/ / YAP ötən 23 il ərzində böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır
YAP ötən 23 il ərzində böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır
20.11.2015 [11:03]
YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə
- Arif müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 ili tamam olur. 23 il öncə bu partiyanın yaradılması ərəfəsində ölkəmizin mənzərəsi necə idi? Hansı amillər YAP-ın yaranmasını zərurətə çevirmişdi?
- Müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması üçün ciddi əsaslar var idi. 1980-ci illərin sonlarında Azərbaycanda hakimiyyət boşluğu var idi. Nə Əbdürrəhman Vəzirov, nə də Ayaz Mütəllibov sözün əsl mənasında respublikaya rəhbərlik etmək iqtidarında deyildilər. 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyü hakimiyyətə gələndən sonra vəziyyət daha da pisləşdi. Qısa müddət ərzində özbaşınalıq, silahlı dəstələrin yaradılması, soyğunçuluq «vüsət» aldı. Ölkədə hərc-mərclik baş alıb gedirdi, dövlət strukturları iflic vəziyyətə gətirilmişdi. İnsanlar adi tələbatlarını ödəyə bilmirdilər, cəmiyyət çaşqınlıq içərisində idi. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1992-1993-cü illərdə hakimiyyət vəziyyətdən neçə çıxmağın yollarını bilmirdi.
Xalq isə çıxış yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Həm parlamentdə bəzi deputatlar, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevin hakimiyətə gəlməsi məsələsini qaldırırdılar. Bu səbəbdən Naxçıvana müraciətlər olunur, minlərlə insan böyük şəxsiyyəti ziyarət etməyə gedirdilər. Xahiş edirdilər ki, O, hakimiyyətə qayıtsın. Elə vaxt gəlib çatdı ki, bu reallığı o zamankı hakimiyyət də anladı. Elə bir şəraitdə, 1992-ci ilin payızında Ulu öndər Heydər Əliyevlə mənim də görüşüm olub və o, partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ancaq Azərbaycan ağır vəziyyəti Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. Nəhayət, «91-lər»in müraciətindən sonra Ulu öndər Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi.
- Hər hansı siyasi partiyanın yarandığı vaxtdan qısa müddət ərzində hakimiyyətə gəlməsinə tarixdə çox nadir hallarda rast gəlinir. YAP da yarandıqdan cəmi altı ay sonra hakimiyyətə gəldi. Bu faktı hansı amillələrlə izah edərdiniz?
- Qeyd etdiyim kimi AXC-Müsavat cütlüyünün hakimiyyəti dövlətçiliyi uçuruma doğru aparırdı. Həmin hakimiyyətin bəslədiyi, yüksək vəzifələr verdiyi Surət Hüseynov iqtidara tabe olmadı və bu səbəbdən də onların arasında ciddi qarşıdurma yarandı, o, vətəndaş müharibəsi təhlükəsinə çevrildi. İqtidar 1993-cü ilin 4 iyununda S.Hüseynovu zərərsizləşdirmək üçün Gəncəyə silahlı qüvvə göndərdi, amma hakimiyyətin planı baş tutmadı. S.Hüseynovun silahlı dəstələri paytaxta doğru irəliləməyə başladı. O, dövlət rəhbərləri üçün dar ağacı quracağı ilə hədələyirdi. Belə bir ərəfədə, cənub bölgəsində separatçı Əlikram Hümbətov tərəfindən «Talış-Muğan Respublikası» elan olundu.
Bütün bunlardan çıxış yolunu insanlar Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Məhz belə bir şəraitdə Heydər Əliyev hakimiyyətə gələrək xalqı və dövləti xilas etdi.
YAP-ın təsis konfransı keçirildikdən sonra ölkədə partiya quruculuğu sürətlə getdi. Partiyanın yüksək sürətlə təşkilatlanması, bütün Azərbaycanı əhatə etməsi ilk növbədə, Heydər Əliyevin adı ilə bağlı idi və bu faktor partiyanın yaradılmasında, inkişafında və qısa müddətdə hakimiyyətə gəlməsində həlledici amil oldu.
- Yeni Azərbaycan Partiyasının 23 il ərzində keçdiyi yol, qazandığı uğurlar barədə də fikirlərinizi bilmək istərdik...
- YAP Azərbaycanın ən güclü siyasi təşkilatı kimi ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 min nəfərdən çox üzvü olan partiyamız ötən 23 ildə şərəfli yol keçib. Azərbaycanın yeni tarixində YAP qədər böyük, güclü partiya olmayıb.
Hər bir partiya siyasi mübarizə aparır və bu mübarizəni seçki yolu ilə həyata keçirir. Amma seçki kampaniyası qısa müddəti əhatə edir. Fikrimcə, əsas şərt partiyanın xalq arasında nüfuzunun olmasıdır. Əgər bu olmasa seçki kampaniyası dövründə kim olur olsun, güclü seçki texnologiyalarından istifadə edilsə də, heç nə edə bilməyəcəklər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzu çox yüksəkdir. Partiyamızın məqsədi insanlara aydındır. YAP bu gün mütəşəkkil siyasi qüvvədir və ölkəmizdə bütün ictimai-siyasi proseslərdə fəal iştirak edir, müasir çağırışlara cavab verir.
Partiya işinin gücləndirilməsində 1-ci qurultayda İcra Katibliyinin yaradılması mühüm hadisə oldu. O zamandan indiyə qədər İcra Katibliyi çox səmərəli fəaliyyət göstərməkdədir. Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Ötən 23 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar.
Eyni zamanda, partiyamızın yerli strukturları da bu gün öz işlərini yüksək səviyyədə qurublar. Son parlament seçkilərində bu reallıq bir daha özünü təsdiqlədi.
- Siz, həmçinin, YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyanın sədrisiniz. Ümumiyyətlə, ölkəmizin bölgələrinin sosial-iqtisadi inkişafı haqqında fikirlərinizi bilmək istərdik...
- YAP İdarə Heyətinin qərarı ilə müxtəlif sahələrlə əlaqədar komissiyalar yaradılıb. Komissiyaların yaradılması insanları maraqlandıran, narahat edən məsələlərin müzakirəsi və lazımi tədbirlərin görülməsi baxımından vacib addımdır. Bunun üçün partiyamızın böyük potensialı var. Biz komissiyanın iclasında bir sıra məsələlərlə bağlı qərarlar qəbul etmişik. Yuxarıda qeyd etdiyim kimi partiya üzvləri bütün dövlət strukturlarında təmsil olunublar. Hesab edirəm ki, komissiyaların qərarları müvafiq strukturlarda çalışan partiya üzvlərinə çatdırılmalı və onların vasitəsi ilə icra olunması istiqamətində lazımi addımlar atılmalıdır.
- Arif müəllim, partiyamıza gənclərin böyük axını var. Necə düşünürsüz, bu fakt partiyamızın perspektivləri üçün nələr vəd edir?
- Əlbəttə, gənclərin partiyamıza axını çox sevindiricidir. Mən bu faktı yüksək qiymətləndirirəm. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir. Bilirsiniz ki, hazırda YAP sıralarında gənclərin təmsilçiyi 40 faizə qədərdir. Əlbəttə ki, bizim gələcəyimiz də bu yeni nəsil ilə əlaqədardır. Yaşlı nəsillə gənc nəsil arasında rabitə olmasa, partiyanın gələcəyi müəmmalı olardı. Amma partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. Bu baxımdan, partiyamızın fəaliyyəti təqdirəlayiqdir. YAP gəncliyin inkişafına xüsüsi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın gəncliyi öz siyasi taleyini partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar.
Ümumiyyətlə, YAP-ın 23 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54

