Hər bir ölkənin büdcəsi onun sosial-iqtisadi inkişafının aynasıdır
28.11.2013 [09:25]
Ərəstun Cavadov: Ötən hər ili uğurla başa vuran Azərbaycanın qarşısında daha perspektivli və yeni vəzifələr dayanır
Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Ərəstun Cavadovdur:
- Ərəstun müəllim, Milli Məclis 2014-cü il dövlət büdcəsini qəbul etdi. Siz də büdcə müzakirələrində iştirak etdiniz. Fikrinizcə, Azərbaycanın sosial-iqtisadi inkişafı hansı səviyyədədir?
- Hər bir ölkənin büdcəsi onun sosial-iqtisadi inkişafının aynasıdır. Bu baxımdan ölkəmizdə artıq yeni mərhələ-kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsi başlayıb və dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın, proqnozlaşdırılmış mənzərəsini ortaya qoyur. Yəni, əsas məqsəd ölkənin qüdrətini daha da artırmaq, sosial rifahı yaxşılaşdırmaq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirmək, dövlətin daha güclü, daha qüdrətli olmasıdır. Məhz 2014-cü il üçün qəbul edilən dövlət büdcəsi də özündə bu və bu kimi digər əhəmiyyətli faktorları kifayət qədər ehtiva edir. Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən nəhəng quruculuq işləri, əldə olunan sosial-iqtisadi inkişaf Azərbaycanın qısa bir müddətdə bölgənin ən inkişaf etmiş, böyük nüfuz və söz sahibi olan, ən müasir texnologiyaların tətbiq olunduğu bir dövlətə çevrilməsinə səbəb olub. Son illər artan iqtisadiyyat, gündən-günə abadlaşan, müasirləşən paytaxt və bölgələrimiz, yeniləşən infrastruktur Azərbaycanın reallıqlarıdır. Bir-birinin ardınca həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra da uğurlu inkişafına əsas yaradır. Azərbaycanın bugünkü uğurları ölkəmizin inkişaf modelinin digər dövlətlərə nümunə göstərilməsinə əsas verir. Ötən hər ili uğurla başa vuran Azərbaycanın qarşısında daha perspektivli və yeni vəzifələr dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq inkişaf proqramlarının əsas məqsədlərinə nail olunduğunu təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət proqramlarında bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Yəni, Azərbaycanın malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə edilməsi, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması mühüm prioritetlərdir. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, imzalanan Fərman və sərəncamlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Məlumat üçün bildirək ki, hazırda “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər icra olunur.
Qeyd etmək yerinə düşər ki, dünya iqtisadiyyatının başlıca tələblərindən biri iqtisadi transformasiya prosesinin təkamül yolu ilə düşünülmüş və təmkinli olaraq həyata keçirilməsindən ibarətdir. Davamlı və sistemli bir proses olan təkamül yolu bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Məhz bu mənada təmkinli, uzaqgörən siyasi xətlə paralellik təşkil edən təkamül yolu Azərbaycanda bazar iqtisadiyyatının təməl prinsiplərinə çevrilib.
Beləliklə də, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə daha böyük nailiyyətlərin əldə olunması bir daha sübut edir ki, Ümummilli liderimizin formalaşdırdığı sabit sosial-siyasi sistem hazırkı sürətli inkişafımızın təməlini təşkil edir.
- Ərəstun müəllim, siz, eyni zamanda, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı kimi parlamentin Aqrar siyasət komitəsinin üzvüsünüz. Həmin bölgənin sosial-iqtisadi inkişafı, o cümlədən, aqrar sahədə baş verən yeniliklər barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Sualınıza cavab olaraq öncə onu qeyd etmək istərdim ki, Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev aqrar siyasəti dərinləşdirməklə ölkəmizin bu sahədə yeni inkişaf mərhələsinə çatmasına səbəb olub. Dövlət başçısı aqrar sahənin ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu qeyd edərək bildirib: “Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir”.
Prezident İlham Əliyevin birbaşa diqqəti sayəsində torpaq mülkiyyətçilərinə dövlət dəstəyi və qayğısı ilbəil güclənib, onlara lazım olan bütün köməklikləri göstərilib. Kənd təsərrüfatında müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişləndirilib. Ümumiyyətlə, aqrar sahədə dövlətin birbaşa dəstəyi bir neçə formada özünü göstərir və bunlar ən qabaqcıl inkişaf modellərinə əsaslanır. Bu sırada subsidiyalaşmanın əhəmiyyətini xüsusi qeyd edə bilərik. Bir neçə ildir ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına birbaşa (yardımlar, subsidiyalar və s.) və dolayı (vergi güzəştləri, güzəştli kreditlər və s.) yolla dəstəklər göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsi tərəfindən ümumilikdə aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar edilməkdədir. 2014-cü ilin büdcəsi ilə tanışlıq onu deməyə əsas verir ki, regionlarda əsas fəaliyyət növü olan kənd təsərrüfatı istehsalının (torpaq vergisi istisna olmaqla) bütün vergilərdən azad olunduğu bir şəraitdə 16,7 faizlik büdcə gəlirlərinin artımı regionlarda iqtisadiyyatın inkişafının göstəricisidir.
Ötən dövr ərzində ölkəmizdə əldə edilən nailiyyətlər bunu əyani surətdə nümayiş etdirir. Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır. Bu isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması ilə əlaqədardır. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. 2014-cü ilin dövlət büdcəsində yerli büdcələrə dotasiyanın azalması, habelə gələn il Sumqayıt, Şirvan və Abşeron rayonları ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonunun da xərclərini özlərinin gəlirləri hesabına ödəmələri proqnozlaşdırılır. Hər il olduğu kimi 2014-cü ilin büdcəsində də kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 15,9 faiz çox (ümumilikdə 539 milyon manat) vəsait ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatının inkişafında əsas məsələlərdən biri meliorasiya və irriqasiya tədbirlərinin yerinə yetirilməsi olduğundan bu sahə də həmişə diqqət və qayğı ilə əhatə olunur və 2014-cü ildə bu işlərə 239 milyon manat və ya cari ilə nisbətən 4,3 faiz çox vəsait ayrılması nəzərdə tutulur. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin Ümumi Daxili Məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir. Bütün bunlar isə onu göstərir ki, əldə edilən neft kapitalı respublikamızın uzun müddətli, sabit və dinamik sosial-iqtisadi inkişafını təmin edən qeyri-neft sektorunun potensialının artımına və bu potensialdan səmərəli istifadəyə yönəlib. Prezident İlham Əliyevin vaxtaşırı olaraq bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməsi tərəqqinin əldə edilməsində, hər bir məmurun və icraçının vəzifə borcunu vicdanla yerinə yetirməsində mühüm rol oynayır. Hər şəhərdə, hər bölgədə, hətta hər kənddə quruculuq və abadlıq işləri böyük vüsət alır, modern standartlara cavab verən müasir infrastrukturlar yaradılır. Təmsil etdiyim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi kənd təsərrüfatı regionu kimi bu gün öz həyatının çiçəklənən bir dövrünü yaşayır. Məsələn, heç vaxt Ağsuda bu qədər abadlıq-quruculuq işləri geniş vüsət almayıb, artıq rayon həyatında yeni bir mərhələ başlanıb. Son illərdə Ağsu rayonunda bir sıra sosialyönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri yerinə yetirilib. Cənab Prezidentin Ağsu rayonuna hər səfəri rayonumuzun həyatında sanki yeni bir mərhələnin başlanğıcı olur. 30 oktyabr 2011-ci il tarixində Ağsu rayonuna səfəri zamanı Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin, Ağsu mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında, Ağsuda çörək zavodunun, Ağsu şəhər stadionunun, Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin, Ağsu “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışlarında iştirak edib. Ağsu rayonuna səfərin nəticəsi olaraq cənab Prezident tərəfindən imzalanan Sərəncama əsasən sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi və rayonda yeni xəstəxana binasının tikintisi üçün 3 milyon manat vəsait ayrılıb ki, bu da yerli problemlərin həllinə əhəmiyyətli dərəcədə kömək edəcək. Dağlıq ərazilərdəki bulaqlardan 25 kilometr uzunluğunda yeni kəmər çəkilərək Ağsu şəhərinin və 3 kəndin keyfiyyətli içməli su ilə təmin edilməsi rayonun sosial həyatında tarixi bir hadisə oldu. “Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin.” Dövlət başçısı İlham Əliyevin vaxtilə söylədiyi proqram xarakterli bu tezisi bu günün reallıqlarında öz əksini tapır. Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın şaxələndirilməsi yüksək səviyyədə təmin olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18

