Cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazanacaq
20.09.2013 [10:35]
Tahir Kərimov: Bu dəfə də xalq onu irəli apara biləcək, qətiyyətli mövqe nümayiş etdirən, uzaqgörən rəhbərini seçəcək
Müsahibimiz Azərbaycanın Malayziyadakı sabiq səfiri, fövqəladə və səlahiyyətli səfir Tahir Kərimovdur:
- Tahir müəllim, bildiyimiz kimi, Azərbaycan çox ciddi siyasi kampaniya ərəfəsindədir. Oktyabr ayının 9-da ölkəmizdə prezident seçkiləri keçiriləcək. Analitiklərin və Azərbaycan ictimaiyyətinin yekun mövqeyi odur ki, bu seçkilər də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə nəticələnəcək. Bunu şərtləndirən əsas amil ötən 10 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Bu barədə düşüncələriniz necədir?
- Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Prezident İlham Əliyevin son 10 il ərzində ölkə başçısı kimi fəaliyyəti deməyə əsas verir ki, O, yenə də prezident seçkilərində qalib gələcək. Heydər Əliyevin əsasını qoyduğu daxildə sabitlik, xarici siyasətdə balanslı yanaşma, iqtisadi sahədə neft strategiyasının inkişafı və şaxələndirilməsi strategiyası uğurla davam etdirilir. Cənab İlham Əliyevin 10 illik Prezidentliyi dövründə ölkədə əmin-amanlıq daha da möhkəmlənmişdir. Həmçinin, xarici siyasətin 10 illik müddəti güclü erməni lobbisinin yüz illərlə həyata keçirdiyi siyasətdən daha kəsərli oldu. Ölkəmiz dünyanın iqtisadi cəhətdən bütün güclü ölkələri ilə əməkdaşlıq edir. Qabaqcıl təcrübə öyrənilir, Azərbaycan şəraitinə uyğun olaraq layihələşdirilir və həyata keçirilir. Qeyd edə bilərəm ki, son 5 ildə çalışdığım Malayziya ilə Azərbaycan üçün uzun müddətə hesablanmış iki strateji əhəmiyyətli layihə həyata keçirilmişdir. Bunlardan biri “Azərkosmos” ilə Malayziyanın “MEASAT” şirkəti arasında əməkdaşlığın nəticəsi kimi, ilk Azərbaycan peykinin orbitə çıxarılması olmuşdur. Bu layihə nəticəsində Azərbaycan kosmik fəzaya peyk çıxaran məhdud sayda ölkələrin siyahısına daxil olmuşdur. 1994-cü ilin sentyabrında Heydər Əliyevin qətiyyəti, iradəsi və əzmi nəticəsində imzalanan “Əsrin müqaviləsi” adlı kontrakt neft sənayesinin inkişafı üçün nə dərəcə böyük əhəmiyyətə malik idisə, Azərbaycan peykinin orbitə çıxarılması hadisəsi də qeyri-neft sənayesinin inkişafı üçün bir o qədər böyük əhəmiyyət daşıyır. Malayziya tərəfi ilə imzalanan ikinci layihə isə Azərbaycan Hava Yollarının “Silk Way” yük daşımaları şirkəti ilə Malayziyanın “Mascargo” şirkəti arasında əldə olunan razılıqdır ki, bu razılığa əsasən, Malayziyadan Avropaya və Avropadan Malayziyaya göndəriləcək hava yükləri Azərbaycan üzərindən daşınacaq. Bu layihəyə Malayziyadan başqa bir sıra Cənub-Şərqi Asiya ölkələri də maraq göstərirlər. Azərbaycanın bir nəqliyyat mərkəzi kimi, əlaqələndirici ölkə kimi seçilməsi faktı həm Avropanın, həm də Asiyanın ölkəmizə verdiyi qiymətin, yetirdiyi diqqətin nəticəsidir. Azərbaycanda mövcud olan iqtisadi infrastruktur, ictimai sabitlik olmasaydı, Avropa və Asiya ölkələri seçimi ölkəmizin xeyrinə etməzdilər. Bir halda ki sabitlik mövzusuna toxunduq, haşiyədən bir qədər kənara çıxım: uzunmüddətli xarici ezamiyyətdən sonra ölkəmizə dönərkən ən çox təəccüb etdiyim 8-10-12 yaşlı uşaqların əllərində musiqi aləti və ya idman çantası böyüklərin müşayiəti olmadan şəhərdə piyada və ya ictimai nəqliyyatda hərəkət etmələrini müşahidə etmək olmuşdur. Bu ictimai asayişin nə dərəcədə qorunması, ölkədə sabitliyin nə dərəcədə təmin olunmasına dəlalətdir. İşlədiyim Cənub-Şərqi Asiya regionu ölkələrində uşağın şəhərdə valideynlərinin müşayiəti olmadan hərəkət etməsi kifayət qədər riskli və təhlükəli addımdır. Bir sıra ölkələrin müstəqillik tarixi Azərbaycanın müstəqillik tarixindən daha əvvələ təsadüf etsə də, həmin ölkələrdə 1 gündə baş verən cinayətlərin sayı Azərbaycanda heç bir ildə belə qeydə alınmır. Bu ölkələrdə xaricilərə, hətta xarici diplomatlara qarşı cinayətlər adi haldır. Bu cinayətlərin üstü açılmır və hüquq-mühafizə orqanları belə cinayətlərə laqeyd yanaşırlar. Cənab Prezidentlə iş təcrübəmdən deyə bilərəm ki, Azərbaycan ərazisində hər hansı xarici vətəndaşa qarşı kiçik bir qayda pozuntusu baş verərsə, cənab Prezident bunu ölkə imicinə zərər kimi qiymətləndirir və xarici vətəndaşa qarşı yolverilməz hərəkət etmiş şəxsin tapılmasına ciddi nəzarət edir.
Gənc ölkənin sürətli inkişafı və müstəqil siyasəti bəzi dairələri narahat edir
- Sirr deyil ki, ölkəmizdə keçiriləcək seçkilərə beynəlxalq ictimaiyyətin diqqət və marağı böyükdür. Lakin Azərbaycanın dinamik inkişafından və müasir beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmasından narahat olan bəzi qərəzli qüvvələr ölkəmizə qarşı qara piar kampaniyası aparırlar. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda oktyabr ayının 9-da keçiriləcək seçkilərlə bağlı beynəlxalq ictimaiyyətin münasibəti birmənalı şəkildə belədir ki, İlham Əliyev bu seçkilərdə qalib gələcək. Buna həm keçirilən rəy sorğuları, həm analitiklərin təhlilləri, həm də ölkədəki iqtisadi inkişaf göstəriciləri əsas verir.
Amma çox təəəsüflər olsun ki, bütün pozitiv göstəricilərə baxmayaraq, bəzi təşkilatlar ölkəmizə qarşı qara piar kampaniyası aparır, Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq istəyirlər. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, “Human Rights Watch”, “Freedom House” kimi təsisatların hesabatları və bəyanatları onların qərəzli xarakter daşıdığını aydın şəkildə büruzə verir. Görünür, gənc ölkənin sürətli inkişafı, müstəqil siyasəti bəzi dairələri narahat edir. Bu təşkilatların bəyanatlarında işlədilən leksikanın Azərbaycana heç bir aidiyyəti yoxdur. Prezident İlham Əliyev həmişə sağlam dialoq, fikir mübadiləsi və özlərini təsdiq etmiş demokratiyaların təcrübəsinin öyrənilməsi tərəfdarı olmuşdur. Məlumdur ki, bütün əldə olunan nailiyyətlərlə yanaşı, həm iqtisadi, həm sosial, həm də cəmiyyətin inkişafı sahəsində görüləcək işlər çoxdur. Əslində, cəmiyyətimizdə inkişafa mane ola biləcək halları ən kəskin, ən qəti və ən xəbərdaredici tənqid edən elə Prezident İlham Əliyevdir. Son çıxışlarının birində də Prezident məmurlara məsuliyyət daşıdıqları işə, təmasda olduqları insanlara qarşı laqeydliyin yolverilməz olduğunu kəskin şəkildə bildirdi. Şübhəsiz, istənilən beynəlxalq təşkilatla əməkdaşlıq, inkişafa yönəlmiş sağlam dialoq bizim üçün faydalıdır. Lakin əsassız böhtanlar, Azərbaycana qara yaxmaq cəhdləri qəbulolunmazdır.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, paytaxtımızda və respublikamızda irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Şəhərin küçələri müasir tələblərə uyğun olaraq genişləndirilir, istismar müddətini tamamlamış tikililər yeni müasir qurğularla əvəz olunur. Bu proses nəqliyyatın hərəkətində, sakinlərin yeni yaşayış yerlərini mənimsəməsində müvəqqəti narahatlıqla müşayiət olunur. Yuxarıda adı çəkilən təşkilatların bu prosesi ümumi narazlıq kimi qələmə vermələri nə dərəcədə düzgündür? Yenə də Malayziyadakı iş təcrübəmdən misal gətirim: 1993-cü ildə Malayziyanın o zamankı Baş naziri və “Malayziya iqtisadi möcüzəsi”nin yaradıcısı Məhəmməd Mahathır ölkə paytaxtı Kuala Lumpurda dünyanın ən hündür qoşa qüllələrini inşa etməyə qərar verir. Bu layihənin icrası 3 milyard dollar vəsait tələb edirdi ki, bu da həmin dövrdə problemləri kifayət qədər çox olan Malayziya iqtisadiyyatı üçün böyük bir məbləğ idi. M.Mahathır həm ölkə daxilində müxalifət, həm də xarici qüvvələr tərəfindən “avantürist” layihəyə görə tənqid olunurdu. İllər ötdü və ən hündür qoşa qüllələr layihəsi Malayziyanın simvoluna çevrildi. Malayziyaya il ərzində səfər edən 20 milyon turistin böyük əksəriyyəti məhz dünyanın inşaat möcüzəsi hesab olunan bu qüllələri seyr etmək üçün ölkəyə gəlirlər. Turistlərin ölkəyə yatırdığı vəsait layihəyə çəkilən xərci artıqlaması ilə üstələyir. Azərbaycanda həyata keçirilən layihələr də uzun müddətə hesablanır.
Azərbaycan seçicisinin birmənalı seçimi cənab İlham Əliyev olacaqdır
- Tahir müəllim, prezident seçkiləri öncəsi cəmiyyətin mövcud əhval-ruhiyyəsini necə qiymətləndirirsiniz?
- Sovet dövründə də seçkiləri müşahidə etmişəm. Təhsil aldığım və işlədiyim illərdə ABŞ-da da seçki prosesini izləmək imkanım olub. Malayziyada da seçki prosesini izləmişəm. Deməliyəm ki, son dövrlər ölkəmizdə aparılan quruculuq işlərinin nəticəsi olaraq, insanların həyat səviyyəsi yüksəlmiş, alıcılıq qabiliyyəti artmış, istirahət seçimi genişlənmişdir. Bunun nəticəsində seçicilərin də namizədlərə qarşı tələbləri yüksəkdir. Azərbaycanda ötən illərlə müqayisədə seçicilərin demoqrafiyası dəyişmişdir. Seçicilərin böyük əksəriyyəti gənclərdir. Bu gənclərin isə bir qismi xaricdə təhsil alıblar. Yeri gəlmişkən, tələbələrin xaricdə təhsil alma imkanlarının açılması, dövlət tərəfindən respublikaya lazım olan ixtisaslar üzrə təhsilin maliyyələşdirilməsi faktı da İlham Əliyevin Azərbaycanın gələcək inkişafı üçün lazımi kadrların yetişdirilməsi konsepsiyasına aiddir. Müasir gənclər müstəqilliyin ilk dövründəki nəzarətsiz silahlı birləşmələri, vətəndaş qarşıdurmasını, gecə yarıdan başlayan uzun çörək növbələrini, elektrik və su qıtlığını, yarızülmət Bakını görməyiblər. Ona görə də seçiləcək Prezident qarşısında əvvəlki seçkilərlə müqayisədə seçicilərin artan tələbləri və gözləntilərini lazımi səviyyədə qarşılamaq vəzifəsi durur. Bu vəzifəni yerinə yetirərkən mənasız vədlərə, populizmə yol verilməz. Seçicilər kimin işgüzar, kimin kənar müşahidəçi, kimin vəzifəsini yerinə yetirən-kimin tənqidlə kifayətlənən, kimin reallıqlara uyğun balans axtarıb tapan-kimin populist bəyanatlar verən olduğunu özləri ayırd edirlər. Bugünkü seçici hal-hazırki durumu dərk edir, qiymətləndirir və itirmək istəmir. Ona görə də hesab edirəm ki, Azərbaycan seçicisinin birmənalı seçimi cənab İlham Əliyev olacaqdır. Zənnimcə, cəmiyyət nümayəndələrinin əhval-ruhiyyəsi olduqca nikbindir və bu, seçkilərin nəticələrində özünü bilavasitə göstərəcəkdir.
Seçkinin nəticəsini xarici səfirliklər yox, Azərbaycan seçicisi müəyyən edəcək
- Bəs ziddiyyətlər və kataklizmlər məngənəsində olan müxalifətin hazırki qeyri-müəyyən durumunu necə dəyərləndirirsiniz?
- Görməyə adət etdiyimiz müxalifət liderlərinin öz namizədliklərini prezident seçkilərində irəli sürməmələri artıq onların fəal siyasətçi kimi resurslarının tükənməsinə dəlalət edir. “Milli şura”nın əvvəl bir, daha sonra digər namizəd üzərində dayanması isə fikir müəyyənliyinin olmamasını göstərir. Bundan əlavə, müxalifətin hansısa yeni proqram, fərqli platforma ilə çıxış etməsi də müşahidə edilmir. Təəssüf ki, bəzi namizədlər öz işini seçicilərlə daha çox görüşlər keçirib, daha çox elektorat yığmaqda yox, Bakıda akkreditə olunmuş səfirliklərin əməkdaşları ilə görüşlər keçirməkdə və bu görüşlər zamanı ölkəyə utanc gətirən qara piarla məşğul olmaqda görürlər. Azərbaycanda akkreditə olunmuş heç bir səfirlik seçkilərin müqəddəratını müəyyən etməyəcək. Heç bir səfirlik seçkilərə təsir etmək və ya hansısa namizədi dəstəkləmək gücündə deyil. Səfirliklərin işi çalışdıqları ölkədə siyasi, iqtisadi, sosial prosesləri izləmək və öz ölkələrinə xəbər verməkdir. Həmin məlumat isə müvafiq mərkəzlərdə təhlil olunur və proseslərin səfirliklərin təmsil etdiyi ölkəyə nə dərəcə təsiri ola biləcəyi hesablanır. Seçkinin nəticəsini xarici səfirliklər yox, Azərbaycan seçicisi müəyyən edəcək.
1993-cü ildə Surət Hüseynovun silahlı dəstələri və tankları qiyam qaldıraraq Gəncədən Bakıya yönələrkən Azərbaycanda fəaliyyət göstərən səfirliklər əməkdaşlarının evakuasiyası haqqında düşünürdülər. Vəziyyətdən çıxış yolunu axtarıb tapmaq yükünü isə üzərinə Heydər Əliyev və öz liderinə sonsuz inamı olan Azərbaycan xalqı götürmüşdü. Daha bir hadisəni yada salaq. 2001-ci ildə İran hərbi gəmiləri Xəzərin Azərbaycana aid sektorunda neft axtarışı gəmimizi dənizin statusu müəyyən olunmayanadək işlədiyi əraziyə girməməklə hədələyərkən xarici neft şirkətləri artıq Azərbaycanda fəaliyyətlərini dondurmağa hazırlaşırdılar. Yenə də Heydər Əliyevin iradəsi, gördüyü tədbirlər gərginliyi aradan qaldırdı. Bu iradə, bu inam isə xalqın dəstəyinə arxalanırdı.
Bu dəfə də xalq onu irəli apara biləcək, qətiyyətli mövqe nümayiş etdirən, uzaqgörən rəhbərini seçəcək. Azərbaycanda Prezident İlham Əliyevin 10 ildəki fəaliyyəti deməyə əsas verir ki, Onun idarə edəcəyi növbəti 5 ildə ölkə daha da inkişaf edəcək.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

