/ / Avropa özünün bəyan etdiyi dəyərləri, hüququn aliliyi prinsipini əsas götürməli və ikili standartlara yol verməməlidir
Avropa özünün bəyan etdiyi dəyərləri, hüququn aliliyi prinsipini əsas götürməli və ikili standartlara yol verməməlidir
22.08.2014 [12:28]
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə
- Asim müəllim, məlum olduğu kimi, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Füle, eyni zamanda, bəzi xarici hüquq-müdafiə təşkilatları növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması iddiası ilə çıxış ediblər. Ölkə ictimaiyyətinin nümayəndələri bu yanaşmanı subyektiv, qərəzli mövqe kimi dəyərləndirir və klassik ikili standart nümunəsi hesab edirlər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin, həmçinin bəzi xarici hüquq-müdafiə təşkilatlarının bu yanaşması, heç şübhəsiz, subyektiv və qərəzli xarakter daşıyır. Bu gün bir çox ölkələrdə, o cümlədən postsovet məkanında insan hüquqlarının vəziyyəti ilə bağlı müəyyən fikirlər söylənilir. Amma təəssüflər olsun ki, bu qurumun timsalında bir daha görünür ki, məhz Azərbaycana qarşı qərəzli münasibət mövcuddur. Bu cür bəyanatlar, əslində, Avropanın, yaxud Qərbin bir çox məsələlərə reallıqlardan uzaq yanaşmasını göstərir. Azərbaycana qarşı bu münasibətin səbəbi isə Avropanın erməni lobbisi və ermənipərəst dairələrin təsiri altında hərəkət etməsidir. Avropa erməni lobbisinin Azərbaycana qarşı təbliğatının, yayılmış qeyri-dəqiq və qərəzli məlumatların əsasında hərəkət edir və bu, haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradır. Avropa özünün bəyan etdiyi dəyərləri, hüququn aliliyi prinsipini əsas götürməli və bu cür hallara, ikili standartlara yol verməməlidir. Şübhəsiz, bu cür yanaşma Avropanın özünün imici və nüfuzuna ziddir.
Avropa ayrı-ayrı ölkələrdə insan hüquqlarının qorunması, demokratik inkişaf naminə əməkdaşlığın davam etdirilməsi prinsiplərindən bəhs edir. Amma buna paralel olaraq həm də bir çox ölkələrə, o cümlədən Azərbaycana qarşı ikili standartlara, qərəzli yanaşmalara yol verir. Zənnimcə, bu, qəbuledilməzdir.
- Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir. Məhz buna görə də ictimai asayişin qorunması və qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Qanunların aliliyi prinsipinin üstün tutulması hər zaman qanunçuluq prinsipi və demokratiyadan bəhs edən Avropanı, o cümlədən ayrı-ayrı hüquq-müdafiə təşkilatlarının timsalında Qərbi niyə narahat edir?
- Təəssüf ki, biz bu cür hallara da rast gəlirik. Bilirsiniz ki, Avropa strukturları, o cümlədən Qərb həmişə hüququn aliliyi, demokratik dəyərlərin üstünlüyü, insan hüquqlarının toxunulmazlığı kimi prinsiplərdən bəhs edir. Amma bəzi hallarda məhz bu məsələlər ətrafında subyektiv mövqe sərgilənir, reallıqdan kənar yanaşmalar ortaya çıxır. Bu, ilk növbədə, Azərbaycan reallıqlarının təhrif olunması və ya ölkəmizlə bağlı qeyri-dəqiq, etibarsız mənbələrdən istifadə edilməsi ilə əlaqədardır. Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə çatdırılır. Amma bununla yanaşı, hüquq mühafizə orqanları müvafiq məsələ və proseslərlə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmalıdır ki, Azərbaycanla bağlı yanlış, qərəzli məlumatların qarşısı alınsın.
Erməni lobbisi, ermənipərəst dairələr Azərbaycan əleyhinə təbliğat çərçivəsində məkrli, yanlış məlumatlar yayırlar. Bununla mübarizə aparılır və Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində müvafiq addımlar atılır. Lakin qeyd etdiyim kimi, yaxşı olar ki, hüquq mühafizə orqanları ayrı-ayrı qanun pozuntuları, eləcə də bu cür hallara və asayişin qorunmasına yönəlik tədbirlər barədə davamlı olaraq beynəlxalq ictimaiyyətin müvafiq strukturları ilə məlumat mübadiləsi aparsınlar. Bu, qeyri-dəqiq və qərəzli məlumatların qarşısının alınması istiqamətində mühüm əhəmiyyət daşıyır.
- Məlumdur ki, bu gün Qərb ölkələrində, eləcə də Avropa məkanında qanun pozuntularına, insan hüquqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Bəs nə üçün bəhs edilən qurumun nümayəndələri, eləcə də insan hüquqları, demokratiya kimi dəyərlərdən təsir və təzyiq vasitəsi kimi istifadə edən hüquq-müdafiə təşkilatları bu faktlara dair hər hansı bir bəyanatla çıxış etmir, bu məsələlərdən yan keçməyi üstün tuturlar?
- Qeyd etdiyim kimi, Avropanın özündə, bütövlükdə Qərbdə də qanun pozuntularına, insan hüquqlarının heçə sayılmasına dair ciddi faktlar mövcuddur. Amma buna baxmayaraq, ayrı-ayrı ölkələrə qarşı ikili standartlardan istifadə olunur. Bəzən ikili standartlar prinsipinə müxtəlif ölkələrə təzyiq göstərilməsi üçün istinad edilir. Buna görə də paradoksal vəziyyət yaranır. Təəssüflər olsun ki, Azərbaycanın insan hüquqlarına riayət etməməkdə günahlandırılması qərəzli xarakter daşıyır. Azərbaycanı elə ölkə günahlandırır ki, o, özü bu hüquqa heç vaxt riayət etmir və bir çox hallarda demokratik dəyərlərə qarşı çıxır. Azərbaycan ilə bağlı hallarda buna, üstəlik, erməni diasporunun aktivliyi və təsiri də əlavə olunur.
- Asim müəllim, insan hüquqlarının qorunmasını, hüququn aliliyi prinsipini əsas tutduğunu iddia edən Avropa və Qərbin müvafiq təşkilatları nə üçün Ermənistanın təxribatçı hərəkətlərinə, 1 milyondan çox soydaşımızın hüquqlarının pozulmasına adekvat reaksiya vermirlər?
- Avropa və Qərbin bir sıra hüquq-müdafiə təşkilatları bu cür subyektiv mövqe tutmaq əvəzinə, Ermənistanın beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin icra etməməsinə, işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması məsələsinə xüsusi diqqət yetirməlidir. Qanunların, hüququn aliliyi məsələsindən bəhs edərkən 1 milyondan çox soydaşımızın hüquqlarının pozulması məsələsinə nəzər salmaq lazımdır.
Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinə mane olan Ermənistana qarşı müvafiq tədbirlər görülməli, hətta sanksiyalar tətbiq edilməlidir. Bu ölkənin aqressiv, təcavüzkar siyasəti dünya ictimaiyyətinə yaxşı məlumdur. Son günlər ərzində atəşkəsin tez-tez pozulması və Azərbaycan ordusunun verdiyi itkilər erməni cinayətlərinin təkrarıdır. Azərbaycan beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətini Ermənistanın atəşkəsi pozaraq, cinayət törətməsinə yönəltməyə çalışır. Bu istiqamətdə, hesab edirəm ki, əhəmiyyətli nəticələr əldə ediləcək. ATƏT, Avropa Şurası, digər Qərb təşkilatları bu hadisələrə adekvat reaksiyalar verməlidirlər. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində acizlik nümayiş etdirir. Beynəlxalq təşkilatlar boş bəyanatlarından başqa heç nə etmir. Təcavüzkarın siyasətinə adekvat qiymət verilməli, Ermənistana qarşı müvafiq sanksiyalar həyata keçirilməlidir. Ukrayna, Gürcüstan, Moldovadakı hadisələr Dağlıq Qarabağın analoqudur. Eyni texnologiyalarla, eyni qüvvələr tərəfindən həyata keçirilən bu münaqişələrin həlli də beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Biz bütün beynəlxalq təşkilatlardan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası istiqamətində müvafiq addımların atılması və təcavüzkara qarşı sanksiyaların tətbiq etməsini tələb edirik. Əks halda həm Ukrayna, həm də digər bölgələrdə gərginlik artacaq. Biz qətiyyətlə bütün həmsədr ölkələri münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırırıq.
Bundan başqa, münaqişənin nizamlanması çərçivəsində beynəlxalq hüququn kobud şəkildə pozulmasına, eləcə də BMT Təhlükəsizlik Şurasının və başqa beynəlxalq təşkilatların münaqişənin həlli üzrə qəbul etdikləri qətnamələrin implementasiyasına göz yumulur. Ermənistanın təcavüzünə qarşı hansısa konkret sanksiyalar tətbiq edilmir və ona ciddi təzyiq göstərilmir. Bütün bunlar Ermənistan üçün cəzasızlıq mühiti yaradır. Məhz belə hallar yolverilməzdir. Avropa, Qərb öz növbəsində insan hüquqlarından təzyiq vasitəsi kimi istifadə etmək əvəzinə, bəhs etdiyimiz istiqamətdə real tədbirlər görməli və cinayətkarın cəzalandırılması yönündə konkret nəticələr əldə etməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

