Partiyamız ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə ciddi və davamlı dəstək verir
07.04.2014 [12:00]
Müsahibimiz Mili Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynovadır
- Sevinc xanım, məlum olduğu kimi ölkəmizdə davamlı inkişaf müşahidə olunur. Həyata keçirilən siyasi kurs Azərbaycanda həm iqtisadi, həm də xarici siyasət müstəvisində hansı uğurların əldə olunmasını təmin edib?
- Müasir, müstəqil Azərbaycan dövləti, bu dövlətin əsasları, onun inkişafı birmənalı şəkildə fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmət etmiş Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik əldə edildikdən sonra hüquqi dövlət quruculuğunun inkişafı yolunda ilk addım Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbulu ilə reallaşdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi həm də ölkəmizdə demokratik ənənələrin formalaşması, Azərbaycanın dünyaya inteqrasiyası, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan addımlarla da yadda qaldı. Siyasi-iqtisadi və sosial mədəni həyatın bütün sahələrində müasir dövrün tələblərinə uyğun dəyişikliklərə zəmin yaradıldı.
Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev müasir Azərbaycanın dünya iqtisadi-siyasi arenasında tanınmasına, yüksək səviyyəli tərəfdaş qismində qəbul edilməsinə zəmin yaratdı. Qısa müddətdə ölkəmizin dövlət büdcəsi dəfələrlə artırıldı və bu gün Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Qeyd olunan bu uğurlar müasir Azərbaycanın ən yeni tarixində zəfərlərin ardıcıllıq təşkil etməsində əsas pay sahibidir.
Bu gün müasir Azərbaycan yeni dövrün yeni lideri-möhtərəm Prezidentimiz cənab İlham Əliyevin timsalında özünün beynəlxalq uğurlarını dünyaya nümayiş etdirir. Beynəlxalq müstəvidə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin aparıcı dövlətlər tərəfindən yaxın tərəfdaş qismində qəbul olunması istiqamətində mühüm addımlar atıb. Nəticə ortadadır, 2012-2013-cü illərdə ölkəmiz dünyanın ən ali kürsüsündə-BMT Təhlükəsizlik Şurasında Avropa məkanının bir hissəsinin təmsilçisi olaraq çıxış etdi. Bu gün Azərbaycanda bütün sahələrin paralel inkişafı təmin edilib. Bu gün Cənubi Qafqazın lideri olan ölkəmiz iqtsadi uğurları ilə bütün dünyanı heyrətə salır.
- Azərbaycanda həyata keçirilən sosial siyasət uğurları haqqında nə deə bilərsiniz?
- Hazırda nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticədə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövlətidir.
Modern dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycanda sosial müdafiə başlıca yer tutur. Sosial müdafiədə ünvanlılıq əsas xətdir və belə bir əhəmiyyətli sosial kursun təməlini Ulu öndər Heydər Əliyev qoyub. Məhz bu böyük insanın şəxsiyyəti və xarizması sayəsində adətən, çox ağrılı və əziyyətli olan bu transformasiya-keçid proseslərini Azərbaycan çox ehtiyatlı və ağrısız başa çatdıra bilib.
Prezident İlham Əliyevin sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var. Belə ki, birinci istiqamətində sosial müdafiənin elementi olan müavinət sistemindən sığorta sistemi ayrıldı. Prezidentin sosial siyasətində ikinci mühüm addım regionlarla idarəetmədir. Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramları mövcuddur. Məhz regionlardakı infrastrukturların bərpası vasitəsilə əmək ehtiyatlarının üzə çıxarılmasını və nəticə etibarilə əhalinin sosial müdafiəsini təmin edən, onların kəndlərdən şəhərə axınını minumuma endirən bir neçə dövlət proqramı həyata keçirilib.
- Sosial məsələlərdən söz düşmüşkən, bir məqama da toxunaq. Yeni Azərbaycan Partiyasının nəzdində Sosial məsələlər üzrə komissiya fəaliyyət göstərir və bu komissiyanın ilk ilk iclasında Siz də iştirak etdiniz. Ümumiyyətlə, YAP-ın ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə dəstəyini necə dəyərləndirirsiniz?
- Fəaliyyəti dövründə YAP ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə də ciddi və davamlı dəstəyini ifadə edib. Daha doğrusu, siyasi subyekt kimi YAP dövlətin sosial-iqtisadi siyasətinin fəal təbliğatçısı qismində çıxış edib. Başqa sözlə, YAP-ın ideoloji prinsiplərində sosial məsələlər xüsusi yer tutur. Bu mənada YAP-ın da əsas prinsiplərindən biri sosial ədalətin təmin olunması istiqamətində fəaliyyətdir.
Bir sözlə, partiyanın daxili siyasət strategiyasında da sosial və iqtisadi məsələlər önəmli yer tutur. Belə ki, YAP hər zaman ölkəmizin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəallığını artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa üstünlük verib. Təbii ki, YAP-ın sosial siyasət sahəsində strateji inkişaf proqramının əsasında insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalət prinsipinin daim qorunması və müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılması durur. Partiya belə hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı vardır. Məhz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət də hər bir vətəndaşın zəngin, firəvan, yüksək rifah şəraitində yaşamasına xidmət edir. YAP fəaliyyətində bu yöndə dövlət siyasətinə ciddi dəstək verməkdədir. Partiya fəalları tərəfindən hökumətin bu istiqamətdə reallaşdırdığı tədbirlər, icra olunan proqramlar əhali arasında geniş şəkildə təbliğ edilir. Bununla yanaşı, YAP-ın təşkilatçılığı ilə imkansız ailələrə, ahıl insanlara və valideyn himayəsindən məhrum olmuş uşaqlara mütəmadi olaraq yardımlar edilir, milli bayramlar münasibətilə onlarla görüşlər keçirilir və bayram sovqatı təqdim edilir. Məsələn, Novruz, Qurban, Ramazan bayramlarında Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşmək, onlara bayram sovqatları təqdim etmək YAP üçün ənənə halına çevrilib.
- Sevinc xanım, artıq 10 ildir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur. Bu yaxınlarda «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramı» da təsdiq olunub. Bu proqram əhəmiyyəti nədən ibarətdir?
- Bildiyiniz kimi regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq proqramlar həyata keçirilir. Proqramlar əsasında komleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Azərbaycanın iqtisadi inkişafının əsas məqamlarından biri olan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008 və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Qeyd etdiyiniz kimi, artıq 2014-2018-ci illəri əhadə edən üçüncü dövlət proqramı təsdiq olunub. Şübhəsiz ki, bu proqram nəticəsində regionların bütün sosial-iqtisadi məsələləri öz həllini tapacaq.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20

