Uğurlarımızı saymaqla bitməz
28.09.2015 [17:38]
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, Azərbaycan mühüm bir siyasi kampaniya ərəfəsindədir. Qarşıdan parlament seçkiləri gəlir. O da bəllidir ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitlik şəraitində gedir. Seçkiöncəsi dönəmdə ictimai-siyasi subyektlərin fəaliyyətinə yaradılan şəraiti, o cümlədən mövcud demokratik mühiti necə dəyərləndirirsiniz?
- Öncə mən sizin sualınızın mahiyyətinə uyğun olaraq çox maraqlı bir məlumatı çatdırmaq istəyirəm. Bu yaxınlarda tanınmış bir beynəlxalq təşkilatın apardığı sorğunun nəticəsi olaraq, Bakının adı (sözsüz ki, Azərbaycanın) dünyanın sabitliyi, təhlükəsizliyi və əmin-amanlığına görə seçilən 100 şəhəri arasında idi. Respondentlər üçün sual belə qoyulmuşdur -dünyanın hansı təhlükəsiz şəhərlərində yaşamaq istərdiniz. Respondentlərin qeyd etdiyi cavablarda Bakının adını gördükdə sevinməmək mümkün deyil. Bu həqiqətdir. Bu həqiqət məhz ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm cənab İlham Əliyev tərəfindən, Onun həyata keçirdiyi siyasət nəticəsində yaradılmışdır. Bunu həm Azərbaycan vətəndaşları, həm də Azərbaycanı sevən, onun xaricdən olan dostları bilir və yüksək dəyərləndirirlər. Əlbəttə, belə bir fonda mövcud demokratik mühit də bu dayanıqlı və davamlı ictimai-siyasi sabitliyə uyğun olacaqdır. Bu mənada, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir namizəd üçün çox əlverişli seçkiöncəsi mühit mövcuddur. Bilirsiniz, bu dayanıqlı və davamlı ictimai-siyasi sabit mühit bu ilin 1 noyabrında ölkədə keçiriləcək parlament seçkisi üçün yaradılmamışdır. Bu, dövlətimizin və onun rəhbərinin öz xalqı və vətəndaşı üçün yaratdığı şəraitdir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə artıq neçə illərdir ki, uğurla həyata keçirilən beynəlxalq layihələr ənənəyə çevrilib. Qürurla deməliyik ki, Azərbaycan dünyada getdikcə artan ksenofobiya, irqi ayrı-seçkilik, rasizm, terrorun, separatizmin, etnik qarşıdurmanın fonunda bir sabitlik adasıdır.
- Azərbaycan siyasi palitrasının avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işlərini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Yeni Azərbaycan Partiyası seçkiyə hazırlığı ölkədə keçiriləcək seçkilər zamanı Seçki Məcəlləsində ayrılmış zaman ərzində qurmur. Siz əgər Yeni Azərbaycan Partiyasının fəaliyyətinə nəzər salsanız, görərsiniz ki, bu partiya, seçki oldu-olmadı, sanki sabah seçkiyə gedəcəkdir və hər zaman seçkidə qalibiyyət qazanmaq vəziyyətindədir. Yəni digər siyasi partiyalardan fərqli olaraq, Yeni Azərbaycan Partiyası sanki bir müsəlləh əsgərdir. Bu mənada mən partiyamızın seçki hazırlığını yüksək qiymətləndirirəm.
- Rəhbərlik etdiyiniz YAP Nəsimi rayon təşkilatı parlament seçkilərinə necə hazırlaşır?
- Yeni Azərbaycan Partiyasının bir hissəsi kimi vahid komandada və partiyamızda çox təcrübəli və peşəkar fəallar olduğundan rayon təşkilatının seçkilərə hazırlığını qənaətbəxş qiymətləndirmək olar. Mən Sizə bir gerçəkliyi də demək istərdim, partiyamızın uğurunun əsasında duran başlıca amil xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasətinə olan sadiqliyi və ölkəmizin Prezidenti, YAP-ın Sədri möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamı, etibarı və dəstəyidir. Bu məntiqlə deyə bilərik ki, milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının qələbəsi şübhəsizdir.
- Bəlli olduğu kimi, həyata keçirilən praqmatik daxili və xarici siyasətin fonunda Azərbaycanın beynəlxalq mövqeyi, eləcə də demokratik ölkə imici davamlı olaraq möhkəmlənir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın aparmış olduğu effektiv daxili və xarici siyasəti demokratik olmaqla yanaşı, suverenlik və ədalət prinsipinə əsaslanır. Sırf bu prinsiplər əsasında daxili və xarici siyasət formalaşır və milli maraqlar təmin olunur. Təbii ki, demokratik ölkə imici xarici siyasətin təməlində dayanır. Qərbə inteqrasiya və demokratik dəyərlərin Azərbaycanın daxili siyasətində tətbiqi effektiv nəticələr verir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda və demokratik qurumlarda fəal təmsil olunur. Ölkəmizin 155 səslə 2012-2014-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və bir çox mötəbər beynəlxalq oyunların və konfransların Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Digər tərəfdən, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafı İndeksində ilbəil irəliləməkdədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmi 25 ildir ki, müstəqildir, lakin bu müddətə iqtisadi inkişaf tempi və demokratik inkişafına görə dünyanın ən qabaqcıl ölkələri arasında öz yerini tutmaqdadır. Bir neçə əsrə demokratik ölkə imici formalaşdıran dövlətlərlə müqayisədə Azərbaycan bugünkü demokratik ölkə imicini 90-cı illərin çətin dönəmlərindən keçərək əldə etmişdir. Bu səbəbdən xüsusilə, Cənab Prezident də Öz çıxışlarının birində belə qeyd etmişdi: “Azərbaycanın bir yolu var, bu da inkişaf, demokratiya yoludur”. Azərbaycanda demokratiyanın möhkəmlənməsi və inkişafı naminə dövlət strategiyaları qəbul olunur və müvəffəqiyyətlə həyata keçirilir. Bunun nəticəsi olaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cənub-Cənub” mükafatı ilə təltif olunub.
- Təəssüflər olsun ki, Azərbaycanın müstəqil siyasətini narahatlıqla qarşılayan bəzi xarici dairələr ölkəmizə qarşı “qara piar” kampaniyası aparır, təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, parlament seçkiləri ərəfəsində bəzi xarici dairələrin ölkəmizə qarşı qərəzli çıxışlarının, bəyanatlarının artmasını nə ilə əlaqələndirirsiniz?
- Əvvəllər düşünürdük ki, ölkəmiz gücləndikcə, beynəlxalq aləmdə mövqeyi artdıqca ölkəmizə qarşı ədalətsiz, qərəzli və bəzi hallarda düşməncəsinə yanaşan qüvvələr geriyə çəkiləcəklər. Amma indi bunun tərsi ilə üzləşmişik. Biz ictimaiyyətə də bu məsələləri açıq deməliyik. Əslində, bu sualınıza qismən də olsa bundən əvvəlki suallarınızda cavab verdim. Təkrar o məqamlara toxunmaq istəməzdim. Ölkəmiz bu gün bir çox hallarda dünyanın inkişaf etmiş böyük dövlətləri ilə yarışlarda, müsabiqələrdə iştirak edir. Bir neçə il bundan öncəyədək Azərbaycanda insanlar xaricdə keçirilən tədbirlərdə iştirak etməyin sanki həsrətində idilər. Azərbaycan bu gün humanitar tədbirlərə, beynəlxalq layihələrə ev sahibliyi edir, qlobal problemlərin müzakirə məkanına çevrilmişdir. Dünyanın tanınmış siyasi liderləri tolerantlığın və multikulturalizmin mərkəzi və beşiyi olan ölkəmizdə gələcəyin ümumi yol xəritəsinin hazırlanması, insanlığın qorunması uğrunda səylərin birləşdirilməsi və yolların axtarılması üçün bir araya gəlirlər. Bütün bunlar, sözsüz ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ilbəil artmasından, möhtərəm Prezidentimizin şəxsi nüfuzundan qaynaqlanır. 2003-cü ildən bu günədək əldə etdiyimiz uğurlar haqqında günlərlə danışa bilərik. Yeni Azərbaycan Partiyasının sonuncu parlament seçkisindən bu il noyabrda keçiriləcək seçkiyədək olan müddətdəki uğurlara baxsaq, təkcə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 155 səslə iki il müddətinə qeyri-daimi üzv seçilməsi haqda desək, kifayətdir. Uzun illər dövlətçiliyi olan ölkələr hələ də buna nail ola bilməyiblər. Bu, çox böyük uğur idi. Uğurlarımızı saymaqla bitməz. Bizim partiyamız və partiyamızın lideri ancaq Öz xalqına və onun milli maraqlarına xidmət edir, bu missiya Onun üçün şərəfdir. Həyata keçirilən praqmatik daxili və xarici siyasətin fonunda Azərbaycanın beynəlxalq mövqeyi, eləcə də demokratik ölkə imici davamlı olaraq möhkəmlənir. Azərbaycan öz müstəqil xarici siyasətini həyata keçirir. Lakin bu heç də həmişə digər böyük dövlətlərin milli maraqları ilə üst-üstə düşmür. Beləliklə, sözügedən dövlətlər ikili standart siyasəti, riyakarlıqla Azərbaycanın imicini zədələmək üçün və təzyiq vasitəsi kimi qətnamə və qərarlardan istifadə edirlər. Məsələn, AŞ PA Dağlıq Qarabağa dair qətnaməsində əvvəl Ermənistan tərəfindən işğal faktını qeyd etsə də, Avropa Oyunları ərəfəsində düzəliş edərək, bu faktı münaqişə kimi qələmə verir. Qəbul etdikləri qərarları təkzib edirlər. Demokratiya carçısı olan belə bir təşkilat necə ola bilər ki, öz qəbul etdikləri qərara düzəliş etsin. Bu addım Avropa Şurasına olan etibarı itirir. AŞ PA-da etiraz doğuran digər məqam isə işğalçı dövlət olan Ermənistana Azərbaycanla eyni səviyyədə münasibət göstərilməsidir. “Qara piar” kampaniyası və digər təxribat məqsədli addımlar demokratiyanın dəstəklənməsindən daha çox Azərbaycana öz iradələrini qəbul etdirmək üçün təzyiq vasitəsidir. Bu həmçinin Azərbaycanın iqtisadi və siyasi inkişafına mane olmaq mahiyyəti daşıyır, çünki Azərbaycan iqtisadi cəhətdən nə qədər inkişaf edərsə, xarici siyasətdə reaktiv dövlətdən, aktiv siyasət yürüdən dövlətə çevriləcək. Halbuki, bu, Azərbaycana təzyiq göstərməyə çalışan heç bir böyük gücün marağına xidmət etmir.
Digər tərəfdən, Azərbaycanda olan dini tolerantlıq, vicdan azadlığı və multikulturalizm digər dövlətlərə, hətta demokratiyanın ən yüksək pilləsində qərarlaşan dövlətlərə nümunədir. Bununla bağlı məqalələri dünyanın ən tanınmış jurnallarından olan “Vaşinqton Post”da daha ətraflı görə bilərik.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

