Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Diaspor təşkilatlarımız xaricdə 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirir

Diaspor təşkilatlarımız xaricdə 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirir

01.04.2009 [11:38]

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev www.yap.gov.az saytına müsahibə verib:
- Valeh müəllim, Azərbaycan diaspor təşkilatları ildən ilə öz fəaliyyətlərini genişləndirməkdə və gücləndirməkdədir. Bunun nəticəsində də Azərbaycan həqiqətləri, ermənilərin ölkəmizə qarşı təcavüzü dünya ictimaiyyətinə çatdırılır. 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar xaricdə diaspor təşkilatlarımızın tədbirləri haqqında nə deyə bilərsiniz?
- 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq artıq dünya ölkələrində tədbirlərin keçirilməsinə başlanılıb. ümumiyyətlə, dünyanın 42 ölkəsində tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər, elmi konfranslar, yürüş-mitinq formasında olacaq. Martın 29-da Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycan Kanada Təşkilatları Assambleyasının təşkilatçılığı ilə soyqırım gününə həsr olunmuş mitinq və yürüş keçirilib. Kanada Parlamentinin binası önündə başlanan mitinqə Toronto, Monreal, Hamilton, Vaterloo və Ottava şəhərlərində fəaliyyət göstərən Azərbaycan və türk icmalarının nümayəndələri qoşulublar. Aksiya iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. çıxış edən soydaşlarımız azərbaycanlıların zaman-zaman ermənilər tərəfindən terror və soyqırımlara məruz qaldığını tarixi faktlarla qeyd etmişlər. Daha sonra mitinq Ottavanın hərəkətin ən gur olduğu küçələrinin birində soyqırımı lənətləyən, erməni terrorunu pisləyən şüarlarla davam etdirilib. Bundan başqa, Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin və bu qurumun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə martın 29-da soyqırım günü ilə əlaqədar Rotterdamda etiraz aksiyası keçirilib. Tədbirdə Azərbaycan və türk icmalarının, habelə, Polşa diasporunun nümayəndələri iştirak ediblər. Etiraz aksiyasında iştirak etmiş 200-ə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırım qurbanlarının sayını göstərildiyi ağ köynəklər geyərək bir növ bu formada erməni təcavüzünü nümayiş etdiriblər. Əllərində Azərbaycan, Türkiyə və Holandiyanın bayraqlarını tutmuş aksiya iştirakçıları holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndiriblər. Həmin gün soyqırım barədə ətraflı məlumatların əks olunduğu 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanılıb.
Bu günlər dünyanın bir çox ölkələrində, xüsusilə, Avropada böyük tədbirlər nəzərdə tutulub. Belə ki, Almaniyada Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının koordinasiya mərkəzi var və bu koordinasiya mərkəzi soyqırımla əlaqədar olaraq öz ofisində elmi-praktik konfrans keçirəcək. Bu konfransa alimlər, jurnalistlər dəvət olunacaq. Konfransda müxtəlif təşkilatların nümayəndələri çıxış edəcəklər. Konfransda qətnamənin qəbulu nəzərdə tutulur ki, bu sənəd Bundestaqa və digər qurumlara təqdim olunacaq. Almaniyada TQRT, “Kanal-Avropa” və “Foks” televiziyaları fəaliyyət göstərir ki, diaspor təşkilatlarımızın rəhbərləri bu telekanallar vasitəsilə çıxış edərək ermənilərin törətdikləri soyqırım barədə məlumat verəcəklər.
31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Moskvada da böyük tədbirlər keçirilib. Rusiyanın 56 subyektində tədbirlər olacaq. Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərində elmi konfranslar olacaq. Egey Universitetində çox böyük konfrans planlaşdırılır ki, buraya təkcə azərbaycanlı və türklər yox, universitetdə təhsil alan digər ölkələrdən olan tələbələr də dəvət olunacaq.
- Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu bir sıra mühüm layihələr həyata keçirir. Bu layihələr diaspor təşkilatlarımızın fəaliyyətinə nə dərəcədə kömək göstərir?
- Bəli, bu istiqamətdə ən böyük işlərdən biri də, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdir. Heydər Əliyev Fondu həm Xocalı soyqırımı, həm də ötən əsrin əvvəllərində törədilmiş soyqırımı ilə əlaqədar broşürlər, kitablar, SD disklər, filmlər hazırlayaraq dünyada yayır. Təbii ki, bu materiallar, sənədlər dünya ictimaiyyətinə erməni vəhşiliklərini aydın şəkildə çatdırır. Heydər Əliyev Fondunun hazırladığı vasitələr bizim diaspor təşkilatlarımıza çox böyük köməkliklər edir.
Belə tədbirləri Türkiyənin bir çox bölgələrində də keçirməyə üstünlük veririk. Bilirsiniz ki, son zamanlar Türkiyə və Ermənistan arasında sərhədlərin açılması, “ermənilərdən üzr istəyək” kampaniyası və s. məsələlər gündəmə gəlmişdi. Biz bu tədbirləri keçirməklə, Türkiyə ictimaiyyətini soyqırım hadisələri ilə agah etmək, erməni terrorunun əvvəli olmadığı kimi, sonunun da olmadığı haqqında məlumatlar verilir. Bu tədbirləri Türkiyə KİV-lərinin nümayəndələri dəvət olunub ki, ictimaiyyətə geniş bilgi verilsin. Bilirsiniz ki, ermənilər xəritələr icad edib ki, oraya bizim ərazilərimiz də daxildir. Bunun qarşılığında biz də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycanın tarixi, inneksiyası haqqında məlumatlar əhatə olunan sənədləri dünya ictimaiyyətinə çatdırırıq. Heydər Əliyev Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin detallarının, azərbaycanlılara qarşı törədilmiş soyqırım detallarının kütləvi formada, müxtəlif dillərdə hazırlanması və dünya ictimaiyyətinə çatdırılması olduqca mühüm amildir. Hazırda dünyanın elə bir ölkəsi yoxdur ki, orada siyasi və ictimai xadimlərdə həmin vəsaitlər olmasın.
- Azərbaycan dövlətinin dəstəyi ilə son illər diaspor təşkilatlarımız güclənməkdədir. ümumiyyətlə, keçirilən bu tədbirlər həmin ölkələrdə ictimai rəyə necə təsir göstərir? Təşkilatların fəaliyyəti hansı nəticələr verir?
- Əgər 5-10 il əvvəlki vəziyyəti müqayisə etsək, dünya ictimaiyyətinin rəyi müsbətə doğru dəyişib. çünki əvvəllər dünya Ermənistanın Azərbaycana qarşı təcavüzü, xalqımıza qarşı törədilmiş soyqırımlar haqqında bilgisiz idi. Bugünkü gündə isə diaspor təşkilatlarının gördüyü işlər əvəzsizdir. Xarici ölkələrdəki səfirliklərimizin gördükləri işlər sırasında diaspor təşkilatlarının gördüyü işlər daha önə çıxır. Nə üçün? çünki Avropa ölkələrində qeyri-hökumət təşkilatlarının səsi hökumətin səsindən daha tez eşidilir. Yəni, diaspor təşkilatları QHT-lər olduğundan Azərbaycan həqiqətlərinin çatdırılması daha tez qəbul olunur. Təbii ki, bu faktlar dünyaya həqiqətin nədən ibarət olduğunu aşılayır. ümumiyyətlə, qısa zaman ərzində görülən bu işlərin miqyası olduqca böyükdür. Yüz illər tarixi olan erməni lobbisinin qarşısında gənc Azərbaycan diasporunun fəaliyyəti əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrə səfər edir, beynəlxalq tədbirlərdə iştirak edir. Bu tədbirlər, səfərlər vasitəsilə Azərbaycanın dostlarının sayı artır. Azərbaycanın əldə etdiyi həm siyasi, həm də iqtisadi uğurlar sözsüz ki, o ölkələrdə dövlətimizin nüfuzunu artırır. Eləcə də, Azərbaycanın dostlarının sayını artırır. Bu səbəbdən də, Azərbaycan diasporunun mahiyyətcə gücünün nədən ibarət olması burdan qaynaqlanır. Son prezident seçkiləri və referendum Azərbaycanın demokratik dövlət olduğunu nümayiş etdirdi. Bu fakt da diasporumuzun nüfuzunun artmasına təsirini göstərir. Bu səbəbdən də səsləri eşidilir. Diaspor təşkilatlarımızın arxasında Azərbaycan dövləti dayanır: Həm maddi, həm də mənəvi cəhətdən.
- Bəs bizim diaspor təşkilatlarımızın digər diaspor təşkilatları ilə əlaqələri hansı səviyyədədir?
- Bəli, soydaşlarımızın xaricdə keçirdiyi tədbirlərdə türk diaspor təşkilatları onların yanındadır. Eləcə də, azərbaycanlılar türklərin keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Bilirsiniz ki, bir neçə il öncə Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının toplantısı keçirilib. Həmin toplantıda onların birgə fəaliyəti ilə bağlı strategiya qəbul olunub və və hər iki diaspor təşkilatları toplantının qərarlarına uyğun olaraq sistemli şəkildə fəaliyyət göstərirlər. Təbii ki, xarici ölkələrdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti həm keçirilən tədbirlərin əhatəliliyi, həm də həmin ölkədə ictimai rəyə təsiri baxımından çox önəmlidir. Onu da vurğulamaq istəyirəm ki, təşkilatlarımızın tədbirlərində yəhudi diasporları da fəal iştirak edir. ümumiyyətlə, Azərbaycan dövləti inkişaf etdikcə, xaricdəki dostlarımızın sayı da artır və bu amil isə xaricdə Azərbaycan lobbisinin formalaşmasına gətirib çıxaracaq. Artıq bu proses başlanıb.

Paylaş:
Baxılıb: 1211 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31