Zərifə xanım Əliyevanın timsalında ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır
25.04.2014 [11:10]
Musahibimiz Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva
- Gövhər xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü tamam olur. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir. Zərifə xanım Əliyeva mehriban ana, gözəl, sadə insan, eyni zamanda görkəmli alim kimi xatırlanır...
- Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Hesab edirəm ki, Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, Onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir.
Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Bu gün Onun yetişdirdiyi kadrlar da insanlara sağlamlıq bəxş edir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq elə də asan məsələ deyildi. Məsəl var, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım da ailədə Ümummilli liderimiz Heydər Əliyevin güclü dayağı olub. Eyni zamanda, onların arasında böyük, saf məhəbbət yaşanıb. Bu barədə Ulu öndərimiz Özünün xatirələrində də danışırdı ki, heç bir çətinlik Zərifə Əliyeva ilə olan məhəbbətinə mane ola bilməyib. Biz Heydər Əliyevin necə polad iradəli şəxs olduğunu yaxşı bilirik. Amma O, təkcə Zərifə xanımın məzarı önündə kövrəlmişdi. Əlbəttə ki, bu, Zərifə xanımın Heydər Əliyevin həyatındakı rolundan irəli gəlir.
Ümumiyyətlə, Zərifə Əliyevanı və ailəsini şəxsən tanıyan hər bir kəs Onun haqqında xoş, müsbət fikirlər bildirirlər. Bununla əlaqədar bəzi xatirlərimi bölüşmək istəyirəm. 1970-ci illərdə Azərbaycanın rabitə naziri olan Hüseyn Rəsulbəyov (H.Rəsulbəyov həm də general idi) atamla dost idi. H.Rəsulbəyovun qızı Zərifə xanımın qardaşı Cəmil Əliyevin həyat yoldaşıdır. Bu qohumluq əlaqələrinə görə onların ailəvi gediş-gəlişi var idi. Mən H.Rəsulbəyovdan da Zərifə Əliyevanın respublikanın birinci şəxsinin həyat yoldaşı olmasına baxmayaraq, necə sadə insan olduğunu eşitmişdim. O, danışırdı ki, Zərifə xanım işdən evə gələndə özü mətbəxə keçər, yeməklər bişirər, ailənin süfrəsini şəxsən hazırlayardı. Qeyd edirdi ki, Zərifə xanım çox mədəni, ziyalı, qayğıkeş və sadə insandır.
Eyni zamanda, bu cür yüksək alicənablıq Zərifə xanımın qardaşları Tamerlan və Cəmil Əliyevlərdə də var. Çünki bu insanlar yüksək mədəni mühitdə böyüyüb və yaşayıblar.
- Bir ana kimi Zərifə xanım Əliyevada olan xüsusiyyətlər haqqında bir neçə kəlmə...
- Zərifə Əliyeva bir ana kimi gözəl insan idi. O, ailədə iki övlad böyüdüb, onlara yüksək tərbiyə verib, vətənə layiqli övladlar kimi yetişdirib. Bu gün ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev Zərifə xanımın övladıdır, ailədə ondan ana tərbiyəsi alıb.
Eyni zamanda, bu ailənin digər övladı olan Sevil xanımla mən tələbə yoldaşı olmuşam, onunla beş il bir qrupda ali təhsil almışıq. Bu illər ərzində mən Sevil xanımda elə xüsusiyyətlər müşahidə etdim ki, bunların hamısı ailədən, ananın verdiyi tərbiyədən irəli gəlirdi. İlk növbədə, onda dərin millilik var idi, Zərifə Əliyeva qızını da əsil azərbaycanlı xanımı kimi böyütmüşdü. Oxuduğumuz qrupda Sevil xanım özünün milliliyi, sadəliyi, davranışı, milli adət-ənələlərimizə diqqət və hörməti ilə hamıdan fərqlənirdi. Mən başa düşürdüm ki, bunların hamısı ailədən gələn məsələlərdir. Sevil xanım insanlara, o cümlədən ətrafına, tələbə yoldaşlarına qarşı diqqətcil və qayğıkeş idi. Məsələn, bir hadisəni danışım. Bizim qrupda bir qız oxuyurdu, uşaq ikən anasını itirmişdi. Təhsil aldığı vaxt isə atası da dünyasını dəyişdi. Ailədə iki bacı idilər, kiçik bacısı hələ orta məktəbdə oxuyurdu. Kimsəsiz qız idi, onlara sahib çıxan qohum-əqrabası da yox idi ki, atasının dəfnini təşkil etsin. Qrup üzvləri yığışaraq köməkləşdik, onun atasının dəfnini və başqa məsələləri həll etdik. Bu hadisədən bir neçə gün sonra Sevil xanım həmin qıza yaxınlaşaraq nə köməyə ehtiyacı olsa, ona yardım etməyə hazır olduğunu dedi. Əlbəttə ki, bunu hər kəs etməzdi. Amma Sevil xanımın ailədə aldığı tərbiyənin nəticəsi idi ki, ehtiyacı olan insana öz təşəbbüsü ilə kömək etdi. Bir sözlə, Sevil Əliyeva obyektiv, təvazökar və çalışqan insan idi. Bütün bunlar isə ailədə ana və atanın verdiyi tərbiyədən, öyüd-nəsihətdən irəli gəlirdi.
- Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı böyük xidmətləri var. Onun elmi fəaliyyəti cəmiyyətimizə hansı töhfələr verib?
- Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf edib. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım Əliyevanın çox müsbət aurası var idi. Səhiyyə tariximizdə müstəsna yeri olan Zərifə xanım oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları olub. O, tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib.
Qeyd etdiyim kimi Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Xüsusi vurğulamaq lazımdır ki, Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Ümumiyyətlə, elm sahəsində göstərdiyi xidmətlərin nəticəsi idi ki, 1981-cı ildə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layıq görüldü. Eyni zamanda, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın olub.
Zərifə xanımın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Onun bu sahədə xidmətləri, fəaliyyəti qiymətləndirildi və Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusi vurğulamaq istəyirəm ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

