Siyavuş Novruzov: YAP müxalifətdə yarandı və iqtidara gəldi
26.11.2015 [10:18]
“Korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili siyasətin daim ayrılmaz tərkib hissəsi olub. Bu faktor hakimiyyətə olan ümumxalq inamının mühüm komponentini təşkil edir. Uğurla həyata keçirilən neft strategiyası və düşünülmüş iqtisadi tərəqqi konsepsiyası nəticəsində bu gün hər birimiz inkişafın Azərbaycan modeli kimi bir fenomenlə qürur duyuruq. Ölkəmiz ildən-ilə zənginləşir, insanların rifah halı yaxşılaşır”.
Bunu “teleqraf.com”a müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Müsahibəni təqdim edirik:
- Bu günlərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd olundu. Partiyanın bundan sonrakı hədəfləri nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası 23 ildir fəaliyyət göstərir. YAP-ın digər partiyalardan fərqi ondan ibarətdir ki, bu partiya zərurətdən yaranmış təşkilatdır. Partiyamızın gördüyü işlər, apardığı siyasət göz qabağındadır. Açıq, şəffaf şəkildə öz fəaliyyətini göstərir, ümumxalq maraqlarından çıxış edir. Ona görə də bizim partiyanı ümumxalq partiyası adlandırırlar. Azərbaycanda yaşayan bütün xalqlar bu partiyaya üz tutur və bərabərhüquqlu şəkildə fəaliyyət göstərir. Həmçinin YAP 1993-cü ildən bu yana bütün seçkilərdə qələbə qazanıb və bu ənənə bu gün də davam edir. YAP müxalifətdə yarandı və iqtidara gəldi. Partiyamız Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, onun ərazi bütövlüyünün bərpa olunması, sosial-iqtisadi inkişaf, sosial problemlərin həll olunması, islahatların həyata keçirilməsi istiqamətində xeyli uğurlu addımlar atıb və bundan sonra da atacaq. Bu gün partiya Sədri cənab Prezident İlham Əliyev dövlətimizin, xalqımızın maraqlarını bütün dünyada çox ləyaqətlə təmsil edir. Hesab edirik ki, gələcəkdə də bu proses davam edəcək. YAP gənclərin partiyasıdır. Təşkilatımız özündə 250 mindən artıq gənci birləşdirir. Bu isə Azərbaycanın gələcəyi deməkdir. Yeni Azərbaycan Partiyası dövlətçilik uğrunda yorulmadan xidmət edərək öz uğurlu fəaliyyəti ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olub. İctimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə edib. YAP dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, o cümlədən bugünkü tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər, ən mütəşəkkil, nüfuzlu, ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq edib.
- Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticəsini təsdiqləyib. YAP seçkinin nəticəsindən razı qaldımı?
- Təbii ki, var qüvvəmizlə daha çox yer əldə olunmasına çalışdıq. Bu seçkilərdə rəqabət daha çox idi. Parlament seçkilərində 25-ə yaxın siyasi partiya iştirak edirdi. Azərbaycanda tanınmış, hörmət və izzətə malik olan bitərəflərin nümayəndələri seçkilərdə iştirak edirdilər. Eyni zamanda, QHT, ictimai təşkilatların nümayəndələri seçkilərə qatılmışdılar. Onların hamısı YAP-a qarşı alternativ idi. Hakim partiya bu opponentlərinə qarşı ciddi şəkildə öz siyasətini aparırdı. Nəticədə, 71 nəfər YAP üzvü yeni formalaşan parlamentdə təmsil olunacaq. YAP-ın qələbəsi göz qabağındadır, namizədlərimiz 60 faizdən çox səs toplamağı bacardılar. Ölkəmizdə seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilib. Bunun ən böyük səbəbi, təbii ki, 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlətçilik ənənəsi və ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Bu gün həmin ənənə daha da inkişaf etdirilir. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Həqiqətən də, bu gün Azərbaycan istər seçki qanunvericiliyi, istərsə də seçki mədəniyyəti ilə bir çox Avropa ölkələrini geridə qoyur. Hətta seçkiləri müşahidə edən bir sıra dövlətlərin nümayəndələri ölkəmizdə keçirilən seçkini öz ölkələri ilə müqayisə edib, üstünlüyü Azərbaycana verirlər. Bu isə Azərbaycan hakimiyyətinin şəffaf və demokratik seçki keçirmək iradəsinin varlığından xəbər verir.
- YAP-ın 125 dairə üzrə müvafiq namizədlərinə paralel olaraq bəzi YAP üzvləri də fərdi qaydada seçkiyə qatılmışdılar. Bu şəxslər barədə ölçü götürüləcəyi ilə bağlı çıxışlar vardı. Bu məsələ gündəmdədirmi? Hər hansı cəza tədbiri görüləcəkmi?
- Partiya qərarı olmadan öz namizədliklərini irəli sürən 53 nəfər vardı. Bu şəxslər YAP-ın rəsmi namizədlərinə alternativ idilər. Onlarla aparılan söhbətlər nəticəsində, partiya nizamnaməsinin tələbi xatırlanandan sonra onların böyük əksəriyyəti - 50 nəfər namizədliyini geri götürdü. Təbii ki, hər kəsin namizədliyini irəli sürmək hüququ konstitusion hüquqdur, lakin onlar başa düşdülər ki, atdıqları addım düzgün deyil və partiyadan heç bir dəstək ala bilməyəcəklər. 50 nəfər namizədliyini geri götürsə də, 3 nəfər axıradək bu proseslərdə iştirak elədi. Seçkilərin yekunu ilə əlaqədar YAP İdarə Heyətinin toplantısı keçiriləcək və bu məsələlər orada müzakirə olunacaq. İdarə Heyəti hansı qərarı qəbul edəcəksə, o qərar da təsdiq ediləcək.
- YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Məhəmməd Məmmədov öz ərizəsi ilə vəzifəsindən azad olundu. YAP-da MNTK sədri seçkisi necə olur, hazırda Məmmədovun vəzifəsini kim icra edir?
- Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri qurultayda seçilir. Sonra üzvlər yığışıb öz sədrlərini və onun müavinini seçirlər. Yəni bu, tam müstəqil qurumdur. Çünki MNTK bütün nizamnamə tələblərinə nəzarət edir. Məhəmməd Məmmədov istintaq gedən dövrdə MNTK-ya sədrlik edə bilməyəcəyini əsas gətirərək partiyaya müraciət etdi və vəzifəsindən azad olundu. MNTK üzvlərinin yığışıb hansı qərar verəcəyi onların öz səlahiyyəti daxilindədir.
- Korrupsiya əməlləri olan, səlahiyyətindən sui-istifadə edən yüksəkvəzifəli şəxslər tutduqları postdan azad olunublar. Həmin şəxslər sırasında YAP üzvü olan insanlar da vardı. Bu şəxslərin YAP-dan uzaqlaşdırılması ilə bağlı partiya qərar verəcəkmi?
- Təbii ki, bu məsələlər İdarə Heyətinin səlahiyyətinə daxil olan məsələlərdir. Yəqin, İdarə Heyətinin iclasında bu məsələlərə baxılacaq. Hər bir kəs törətdiyi cinayət əməlinə görə məsuliyyət daşıyır. Başqa partiyaların üzvü cinayət törədəndə ona siyasi don geyindirməyə çalışırlar. Biz isə, əksinə, qeyd edirik ki, belə hal varsa, həmin şəxs ikiqat məsuliyyət daşıyır. Birincisi, partiyaya vurduğu ziyana, ikincisi törətdiyi əmələ görə. Bu baxımdan biz onun tərəfdarıyıq ki, hər bir şəxs məsuliyyətini dərk etsin, bir iş görəndə bütün bunları gözü qarşısına gətirsin. Bu günədək vəzifəsinin öhdəsindən gələ bilməyənlər, etimadı doğrultmayanlar vəzifəsindən çıxarılıb. Təbii ki, başqaları bundan dərs götürməlidir. Cənab Prezident dəfələrlə müşavirələrdə bu barədə xəbərdarlıq edib. Əlbəttə, vəzifəli şəxslər bu tövsiyələri qəbul etməli, qanunlar əsasında işləməlidirlər.
- Bəs YAP Siyasi Şurasının üzvü olan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun üzvlüyü məsələsinə aydınlıq gətirməyi düşünürsünüzmü?
- Qeyd etdiyim kimi, bu məsələ partiyamızın İdarə Heyətinin səlahiyyətində olan məsələdir. Lazım gəlsə, buna İdarə Heyətində baxılacaq və müvafiq qərar veriləcək.
- Ümumilikdə korrupsiyaya və məmurların neqativ fəaliyyətinə qarşı mübarizə istiqamətində yaranmış situasiyanı necə qiymətləndirirsiniz?
- Korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili siyasətin daim ayrılmaz tərkib hissəsi olub. Bu faktor hakimiyyətə olan ümumxalq inamının mühüm komponentini təşkil edir. Uğurla həyata keçirilən neft strategiyası və düşünülmüş iqtisadi tərəqqi konsepsiyası nəticəsində bu gün hər birimiz inkişafın Azərbaycan modeli kimi bir fenomenlə qürur duyuruq. Ölkəmiz ildən-ilə zənginləşir, insanların rifah halı yaxşılaşır. Azad sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılıb, zəruri infrastruktur və hüquqi-normativ baza formalaşdırılıb. Lakin təəssüflər olsun ki, dövlətdə yüksək vəzifələr tutan bəzi şəxslər bu mühitdən öz şəxsi maraqları naminə sui-istifadə etmək və qeyri-qanuni yolla varlanmaq fikrinə düşürlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər onların bu cür neqativ fəaliyyəti, sahibkarlığa törətdikləri süni əngəllər olmasaydı, bu gün ölkə iqtisadiyyatı indikindən də yüksək göstəricilərə malik olardı. Lakin ən əsası odur ki, bu tip mənfi təzahürlərə qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə davam edir və gələcəkdə də belə olacaq. Cəmiyyətimizdə bu baxımdan zərrə qədər şübhə və tərəddüd yoxdur və xalqımız bu addımları tam dəstəkləyir.
- Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Azərbaycan Naminə Həmrəylik” təşəbbüsü ilə çıxış edib. Müxalifətin toparlanması mümkün olacaqmı?
- Əslində, müxalifətin qəti şəkildə toparlanmaq gücü yoxdur. Pənah Hüseyn yeni hərəkat yaratmaq istəyir, yaratsın, baxaq görək nə olur.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

