Əli Həsənov: YAP-ın seçki siyahısı artıq hazırlanıb
01.09.2015 [10:28]
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə müsahibə verib. “Azadinform” “ans-press”ə istinadən xəbər verir ki, Əli Həsənov həmin müsahibədə Mingəçevirdə baş verən hadisələrdən və prosesin hazırkı gedişatından başlayaraq, cəmiyyəti narahat edən bir çox mühüm məqamlara aydınlıq gətirib.
- Əli müəllim, seçki ərəfəsi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi, Azərbaycanda budəfəki seçkiqabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar arasında dialoq və anlaşma mühiti mövcuddur. Bu mühitlə də, Allah qoysa, builki seçkiləri başa vuracağıq.
- Azərbaycanda vəziyyət hətta təəccüb doğuracaq dərəcədə sakitdir. Adama elə gəlir ki, seçki 6-7 aydan sonra olacaq...
- Əlbəttə ki, bu sakitliyin də əsasları var. Əsas odur ki, cəmiyyətdə bir barış mühiti mövcuddur. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir.
- İndi bu beynəlxalq dostlarımız, müşahidəçilər nə deyirlər? Gələcəklər seçkiyə baxmağa, yoxsa...?
- Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini seçir, öz prezidentini seçir, eləcə də, yerli hakimiyyət nümayəndəsini, bələdiyyəsini seçir. Və hər dəfə seçki keçirəndə biz, ilk növbədə, Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə söykənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə - BMT-dən başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var.
Bizimlə beynəlxalq aləmdə dünya siyasətini formalaşdıran strukturlar var. Ona görə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri, xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki, beynəlxalq aləm də görsün, müşahidə eləsin və öz qiymətini versin: biz hansı səviyyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz çatmır, nələrin hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət etmişik və edəcəyik. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq MSK, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul edəcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətini verəcəklər. Bir daha qeyd edirəm ki, bizə, ilk növbədə, Azərbaycan xalqının rəyi maraqlıdır, amma, eyni zamanda, beynəlxalq rəydən də biz imtina etmək fikrində deyilik.
- Mətbuata sızan bəzi məlumatlara görə, guya ki, ölkənin əsas siyasi, əslində, hərəkətverici qüvvəsi olan Yeni Azərbaycan Partiyasının seçkilərə getmək üçün lazım olan siyahısı hazır deyil.
- Düşünmürəm ki, bunun əsası var. Yeni Azərbaycan Partiyası (YAP) əvvəla, öz sıralarında kifayət qədər sabit münasibətlər formalaşdıra bilib. Bu münasibətlərdən çıxış edərək, onun həyata keçirdiyi hər bir aksiya, bir qayda olaraq, ciddi təlatümlər törətmir, əksinə, sosial anlayışla qarşılanır, cəmiyyət tərəfindən müvafiq olaraq dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının budəfəki seçki siyahısı da müvafiq olaraq partiya strukturları tərəfindən artıq hazırlanıb. Partiyada idarəçilik demokratik normalara söykənir. Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər, partiyanın İdarə Heyətinə qədər mərhələlər üzrə müzakirə olunur. Bundan sonra partiyanın İdarə Heyəti bu qərarı verir. Qərar veriləndən sonra elan olunur. Həmin siyahı partiyanın İdarə Heyətində səsə qoyularaq cəmiyyətə təqdim olunacaq. Hesab etmirəm ki, bunun əsasında narahatlıq və yaxud da hansısa panika yarada biləcək bir məqam var.
- Seçki ilində adətən müxtəlif təbəddülatlar baş verir, kataklizmlər olur, daxildə nələrisə tərpətmələrə cəhdlər, meyillər olur. Etiraf edək ki, Mingəçevirdə kütləvi etiraz aksiyası baş verdi və cənab Prezident də bu hadisəni törədən səbəbləri öz nəzarəti altına götürdü. Əslində, orda nə baş vermişdi və indi bu saat orda gedən prosesləri siz necə qiymətləndirirsiz?
- Əlbəttə, könülaçan hadisə deyildi. Bir vətəndaşın onun hüquqlarını müdafiə edən, cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa-olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun, istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun, istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın. Əlbəttə, mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş cənab Prezidentin nəzarəti altındadır. Buna müvafiq qiymət veriləcək. Günahkarlar cəzasını alacaq. Əlbəttə, dünyasını dəyişmiş insanın həyatını geri qaytarmaq hələ heç kimə nəsib olmayıb. Ona görə də, düşünürəm ki, bu hadisə yaxşı hal deyildi. Bu olmamalı idi. Amma baş verib. Heç bir cəmiyyət, heç bir dövlət, heç bir insan bu tipli hallardan sığortalanmayıb. Odur ki, belə halların təkrar baş verməməsini təmin eləmək bu dövlətin bir nömrəli vəzifəsidir. Dövlət çalışmalıdır ki, belə hallar olmasın. Olanda da dərhal araşdırılsın və bunun səbəbləri dərhal aradan qaldırılsın. Ona görə də, mən bunun hüquqi təfsilatına varmaq istəmirəm. Amma təəssüflər olsun ki, bu hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən, Mingəçevir şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma, sadəcə olaraq, hər bir insanın narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdır. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamalıdır. Bu anlamda, əlbəttə, dəyərləndirilir, qiymətləndirilir. Cənab Prezidentin nəzarəti altında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır, günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da bunu bilsin. Azərbaycan və Mingəçevir şəhərinin ictimaiyyəti də bilsin ki, Azərbaycanda heç bir cinayət və ya məsuliyyətsizlik, yaxud da ki digər hadisələr izsiz və cəzasız qalmayıb. Eyni zamanda, bu da qalmayacaq.
- Təbii ki, Azərbaycan dünyanın tərkib hissəsidir. Dünyada gedən bütün bu proseslərin bu və ya digər dərəcədə bizim ölkəmizə, dövlətimizə, bizim vətəndaşımıza toxunmadan keçməsi mümkün deyil. Neftin qiyməti düşürsə və ya qalxırsa, biz bunu hiss edirik. Rusiya və Çin valyutası ətrafında gedən dinamik proseslər bizim həyatımızda bu və digər dərəcədə öz əksini tapır. Hətta cəmiyyətdəki narahatlıqları siz bilirsiniz. Dərhal valyuta ətrafında nəsə baş verən kimi insanlar manatın aşağı yuvarlanacağını, dolların qalxacağını düşünürlər - biri manat, digəri isə dollar dalınca qaçır. Məsələ, əslində, kifayət qədər başa düşüləndir. Cəmiyyət öz gələcəyinə həssas yanaşmağa borcludur. Hətta belə söhbətlər də gəzir ki, indi manatla dollar arasında gedən prosesləri müəyyən mənada seçkilərdən sonraya təxirə salıblar - seçkilərdən sonra nələrsə olacaq. Amma bütün hallarda nə dərəcədə əsaslıdır belə narahatlıqlar?
- İqtisadi siyasət, valyuta mübadiləsi, enerji daşıyıcılarının qiyməti, ondan irəli gələrək qlobal dünya iqtisadiyyatının vəziyyəti, Çin kimi dünya iqtisadiyyatının böyük bir qismini təşkil edən nəhəng bir ölkədə baş verən iqtisadi, eləcə də, maliyyə prosesləri, devalvasiya, Amerika Birləşmiş Ştatlarında qalxma və enmələr, Avropa Birliyindəki proseslər, Yunanıstanda baş verən böhran, bir vaxtlar sabitlik adası kimi dəyərləndirilən Şimali Afrikadakı çaxnaşmalar, əhalinin öz yurd-yuvasını tərk edib Avropaya miqrasiya etməsi, bunun qarşısını almaq cəhdləri, bundan irəli gələn proseslər - bütün bunlar bəşəriyyətdə yaşayan hər bir insana təsir edir, o cümlədən, Azərbaycana da təsirsiz ötüşür. Biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını, siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və onlardan asılılığı azaldaq, istər-istəməz qlobal dünyanın bir tərkib hissəsi kimi Azərbaycan da bu proseslərdən yan keçə bilmir. Ona görə də, əlbəttə, valyuta ətrafında son zamanlar yaranmış ajiotajı da biz anlayırıq. Vətəndaşın öz maliyyə vəsaitlərini, öz pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud vəsaitlərinin qorunmasına yardımçı olsun. Onların düzgün yerləşdirilməsi, düzgün idarəsi, devalvasiya və digər proseslərdən asılılığın aşağı salınması ilə məşğul olsun. O biri tərəfdən, özünün davamlı inkişafını təmin eləsin, özünün maliyyə, iqtisadi, sosial həyatını davamlı və ayrı-ayrı proseslərdən asılı vəziyyətdən xilas eləsin. Odur ki, dövlət olaraq biz hər bir vətəndaşdan az düşünmürük. Prezident Administrasiyası hər bir vətəndaşın narahatlığını paylaşır, bölüşür. Cənab Prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və Prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki, mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun. Odur ki, bu tipli proseslər elə-belə, kortəbii baş vermir.
Bilirsiniz ki, fevral ayında baş verən devalvasiyadan vətəndaşlarımız nə qədər dövlətdən, Mərkəzi Bankdan narazı oldu ki, dövlət bunun qarşısını ala bilərdi. Amma digər bir tərəfdən də, dövlət həm də özünü qorumalıdır. Dövlət strateji bir obyekdir. Sadəcə olaraq, bizi əhatə edən ölkələrə nəzər yetirsək, görərik ki, Azərbaycandan qat-qat zəngin olan Rusiya, Qazaxıstan və Belarusda devalvasiya hansı dərəcədə getdi? Mən hələ Ermənistan kimi cırtdan dövlətləri demirəm. Nələr baş verdi, biz bunun şahidi olduq. Bizdə cəmi 30-35 faiz arasında devalvasiya getdi. Hazırda Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların, eləcə də, Mərkəzi Bankın və onun strukturunun maraqları təmin olunsun. Bütövlükdə, Azərbaycan dövləti hər bir kəsin dövlətidir və bu dövlətin maraqları qorunmalıdır. Hesab edirəm ki, ajiotaja əsas yoxdur. Nəinki bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə, Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollarımızdan, dövlətin vacib atributlarından biridir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah, sabit də qalacaq!
- Amma bu sabitlik dövlətin maraqlarının itkisi hesabına başa gəlməməlidir. Azərbaycanda istehsal olunan malların qiyməti əsaslandırılmamış şəkildə artmamalıdır. Çünki Avropa məhsulları ilə müqayisədə biz bilirik ki, nə qədər rəqabətə qabilik və bütün bunlar da öz ziyanını dövlətimizə vurmamalıdır.
- Bununla tam razıyam. İqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Amma dövlət öz vətəndaşının maraqlarını bütün vasitələrlə qorumalıdır. Azərbaycan dövləti də çalışır ki, bazarı tənzimləsin. Nəyə görə tənzimləsin? Bazar iqtisadiyyatı şəraitində əsasən sosial siyasət çətin qorunma dilemması qarşısında qalır. Dövlət o immuniteti artırmaq üçün özünün bazar iqtisadiyyatına çətin uyğunlaşan sahələrinin maraqlarını təmin eləmək üçün bu işə müdaxilə etməlidir.
- İndi ənənəvi suala qayıdaq: Azərbaycanla Qərbin münasibətlərinə. Azərbaycanla Qərb arasında çox qəribə münasibətlər var. Elə bil ki, qısaqapanmalar olur. Gah yanır-sönür, gah da qaranlıq-aydınlıq olur. İndi qaranlıqdır yoxsa aydınlıqdır? Bəzən onların nümayəndələri bura gəlib-gedəndən sonra adamda elə təəssürat yaranır ki, deyəsən, hər şey düzəldi. Amma bir müddət keçəndən sonra bizim ali orqanlarımızın birində kəskin məqalə gedir və məlum olur ki, bu məqalə artıq hansısa bizim haqqımızda yazılan kəskin məqaləyə cavabdır.
- Bir jurnalist kimi siz dəfələrlə bu mövzuya toxunmusunuz. Özünə rəva görmədiyini başqasına görməməlisən. Məsələn, Azərbaycanda bu yaxınlarda bir jurnalist döyülərək qətlə yetirildi. Qətlin iştirakçıları isə həbs olundular. Cənab Prezident bu işə xüsusi olaraq müdaxilə elədi. Bir nəfər jurnalisti döydüklərinə görə hazırda altı nəfər həbs edilib. Hələ məhkəmə prosesi zamanı nələr ortaya çıxacaq, hər şey aydındır. Amma açıq ekranda ictimaiyyətin gözü önündə dünyanın ən güclü, ən təhlükəsiz, fövqəl dövləti, dünya nizamını müəyyən edən bir ölkədə canlı efir gedə-gedə bir nəfər içəri daxil olur və iki nəfər jurnalisti qətlə yetirir. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan da daxil olmaqla dünyanın heç bir ölkəsi cinayətdən sığortalanmayıb. Cinayətkarı dünyanın heç bir ölkəsi indiyə qədər tam şəkildə cəmiyyətdən təcrid eləyib cinayətkarlığın qarşısını yüzdəyüz ala bilməyib. Bu hər yerdə baş verən prosesdir. Əsas məsələ ondan ibarətdir ki, dövlət bu işə lazımi adekvat qiymət verməlidir, adekvat yanaşma nümayiş olunmalıdır, cinayətkarın axtarışı istiqamətində düzgün tədbirlər müəyyən olunmalıdır və cinayətkar tapılıb cəzalandırılmalıdır ki, növbəti belə cinayət törətməyə insanlar cəsarət etməsin. Amma təəssüflər olsun ki, bizdəki çox görünür, bütün beynəlxalq aləm dərhal bunu görür reaksiya və bəyanatlar verirlər, Azərbaycan dövlətini, Prezidentini günahlandırırlar və ilaxır. Özlərində isə eyni proseslərə göz yumurlar. Hətta günlərin birində Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü dedi ki, bu proseslərin dünyada heç kimə dəxli yoxdur, bunlar Amerikanın daxili işidir, yəni polis tərəfindən jurnalistin, vətəndaşın qətlə yetirilməsi Amerikanın daxili işidir və müzakirə üçün açıq deyil. Necə olur ki, bir dövlətdə açıq olmur, amma digər dövlətdə açıq olur. Bir dövlətdə jurnalistin hansısa başına gələn oyun dərhal beynəlxalq aləmə çıxarılır, digər dövlətdə olmur. Ona görə də, biz hər zaman tərəfdaşlarımızdan tələb edirik ki, özünüzə rəva görmədiyinizi bizə də rəva görməyin. Bizə rəva gördüklərinizi özünüzə də rəva görün. Sadəcə olaraq biz dünya dövlətlərini onun böyüklüyu-kiçikliyilə deyil, gücünün azlığı-çoxluğu ilə deyil, ərazisinin genişliyi-kiçikliyilə deyil, hər birin, beynəlxalq hüququn subyekti kimi bərabərhüquqlu dəyərləndiririk və istəyirik ki, hər kəsin hüququ BMT yanında bərabər olsun və hamıya da eyni standartla yanaşsınlar. İkili standart müasir dünya siyasətini, çox təəssüf ki, təhdid edir, etməkdə davam edir. Əgər bunun qarşısı alınmasa, bundan sonra dünyada nələr baş verəcəkdir? İnsanlıq çox dəhşətli faciələrlə üz-üzə gələ bilər.
- Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə vaxta planlaşdırılıb? Qarabağ mövzusunda danışıqların bərpa olunması, Azərbaycan Prezidentinin Ermənistan prezidentilə, hətta deyilənə görə, BMT-nin 70 illiyi münasibətilə Nyu-Yorkda görüşü nəzərdə tutulur. Ümumiyyətlə, belə söhbətlər nə dərəcədə əsaslıdır?
- Danışıqlar əsasən Minsk qrupu formatı çərçivəsində davam edir. Formata uyğun olaraq iki ölkə başçılarının və xarici işlər nazirlərinin görüşü keçirilir. Eləcə də, digər nümayəndələrin apardıqları danışıqlar. Bu formata biz daxil hələ də ümid bəslənilir. Amma təəssüflər olsun ki, Minsk qrupunun, necə deyərlər, dişsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının bu məsələyə ikili yanaşması, BMT-nin qətnamələrinə laqeydliyi Azərbaycanı və Ermənistanı müharibəyə sürükləyir. Və indiki halda, yəni bu danışıqlar belə davam eləsə, danışıqlar imitasiyası adı altında Ermənistanın qeyri-konstruktiv mövqeyi davam eləsə və BMT Təhlükəsizlik Şurasının üzvləri və bütövlükdə BMT Ermənistana təzyiq göstərməsə, müharibə qaçılmazdır və Azərbaycanı, Ermənistanı, Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər. Çünki Azərbaycan heç zaman torpaqlarının itirilməsi ilə barışmayacaq. Cənab Prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu, bizim beynəlxalq hüquq normalarına söykənən milli haqqımızdır. Və biz də bu milli haqqımızı heç kimə güzəştə getməmişik və getmək fikrində də deyilik.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

