Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda sosial dövlət quruculuğu uğurla davam edir

Azərbaycanda sosial dövlət quruculuğu uğurla davam edir

01.11.2013 [15:36]

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, Azərbaycanda keçirilən prezident seçkiləri cəmiyyətimizdə hələ də əsas müzakirə mövzularından biridir. Sizin bu seçkilərlə bağlı təəssüratlarınız necədir?
- 9 oktyabrda keçirilən prezident seçkiləri Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu yana keçirilən ən mükəmməl seçki kimi hesab oluna bilər. Bu seçkiyə hazırlıq prosesi, seçkinin normativ hüquqi bazasının təkmilliyi, seçki dövründə Azərbaycan xalqının fəallığı xüsusi qeyd olunmalıdır. Eyni zamanda, səsvermə günü vətəndaşlar azad, sərbəst şəkildə öz iradəsini ifadə etdilər. Xalqımız Ulu öndər Heydər Əliyev siyasətinin davam etməsinə bir daha səs verdi. Cənab İlham Əliyevin seçkilərdə parlaq qələbəsi onu təsdiqlədi ki, müstəqil Azərabycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafı və tərəqqisi xalqımızın ürəyincədir. Seçki dövründə bir vətəndaş olaraq, eyni zamanda, YAP-ın nümayəndəsi olaraq müxtəlif bölgələrdə oldum. Müşahidələrim onu göstərdi ki, bu seçkiyə hazırlıq ən yüksək səviyyədə idi. Onu da deyim ki, seçkidən hələ bir ay öncə MDB-nin müşahidə qrupunun ekspertləri ölkəmizə gəlmişdilər və onlarla bir yerdə Gəncə şəhərində, Şəmkir və Samux rayonları üzrə seçki dairələrində olduq. Həmin ekspertlər də etiraf etdilər ki, MDB məkanında bu cür yüksək səviyyədə seçki hazırlığına birinci dəfədir rast gəlirlər.
Seçki günündə isə Sumqayıt şəhərində 2 seçki dairəsinin 21 məntəqəsində müşahidə apardım. Bu zaman hər hansı qanun pozuntusuna rast gəlmədim. Səmimi deyirəm ki, məntəqələrdə müxalifət nümayəndələrindən qanun pozuntularına rast gəlib-gəlmədiklərini soruşurdum. Onlar səsvermənin gedişini yüksək qiymətləndirirdilər. Məhz seçkinin demokratikliyinin təmin olunması əsas verdi ki, hətta seçkidən sonrakı dövrdə müxalif namizədlərin, o cümlədən, bu düşərgənin radikal qanadının namizədinin seçki məntəqələrində olan təmsilçiləri, müşahidəçiləri şəffaflığı açıq etiraf etdilər. Yəni onlar seçkinin gedişi ilə bağlı hər hansı narazılıq etmədilər.
- Bəs beynəlxalq müşahidə missiyalarının rəyini necə dəyərləndirirsiniz?
- Seçki prosesini izləyən beynəlxalq müşahidəçilər də seçkilərin yüksək səviyyədə keçdiyini qeyd etdilər. Mən QDİƏT, ATƏT-in nümayəndələri ilə görüşdüm. Onlar prezident seçkilərini şəffaf və demokratik seçki kimi qiymətləndirdilər. Çünki Azərbaycan dövləti seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün addımları atmışdı. İstər seçki qutularının şəffaflığı, istər barmaqların rənglənməsi, kameraların qurulması, vahid elektoron əlaqələrin təmin olunması və s. beynəlxalq müşahidəçilərin ən yüksək qiymət verdikləri seçki hazırlığı prosesi idi. Onu da deyim ki, seçkiyə gələnlərin böyük əksəriyyəti YAP-ın namizədi cənab İlham Əliyevin seçiciləri idi. Bizə təblğat kampaniyası dövründə seçicilər deyirdilər ki, cənab İlham Əliyevi təbliğ etməyə gəlməyinizə ehtiyac yoxdur. Çünki biz seçimimizi etmişik, Azərbaycanın inkişafı, insanların rifahının yüksəlməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz bu inkişaf siyasətinə səs verəcəyik. Yəni ən sadə insanların gəldiyi bu nəticə bütövlükdə Azərbaycan cəmiyyətinin yüksək əhval-ruhiyyəsini əks etdirirdi. Beynəlxalq müşahidəçilər də cənab İlham Əliyevin son 10 ildə ölkə daxilində apardığı siyasətlə yanaşı, beynəlxalq uğurlarını da yüksək qiymətləndirirdilər. Qeyd edirdilər ki, belə bir siyasi kurs Azərbaycana yalnız uğurlar gətirir.
- Amma buna baxmayaraq, bəzi dairələr seçkilərin demokratikliyinə kölgə salmağa cəhd göstərirlər...
- Seçkidən sonra ATƏT/DTİHB və bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının verdiyi rəylər istisna olmaqla bütün beynəlxalq qurumların müşahidə missiyaları prezident seçkilərinin azad və ədalətli keçdiyini bildirdilər. Bu təşkilatlara gəlincə, onlar antiazərbaycançı dairələrdir, erməni lobbisinə xidmət edirlər, Azərbaycan əleyhinə apardıqları təbliğatla tanınırlar. Fikrimcə, belə qurumların rəyinə ciddi əhəmiyyət verməyə dəyməz. Çünki əsas məsələ Azərbaycan xalqının rəyidir ki, cənab İlham Əliyevin fəaliyyətini xalqımız yüksək qiymətləndirdi və bu seçkilərdə Ona bir daha etimad göstərdi.
- Müxalifətin radikal qanadı da seçkilərin nəticələri ilə bağlı şər-böhtan kampaniyası aparmaqdadır. Buna münasibətiniz necədir?
- Təəssüflər olsun ki, müxalifətin radikal qanadı nəyin bahasına olursa olsun diqqət mərkəzində qalmaq xatirinə, xaricdən aldıqları təlimatlara əsasən əsası olmayan addımlar atmaqda davam edirlər. Onların seçkinin nəticələrinə dair böhtanlar söyləmələri, yerli-yersiz mitinqlər təşkil etmələri xalqın səbrini tükəndirən məsələlərdir. Hətta bu adamlar özlərinin azsaylı tərəfdarlarına da hörmət göstərmirlər. Belə halların da axırı yoxdur. Ciddi insanlar ciddi işlərlə məşğul olmalıdırlar. Gürcüstanda prezident seçkiləri zamanı müxalifətin mövqeyi gərək radikallara dərs olsun. Saakaşvilinin partiyasının namizədi seçkiləri uduzdu və MSK-nın rəsmi nəticələrini gözləmədən belə qalibi təbrik etdi. Ona görə də, siyasi etikanın, mədəniyyətin olması bütövlükdə cəmiyyətimizin siyasi mədəniyyətinin yüksəlməsinə xidmət edən məsələdir. Azərbaycanda sivil müxalifətin olmasına ən böyük əngəl olan ən birinci tərəf müxalifətin radikal qanadıdır. Bu qanad siyasətdən getməlidir. Onlar onsuz da arxivə atılıblar, kitabları çoxdan bağlanıb. Amma özlərinə hörmətləri varsa öz xoşları ilə siyasətdən getməlidirlər ki, yeni, sivil müxalifət formalaşsın. Ümumiyyətlə, prezident seçkilərinin nəticələrini bütün dünya tanıyır. Azərbaycan bundan sonra da öz yolu ilə davam edəcək. Gərək müxalifətin radikal qanadı bu reallıqları dərk etsin.
- Musa müəllim, qarşıdakı illərdə ölkəmizdə həyata keçirilən sosial siyasətlə əlaqədar hansı yeniliklər gözlənilir?
- Azərbaycan Prezidenti istər bölgələrdə olarkən vətəndaşlarla görüşəndə, istərsə də, andiçmə mərasimində söylədi ki, Azərbaycan artıq özünün sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Belə ki, ölkəmiz iqtisadiyyatda keçid dövrünü başa vurdu, yoxsulluğun həddi 49 faizdən 6 faizə qədər, işsizliyin səviyyəsi 30 faizdən 5 faizə qədər azaldı. Azərbaycanın ÜDM-si 3 dəfə, dövlət büdcəsi 10 dəfə artıb. Azərbaycan BMT TŞ-ya qeyri-daimi üzv oldu, kosmos dövlətləri sırasına qoşuldu. Cənab Prezidentin söylədiyi kimi, artıq yeni mərhələ başlayır. Bu yeni mərhələ Azərbaycanda sosial dövlətin quruculuğu mərhələsidir. Sosial dövlət dünyanın inkişaf etmiş dövlətlərindəki həyat şəraitini təmin edəcək bir dövlətdir. Sosial dövlət Azərbaycan əhalisinin sosial rifahının indikindən ən azı 2-3 dəfə yaxşılaşmasını təmin edən dövlətdir. Sosial dövlət əhalinin təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişafı öz üzərinə götürən və həyata keçirən dövlətdir. Bu yöndə də artıq cənab Prezidentin real addımları özünü göstərməkdədir. Bildiyiniz kimi, sentyabr ayında büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları artırıldı. Eləcə də, 2014-cü ilin dövlət büdcəsində də artımlar nəzərdə tutulur. Belə ki, büdcənin 30 faizə qədəri sosial xərclərə sərf olunacaq. Eyni zamanda, bu günlərdə “Dövlət sosial müavinətləri haqqında” Qanuna əlavə və dəyişikliklər edildi. Bu dəyişikliyə əsasən, 5-dən çox uşağı olan ailələrə sosial müavinət veriləcək. Yəni demoqrafik üstünlüyümüzü davam etdirməkdən ötrü bu siyasətdə də dövlət dəstəyinin artırılması qarşıya məqsəd qoyulub və hökumət tərəfindən çoxuşaqlı ailələrə dövlət yardımı konsepsiyası işlənib hazırlanıb.
Bilirsiniz ki, yaxın gələcəkdə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunacaq və gələn ildən həyata keçirilməyə başlanacaq. Bu, Azərbaycan vətəndaşlarının rifahının bütün bölgələrdə yaxşılaşmasına gətirib çıxaracaq. Eləcə də, ölkəmizdə icbari tibbi sığortanın tətbiq olunması da gündəlikdə olan məsələdir. Bundan əlavə, bütün sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlanması prosesi də gedir. Əhalinin bütün kateqoriyalarının həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı kompleks tədbirlər görülür. İnşallah, Azərbaycanda yaxın 5 ildə sosial rifah dövləti qurulacaq və bu baxımdan MDB məkanında ilk ölkə olacaq.

Paylaş:
Baxılıb: 1096 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30