Bunlar nəyi göstərir? Görünür, dünyəvi müsəlman dövlətinin - Azərbaycanın uğurları bəzilərində qısqanclıq yaradır. Çünki, baş verənləri başqa cür izah etmək olmur. Ermənistanın tənəzzülü fonunda müsəlman Azərbaycanın davamlı uğurlar qazanmasını kimlərsə həzm edə bilmir. Ancaq bu, onların öz problemidir. Azərbaycan seçdiyi inkişaf kursundan dönməyəcək.
- Gürcüstanın yeni energetika naziri ölkəsinin imzaladığı enerji müqavilələri ilə bağlı bəyanat verib. Orada bəzi müəmmalı məqamlar var. Bu barədə nə demək istərdiniz?
- Hər bir iqtidarın öz fəaliyyət kursu olur. Gürcüstanın indiki hökuməti də əvvəlkindən fərqli siyasət yeridə bilər. Ancaq hər bir halda reallıq və sağlam düşüncə əsas götürülməlidir. Hamıya məlumdur ki, Azərbaycan Gürcüstanın ən çətin vaxtlarında köməyinə çatıb. Dəfələrlə bu ölkənin siyasi rəhbərliyi bu köməyə görə Bakıya təşəkkürünü və minnətdarlığını bildirib. Ümid edirik ki, qonşu və dost dövlətin yeni hökuməti bu ənənəni davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

