/ / Azay Quliyev: Azərbaycan ATƏT PA-da yeni təkliflər irəli sürür, yeni qətnamələrlə çıxış edir, qurumun strukturlarında rəhbər vəzifələrdə təmsil olunur
Azay Quliyev: Azərbaycan ATƏT PA-da yeni təkliflər irəli sürür, yeni qətnamələrlə çıxış edir, qurumun strukturlarında rəhbər vəzifələrdə təmsil olunur
20.06.2014 [09:16]
Xəbər verdiyimiz kimi, iyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası keçiriləcək. ATƏT PA-nın ən böyük tədbiri hesab edilən illik sessiyaya ölkəmizin ilk dəfə olaraq ev sahibliyi etməsi mühüm hadisədir.
ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev qurumun Bakıda keçiriləcək illik sessiyası ilə bağlı AzərTAc-a müsahibə verib.
- Azay müəllim, ATƏT PA-nın 23-cü illik sessiyasının Bakıda keçirilməsini necə qiymətləndirirsiniz və toplantıdan gözləntilərimiz nələrdir?
- ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü illik sessiyası olduqca mühüm bir hadisədir. Belə ki, illik sessiya ATƏT PA-nın ən böyük tədbiridir və ölkəmiz ilk dəfə olaraq bu sessiyaya ev sahibliyi edəcəkdir.
Əvvəlcə onu qeyd edim ki, Azərbaycanın bu sessiyaya ev sahibi seçilməsi təsadüfi deyildir. Bu gün ölkəmiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə yanaşı, həmin qurumların işində fəal iştirak edir. Bu baxımdan da, bir çox ölkələrin ev sahibliyi etmək üçün səylər göstərdiyi bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan siyasi çəkisinin, eyni zamanda, dövlətimizə olan etimad və inamın göstəricisidir.
Məlumat üçün bildirim ki, “Helsinki + 40: Hər kəs üçün insan təhlükəsizliyinə doğru” adlı sessiyada ümumilikdə 68 ölkədən (57 iştirakçı dövlət və 11 əməkdaşlıq üzrə tərəfdaş ölkədən) siyasətçilər, deputatlar, jurnalistlər və onları müşayiət edəcək nümayəndələrin iştirakı gözlənilir. Bildiyiniz kimi, ATƏT PA-da iştirakçı ölkələri təmsil edən 323 deputat vardır. Digər qonaqları da nəzərə alsaq, ümumilikdə təqribən 500 nümayəndənin sessiyaya qatılacağı gözlənilir.
Qeyd edim ki, sessiya media nümayəndələri üçün tam açıq olacaqdır. Tədbiri işıqlandırmaq istəyən media nümayəndələri müvafiq qaydada qeydiyyatdan keçərək iştirak edə bilərlər.
Həmçinin gələn il Helsinki Yekun Aktının qəbulunun 40 illiyidir. Bu baxımdan, Bakıda keçiriləcək sessiya bu sənədin qəbulunun 40 illiyinə hazırlıq üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Bakıda 2015-ci ilin illik sessiyası üçün mühüm məsələlərin müzakirə olunacağı, qətnamələrin və qərarların qəbul ediləcəyi gözlənilir.
Eyni zamanda, sessiyada Assambleyanın rəhbər orqanlarına seçkilər keçiriləcəkdir. Bununla yanaşı, ATƏT PA-nın hər üç komitəsinin: Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin, İqtisadiyyat, Elm, Texnologiya və Ətraf Mühit üzrə Komitənin və Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçiləri tərəfindən hazırlanmış qətnamə layihələri və hesabatlar da sessiyada dinləniləcəkdir. Sessiyanın yekununda isə həm plenar iclasda, həm də hər üç komitədə qəbul edilən qətnamələr vahid Bakı Bəyannaməsi adı altında təsdiq olunacaqdır.
- Siz ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinisiniz. Bu komitənin gündəliyində hansı məsələlər vardır?
- Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatında - Silahlı Qüvvələrə Demokratik Nəzarət və Vyana Sənədi, ATƏT-in gələcəyi, Vyana Sənədinin təkmilləşdirilməsi və Ənənəvi Silah Nəzarətinin perspektivi, dəyişən geosiyasi vəziyyət - yeni təhlükələr və Ukraynada baş verən son hadisələr yer almışdır.
Həmçinin komitənin məruzəçisi tərəfindən hazırlanmış qətnamədə mühüm əhəmiyyət kəsb edən bir neçə məsələ də əksini tapmışdır. Qətnamə layihəsi Helsinki Yekun Aktında qeyd edilən iştirakçı dövlətlərin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət etməyin vacibliyini vurğulayır. Eyni zamanda, ərazilərin işğalı zamanı saxta referendumların qarşısının alınması üçün hüquqi bazanın gücləndirilməsi və referendum keçirilən zaman ölkə konstitusiyalarının və müvafiq beynəlxalq standartların nəzərə alınmasının vacibliyi də sənəddə əksini tapmışdır. Qeyd edim ki, Azərbaycanın milli maraqlarına cavab verən hər iki maddə qətnamə layihəsinə bizim nümayəndə heyətinin təklifi ilə salınmışdır.
- Azay müəllim, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın fəaliyyətində fəallığı ilə seçilir. Bizim üçün maraqlıdır, yüksək fəaliyyəti ilə seçilən Azərbaycan nümayəndə heyəti bu dəfə sessiyada hər hansı sənədin qəbul olunması təşəbbüsü ilə çıxış edəcəkmi?
- Sessiyaya ümumilikdə ATƏT PA-nın üzvləri tərəfindən fərdi qaydada 14 qətnamə layihəsi təqdim olunmuşdur. Onlardan biri də müəllifi olduğum “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsidir. Mədəni mülkiyyətin qorunması məsələsi bu gün çox aktual mövzudur. Hazırda, bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində, həmçinin ATƏT regionunda mövcud olan digər oxşar ərazilərdə ayrı-ayrı mədəni abidələrin - dini ibadət yerlərinin, qəbiristanlıqların qorunması ilə bağlı çox ciddi problemlər vardır. Ona görə də bu aktual məsələni Azərbaycanın ATƏT qarşısında qaldırması və onun Assambleyanın gündəliyinə salınması olduqca mühüm əhəmiyyət kəsb edir.
Qətnamə layihəsində çox mühüm müddəalar - işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb edilməsinin pislənməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin təsis edilməsi kimi məsələlər qaldırılmışdır. UNESCO-nun və digər beynəlxalq təşkilatların siyahısında olub-olmamasından asılı olmayaraq, böyük əhəmiyyətə malik mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi layihədə açıq qeyd edilmişdir. Bu qətnamənin qəbul olunacağı halda işğal edilmiş ATƏT ərazilərində, o cümlədən Azərbaycanın zəbt olunmuş torpaqlarında mədəni irs nümunələrinin dağıdılması, məhv edilməsi və tarixi saxtalaşdırılmasının qarşısının alınması istiqamətində yeni bir beynəlxalq sənədin təsdiqinə nail olacağıq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

