/ / Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin dinamik inkişafı ilə müşayiət olunur
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin dinamik inkişafı ilə müşayiət olunur
18.12.2012 [00:33]
Milli Məclisin deputatı Əsabil Qasımov www.yap.org.az saytına müsahibə verib:
- Əsabil müəllim, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətə davamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?
- Bildiyiniz kimi, Azərbaycan son illər sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Müstəqilliyini 21 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. İnzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür.
Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur.
Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaradıb.
- İqtisadi inkişafın fonunda ölkəmizdə sahibkarlığın inkişafına, sahibkarlara dövlət qayğısını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin dirçəlişində müstəsna rol oynayıb, hətta bir model kimi keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı üçün nümunə kimi qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu sahə keyfiyyət baxımından zənginləşib.
Orta təbəqənin formalaşması, ilk növbədə, kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizi məhz regionların payına düşür, əsasən kənd təsərrüfatına diqqət yönəlir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin 85 faizdən çoxu istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb.
Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib. Yerli istehsalın inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkə Prezidenti sahibkarlığa daha böyük diqqət ayrılmasını zəruri hesab edir. Göründüyü kimi, sahibkarlar təbəqəsi birbaşa orta təbəqənin formalaşmasında, ölkənin sosial-iqtisadi inkişafında həlledici rola malikdir. Qeyri-neft sektorunun bu gün iqtisadiyyatda payı 90 faizə qədərdir. Bu isə o deməkdir ki, sahibkarların dövlətə ödədiyi vergi payı da artır. Nəticədə büdcənin imkanlarının yaxşılaşması həm sosial təbəqənin, həm də investisiya sahəsinin inkişafı üçün əhəmiyyət daşıyır. Bu, həm də qeyri-neft sektorunun ölkə iqtisadiyyatında aparıcı sahəyə çevrilməsi üçün impuls vermiş olur. Nəzərə alsaq ki, yeni iş yerlərinin böyük əksəriyyəti bölgələrin payına düşür və həmin müəssisələr özəl bölməni əhatə edir, onda orta təbəqənin formalaşmasında sahibkarlıq sektorunun çəkisinin hansı rola malik olması aydın olur.
- Yeri gəlmişkən, bu günlərdə Milli Məclis 2013-cü ilin büdcə zərfinə daxil olan sənədləri qəbul etdi. Ölkəmizin dövlət büdcəsinin ilbəil artması iqtisadi qüdrətin göstəricisi deyilmi?
- Azərbaycanın davamlı iqtisadi, sosial və mədəni tərəqqisinin “güzgüsü”nə çevrilən dövlət büdcəsi real göstəriciləri və artım səviyyəsi ilə təkcə xalqımızın yaşayış səviyyəsini deyil, eyni zamanda, hökumətin fəaliyyətini dəyərləndirmək imkanına malikdir. Bu baxımdan, Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin böyük əhəmiyyət kəsb edir.
Bilirsiniz ki, 2013-cü ilin dövlət büdcəsi 19,159 mlrd. manata, xərcləri isə 19,850 mlrd. manata çatacaq. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına maliyyə təminatı yaradacaq. Növbəti ildə dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsinə və digər vacib istiqamətlərə yönəldiləcək.
Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğundur. Büdcə zərfinə daxil olan sənədlərdə xüsusi olaraq vurğulanır ki, Azərbaycan iqtisadiyyatı cari ildə də dinamik inkişaf tempini saxlayıb və davamlılığı təmin etmək üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirlər öz səmərəsini verir. Qlobal maliyyə böhranının təsirinə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatının inkişafını davam edirir və regionda lider dövlət olduğnu sübut edir. Azərbaycan dövlətinin büdcəsi iqtisadiyyatdakı pozitiv meyilləri nəzərə alır, eyni zamanda büdcənin tərtibi zamanı dünya maliyyə bazarında baş verən neqativ meyillər də diqqətlə təhlil edilir. Büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır. Ümumi şəkildə təhlil etsək, deyə bilərik ki, gələn ilin dövlət bücəsi ölkəmizin iqtisadi inkişafının əyani göstəricisidir.
- Əsabil müəllim, Azərbaycan həmçinin, sosialyönümlü inkişafa da böyük üstünlük verir. Yəni, atılan addımlar birbaşa vətəndaşların sosial rifahının yüksəlişinə xidmət göstərir. Bu, dövlətin siyasətinin mərkəzində insan, vətəndaş faktorunun dayanmasını deməyə əsas verirmi?
- Həqiqətən də, inkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri də sosialyönümlülüyün üstünlük təşkil etməsidir. Ümumiyyətlə isə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir.
Ümumiyyətlə, inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi; hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar. Azərbaycan dövlətinin uğurları bir daha sübut edir ki, hər ölkə irəliyə getmək üçün öz yolunu seçməlidir. Bu seçim, ilk növbədə, elmi əsaslara söykənməlidir. Bu axtarış həyatın təbii hökmü ilə, elmi əsaslarla olmalıdır. İslahatdan sonra dövlətin iqtisadi qüdrəti artmalı, xalqın rifahı yaxşılaşmalıdır. İnkaredilməz həqiqət belədir ki, liberalizmi fetişləşdirməyərək, ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə etmiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41

