Ölkəmizdə iqtisadi inkişaf strategiyasının bünövrəsi möhkəm qoyulmuşdur
15.11.2013 [16:18]
Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimovdur
- Eldar müəllim, Milli Məclisdə 2014-cü ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olundu. Gələn ilin büdcəsini necə qiymətləndirirsiniz?
- Son illərdə baş vermiş qlobal maliyyə-iqtisadi böhran dünya iqtisadiyyatının xeyli geriləməsinə səbəb olmuşdur. Lakin respublikamızda Ümummilli lider Heydər Əliyevin başladığı və böyük səs çoxluğu ilə üçüncü dəfə Prezident seçilən İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində dinamik inkişaf təmin edilmişdir. Bunu parlamentdə müzakirə etdiyimiz 2014-cü il büdcə layihəsinin göstəriciləri də bir daha sübut edir. Büdcə layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, ölkəmizdə iqtisadi inkişaf strategiyasının bünövrəsi möhkəm qoyulmuş və düzgün istiqamətdə aparılır. Keçən dövr ərzində əldə edilən nailiyyətlər bunu əyani surətdə nümayiş etdirir.
Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır və 2014-cü il büdcəsinin qeyri-neft sektorundan gəlirləri 2012-ci ilə nisbətən 35,1 faiz çox olmaqla 2013-cü ilə nisbətən 20,8 faiz artımla nəzərdə tutulub. Bu isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması ilə əlaqədardır. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. 2014-cü ilin dövlət büdcəsində yerli büdcələrə dotasiyanın azalması(1,8%), habelə gələn il Sumqayıt, Şirvan və Abşeron rayonları ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonun da xərclərini özlərinin gəlirləri hesabına ödəmələri proqnozlaşdırılır. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin Ümumi Daxili Məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir. Dövlət büdcəsinin gəlirinin formalaşmasında 2013-cü ilə nisbətən gələn il Dövlət Neft Fondundan transfertin 2 milyard manat və ya 17,8 faiz azalması, Vergilər Nazirliyi üzrə daxilolmaların 700 milyon manat və ya 11 faiz artımı, və Gömrük Komitəsinin xətti ilə gəlirlərin 130 milyon manat və ya 9,4 faiz çox daxil olması da dediklərimizi təsdiq edir. Bütün bunlar isə onu göstərir ki, əldə edilən neft kapitalı respublikamızın uzun müddətli, sabit və dinamik sosial-iqtisadi inkişafını təmin edən qeyri-neft sektorunun potensialının artımına və bu potensialdan səmərəli istifadəyə yönəlmişdir.
Beləliklə, dünyanın bir çox ölkələrində maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə bu gün müzakirə etdiyimiz büdcəmiz sosial yönümlü və investisiya tutumlu olmaqla yüksək artım tempi və daha şəffaf olması ilə fərqlənən bir büdcə layihəsidir.
- Növbəti ilin dövlət büdcəsində qeyri-neft sektoru üzrə daxilolmaların artımı proqnozlaşdırılır. Bu faktorun əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Prezidenti İlham Əliyev növbəti on il ərzində ümumi daxili məhsulu qeyri- neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı qarşıya hədəf qoymuşdur. Qeyri- neft sektorunun prioritet sahələrindən biri aqrar sahə olduğundan bu bölmənin kompleks inkişaf etdirilməsi üçün respublikamızda xeyli işlər görülmüşdür. Bu günlərdə parlamentin Aqrar siyasət komitəsinin iclasında kənd təsərrüfatı məhsul istehsalçılarına vergi güzəştlərinin müddətinin yenidən 5 il uzadılması barədə hörmətli Prezidentimiz İlham Əliyevin imzaladığı qanun layihəsi müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olundu. Onu də nəzərinizə çatdırıram ki, yalnız bu güzəştin hesabına 2001-2012-ci illər ərzində dövlət büdcəsinə ödənilməli olan 1 milyard 400 milyon vəsait fermerlərin sərəncamında qalaraq istehsalın genişlənməsinə sərf edilmişdir. Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatına ümumilikdə 600 milyona yaxın, yəni hər il bir hektar əkin sahəsinə MDB məkanında ən yüksək məbləğdə- 70 dollar subsidiya ödənilməsi kənd təsərrüfatının ümumi həcmini 2000-ci ilə nisbətən 4,4 dəfə artırmağa imkan vermişdir. Bu onu sübut edir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqət mərkəzində saxlayır.
- Aqrar sahəyə dövlətin diqqət və qayğısı nə kimi nəticələr verməkdədir?
- Bu diqqətin nəticəsidir ki, hər il olduğu kimi 2014-cü ilin büdcəsində də kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 15,9 faiz çox(ümumilikdə 539 milyon manat) vəsait ayrılması nəzərdə tutulub. Gələn il bu sahəyə 131 milyon manat həcmində və ya cari ilə nisbətən 6,4 faiz çox subsidiya verilməsi gözlənilir. Kənd təsərrüfatının inkişafında əsas məsələlərdən biri meliorasiya və irriqasiya tədbirlərinin yerinə yetirilməsi olduğundan bu sahə də həmişə diqqət və qayğı ilə əhatə olunur və 2014-cü ildə bu işlərə 239 milyon manat və ya cari ilə nisbətən 4,3 faiz çox vəsait ayrılması nəzərdə tutulur. Məhsul istehsalı prosesində heyvanların və bitkilərin xəstəliklərdən qorunması və bununla da məhsul itkisinin qarşısının alınması dövlətin həyata keçirdiyi tədbirlər sırasında mühüm yer tutur. Bu məqsədlə gələn ilin büdcəsində baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinə 26,9 milyon manat və ya cari ilə nisbətən 25,1 faiz çox, Dövlət Fitosanitar Nəzarət Xidmətinə isə 4 milyon manat və ya 2013-cü ilə nisbətən 8,2 faiz çox vəsait ayrılması gözlənilir.
- Sizcə, aqrar sahənin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır?
- Hesab edirəm ki, aqrar bölmə ölkə əhalisinin ərzaqla etibarlı təminatının əsas bazası olduğundan bu sahəyə dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalı və əsasən emal, kənd təsərrüfatı maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafına yönəldilməlidir. Bu problemi qismən aradan qaldırmaq üçün yaxşı olar ki, gələn ilin büdcəsində respublikamızda aqrotexnoparkların tikintisi nəzərdə tutulsun. Dövlət büdcəsi hesabına emal müəssisələrinin tikilməsinə, xüsusilə meyvəçilik və tərəvəzçilik bölgələrində belə müəssisələrin sayının artırılmasına böyük ehtiyac vardır.
Bu məhsulların istehsalında çox böyük potensial olmasına baxmayaraq emal müəssisələrinin az olması ucbatından fermerlər istehsal etdikləri məhsulu emal müəssisələrinə satmaqda böyük çətinliklə üzləşir və məhsullarını çox aşağı qiymətə satmağa məcbur olurlar. Digər tərəfdən bu vəziyyət hər il xeyli məhsul itkisinə də səbəb olmaqla ərzaq təhlükəsizliyi riskini artırır. Respublikamızda emal müəssisələrinin sayının artması bu məhsul itkisinin qarşısını almaqla yanaşı fermerlərə meyvə-tərəvəz məhsulları ilə xarici bazarlara çıxmaq imkanı verəcəkdir. Biz bu geniş və sərfəli imkandan tezliklə faydalanmaqla hörmətli prezidentimizin formalaşdırdığı müasir aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirib aqrar bölmənin gələcək dinamik inkişafını təmin etmiş olarıq.
Eyni zamanda bildirirəm ki, aqrar sahəyə özəl sektor sərmayə qoymaqda çox da maraqlı olmadığından əsas yük dövlət büdcəsinin üzərinə düşür və bu da müəyyən çətinlik yaradır. Bu problemin həllində dövlət büdcəsi, büdcədən kənar və özəl vəsaitlər hesabına mərkəzləşdirilmiş xüsusi investisiya fondunun yaradıması məqsədəuyğun olardı. Bu fondun vəsaitləri hesabına aqrar istehsal sahələrinə daha çox investisiya ayırmaq və yüksək səmərə əldə etmək olar. Bununla yanaşı parlamentdə müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə zərfin ikinci cildində qeyd olunur ki, fermerlər arasında könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrara siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunların qəbul edilməsinə böyük ehtiyac vardır.
- Eldar müəllim, siz parlamentdə Naxçıvan Muxtar Respublikasını təmsil edirsiniz. Muxar Respublikanın inkişafı büdcədə özünün əksini necə tapır?
- Mən Naxçıvandan seçilən deputat kimi Ermənistanın blokadası şəraitində yaşayan və fəaliyyət göstərən Muxtar Respublikaya göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə öz minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası da yuxarıda adları qeyd olunan bölgələr kimi öz xərcini daxili gəlirləri hesabına ödəmək istiqamətində uğurlu addımlar atır. Bunun nəticəsidir ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri cari ilə nisbətən 21,5 faiz çox nəzərdə tutulub. Lakin bu uğurların davamlı olması üçün bölgənin blokadada olması və verilən investisiyanın səmərəli istifadəsini nəzərə almaqla Muxtar Respublikaya daha çox investisiya ayrılmalıdır ki, dövlət büdcəsindən asılılığı tam aradan götürməyə zəmin yaransın.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02

