Mübariz Qurbanlı: Böyük müharibənin olacağını ehtimal etmirəm
04.03.2014 [09:45]
“Media forum” saytının suallarını Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Mübariz Qurbanlı cavablandırıb:
- Bəzi siyasi şərhçilər hesab edirlər ki, Azərbaycan Ukrayna və Rusiya arasında gərginliyə mövqe bildirmir. Bu fikirlərlə razısınızmı? Azərbaycanın Ukraynadakı proseslərlə bağlı mövqeyi necə olmalıdır?
- Mən bu məsələlərlə bağlı yalnız şəxsi mövqeyimi açıqlaya bilərəm. Hadisələr diqqətlə izlənilir. Orada baş verənlər bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan separatizmdən əziyyət çəkir, ərazisinin iyirmi faizi işğal altındadır. Biz separatizmdən əziyyət çəkən ölkə kimi bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Hesab edirik ki, bu məsələlər Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, hadisələrə yanaşma yalnız Ukraynanın ərazi bütövlüyü prinsipinə söykənməlidir.
Azərbaycan eyni zamanda hər bir ölkədə yaşayan xalqların hüquq və azadlıqlarının qorunmasının tərəfdarıdır. Biz hesab edirik ki, Ukraynada ukraynalılarla yanaşı digər xalqların, o cümlədən rusların, tatarların və başqa etnik azlıqların hüquqlarının qoruması məsələsinə Ukraynanın ərazi bütövlüyü prinsipi əsasında baxılmalıdır və problemlər bu çərçivədə həll olunmalıdır. Biz hesab edirik ki, Ukraynadakı hadisələr sülh, danışıqlar yolu ilə həll olunacaq və baş verənlər təhlükəli həddə çatmayacaq, böyük qarşıdurmaya gətirib çıxarmayacaq.
Azərbaycanın rəsmi mövqeyinə gəlincə, Xarici İşlər Nazirliyi bunu açıqlayıb. Həmin açıqlamada da rəsmi Bakının məsələlərin sülh yolu ilə həllinə tərəfdar olduğu qeyd olunub.
- Azərbaycan və Ukrayna GUAM-da təmsil olunur və iki ölkə strateji tərəfdaş və müttəfiqdir. Azərbaycan GUAM çərçivəsində Ukraynaya yardım edə bilərmi?
- Bəzi nüanslara görə bu məsələ hazırda müzakirə mövzusu deyil.
- Krım bölgəsi ətrafında baş verənlər, muxtariyyətin Ukraynanın tərkibdən çıxması Dağlıq Qarabağ münaqişəsinə hansısa formada təsir edə bilərmi?
- Rusiyanın Dövlət Duması və Federasiya Şurasının yaydığı sənədlərin heç birində Ukraynanın ərazisi olan Krım bölgəsinin Rusiyaya birləşdirilməsi müddəası yoxdur, bundan söhbət getmir. Televiziyalarda, başqa mətbuat orqanlarında deyilənlər, yazılanlar dövlətin, hökumətin mövqeyi sayıla bilməz. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jrinovskinin dediyi sözlər kimlərinsə istəyi ola, o, kiminsə ürəyindən keçənləri söyləyə bilər, amma onun sözləri Rusiyanın rəsmi mövqeyi deyil. Rusiyanın rəsmi mövqeyində, rəsmi şəxslərin açıqlamalarında Krımın Rusiyaya birləşdirilməsi müddəası yoxdur. Söhbət Krımda yaşayan əhaliyə özünüidarənin geniş formasının verilməsindən gedir. Bununla bağlı martın 30-na referendum təyin olunub. Həmin referendumun olub-olmayacağı hələlik dəqiq bilinmir. Çünki rəsmi Kiyev bunun əleyhinədir, beynəlxalq aləmin mövqeyi də tam aydın deyil. Hər halda Krımın statusunun dəyişəcəyi ehtimalı daha güclüdür. Ancaq bu, Ukraynanın tərkibində olacaq.
1992-ci ildə Krımın statusu başqa idi, sonra dəyişdi. Əvvəlki statusda Krımın öz rəhbərliyini seçmək hüququ, idarəçilik üsulu vardı. O zamanlar Rusiya Federasiyasının muxtar respublikalarının statusu da çox geniş idi. Rusiya federasiya subyektlərinin status və səlahiyyətlərini məhdudlaşdırdı. Ukraynada da eyni proses getdi və Krım muxtariyyətinin statusu aşağı salındı. İndi statusun genişləndirilməsindən söhbət gedir. Əgər rəsmi Kiyev buna razılıq versə, referendum keçirilsə, Krımın statusu genişləndirilsə və Qərb bunu qəbul etsə, onda bu, dünyadakı muxtar qurumlar üçün yeni presedent yaradacaq. Həmin presedentdən başqaları da yararlana bilər. Amma necə yararlanacaqlarını gələcək göstərəcək.
- Rusiyanın Ukraynaya qoşun yeritməsi bölgədə ABŞ və NATO-nun da iştirak etdiyi genişmiqyaslı müharibəyə səbəb ola bilərmi?
- Böyük müharibənin olacağını ehtimal etmirəm. Çünki hazırda dünyada olan nüvə silahlarının və nüvə başlıqlarının 98 faizi Rusiya və ABŞ-ın nəzarətindədir. Nüvə klubuna daxil olan digər ölkələr dünyadakı nüvə silahlarının yalnız 2 faizinə sahibdirlər. Ona görə də indiki şəraitdə ABŞ və Rusiya arasında nüvə müharibəsi həddində qarşıdurmanın baş verməsi faktiki olaraq yer kürəsinin məhv olması deməkdir. ABŞ və Avropa İttifaqının müdaxiləsi lokal müharibəni böyük müharibəyə çevirə bilər. Ona görə də proseslərin dünya müharibəsi səviyyəsinədək gəlib çatacağını düşünmürəm. Hadisələrin dünya müharibəsi səviyyəsinə çatmasına nə Rusiya tərəfdardır, nə Qərb dövlətləri. Bu, yalnız Qərblə Rusiya arasında danışıqlar yolu ilə həll olunmalıdır və mütləq belə olacaq. Başqa variantlardan istifadə ediləcək və məsələ həllini tapacaq. Əks halda ABŞ, Avropa İttifaqı və Rusiyanın daxil olduğu qarşıdurma böyük fəlakətlə nəticələnər. Mümkün qarşıdurmanın bədbin nəticələrini göz önünə gətirsək, deyə bilərik ki, hadisələr sülh yolu ilə həll olunacaq. Çünki başqa yol yoxdur. Başqa yol intihardır.
Təbii ki, orada çox böyük maraqlar üz-üzə gəlib. Rusiyanın hadisələrdə böyük marağı var. Çünki yerləşdiyi bölgədə, ölkə ətrafında mövqelərinin getdikcə itirilməsi Rusiyanın milli maraqlarına ziyan vurur. Ona görə də Moskva hərəkətə keçib. Qərbin özünəməxsus maraqları var. Xüsusən də bu, bir prestij, nüfuz məsələsidir. Eyni zamanda Qərbin geosiyasi, iqtisadi maraqları var. Hesab edirəm ki, yaxın vaxtlarda çıxış yolu tapılacaq, məsələ həll olunacaq. Çünki beynəlxalq təşkilatlar ciddi işləyirlər və bu, nəticə verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10

