Ölkəmizi dünyada layiqincə təmsil etməyə qadir olan Azərbaycan gəncliyi yetişib
03.02.2016 [09:29]
Şahin İsmayılov: İstənilən sahədə Azərbaycan gənci öz dövlətinin bayrağını şərəflə dalğalandırmaq gücündədir
Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovdur:
- Şahin müəllim, bu günlər ölkəmizdə 2 fevral - Gənclər Günü geniş qeyd olundu. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik.
- 2 fevral - Gənclər Günü Azərbaycan gəncliyinin bayram günüdür. Artıq 20 ildir ki, ölkəmizdə yetişən gənclər bu bayramı qeyd edir. Uzaqgörənliyi ilə Azərbaycan gənclər siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyevin gənclərimizə bəxş etdiyi bu gün hər il yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
Əsası məhz 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması ilə qoyulmuş və 1996-cı il 2 fevral tarixində keçirilmiş ilk Gənclər Forumunda möhkəmləndirilmiş Azərbaycan gənclər siyasəti keçən 20 il ərzində böyük uğurlarla müşayiət olunub. Ulu öndərin gənclər sahəsində atdığı qərarlı addımlar Azərbaycanın gələcəyi üçün görülən əvəzsiz bir iş idi. Ümummilli liderin gənclər üçün gördüyü işləri, əlbəttə ki, cənab Prezident İlham Əliyev böyük səy və uğurla davam etdirdi. Gənclər siyasəti xətti dövlətin siyasi kursunda prioritetə çevrildi. Bir-birinin ardınca gənclərlə bağlı qanunlar, qərarlar, proqramlar qəbul olundu. Keçən müddətdə 8 dəfə Gənclər Forumu keçirildi. Gənclərin potensiallarının dəyərləndirilməsi, onların sosial rifah halının yaxşılaşdırılması, yaradıcılıq və idman bacarıqlarının dəstəklənməsi, təlim-tərbiyəsi, yaxşı vətəndaş kimi yetişdirilməsi, keyfiyyətli təhsil almaları, sağlam həyat tərzinin təbliği istiqamətində xeyli işlər görüldü. Cənab Prezidentin 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu kimi digər sənədləri imzalaması gənclərimizə verilən dəyərin bariz nümunələridir. Cənab Prezidentin növbəti mühüm addımı 2007-ci ili Azərbaycanda “Gənclər ili” elan etməsi oldu.
- Qeyd etdiniz ki, gənclərlə əlaqədar bir sıra dövlət proqramları qəbul olunub. Sizcə, Dövlət proqramları nə kimi nəticələr verir?
- Qəbul olunan Dövlət proqramlarında öz əksini tapmış müddəaların icrası, ümumilikdə Azərbaycan gənclərinin fəallaşması, onların ictimai aktivliyinin və eyni zamanda, gənclər təşkilatlarının işinin səmərəliliyinin artması ilə nəticələndi. Bu gün gənclər təşkilatlarının gəncliyimizin inkişafına yönəldilmiş fəaliyyəti, təşəbbüs və layihələri dövlət tərəfindən böyük dəstək görür. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təsis edilməsini xüsusi vurğulamaq lazımdır.
Yürüdülən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə millətinə, xalqına faydalı olan, milli-mənəvi dəyərlərimizə sadiq, Ulu öndərimizin azərbaycançılıq ideyasını davam və inkişaf etdirən, bilikli, bacarıqlı və dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir olan Azərbaycan gəncliyi yetişib. Gənclərimiz ölkənin iqtisadi, siyasi, elmi həyatında öz sözlərini deyir və əməli işləri ilə bunu təsdiqləyirlər. Azərbaycanı dünyanın bir çox ölkələrində təmsil edən, haqq səsimizi dünya ictimaiyyətinə çatdıran və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə səylə çalışan gənclərimiz var. Onlar Ali Baş Komandanımızın yürütdüyü siyasətə hərtərəfli dəstək olurlar.
- Ümumiyyətlə, müasir Azərbaycan gəncini necə xarakterizə edərdiniz?
- Müasir Azərbaycan gənci ölkə daxilində və dünyada baş verən prosesləri izləməklə yanaşı, onları analiz edir, düzgün nəticələr çıxarır, hətta qlobal problemlərin həlli istiqamətində fikir və mülahizələr yürüdür. Azərbaycan gənci bu gün dünyanın bir sıra ali orqanlarında kifayət qədər uğurla ölkəsini təmsil edir. Bu təmsilçiliyi ictimai-siyasi, təhsil, idman, səhiyyə və sair sahələrdə görmək mümkündür. İstənilən sahədə Azərbaycan gənci öz dövlətinin bayrağını şərəflə dalğalandırmaq gücündədir. Dünyanın ən müxtəlif elmi-mədəni mərkəzlərinə fikir versək, mütləq orada bir Azərbaycan gəncini görə bilərik. Azərbaycan gəncinin siması artıq çoxsaylı xarici dil bilən, intellektual, informasiya və kommunikasiya texnologiyaları sahəsindəki yenilikləri dərindən mənimsəyən, analitik düşüncəli, azərbaycanlı olduğunu heç zaman unutmayan bir şəxs kimi xatırlanır.
- Ölkə Prezidenti tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Sizcə, multikulturalizmin, tolerantlığın, bütövlükdə bəşəri dəyərlərin qorunub saxlanmasında Azərbaycan gəncinin rolu nədən ibarətdir?
- Cənab Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil. Uzun illərdir ölkəmizdə xalqların milli birliyi, ən müxtəlif dinlərin vəhdəti mövcuddur. Ölkə başçısının da qeyd etdiyi kimi, multikulturalizm, tolerantlıq Azərbaycanın həyat tərzidir. Məhz bu kimi səbəblərdən irəli gələrək, cari il “Multikulturalizm ili” elan olundu. Mən və rəhbərlik etdiyim təşkilat üzvləri xaricdə səfərlərdə olarkən həmin ölkələrin təmsilçiləri Azərbaycanın multikultural ölkə olmasından, tolerantlıq nümunəsi sayılmasından sevə-sevə söhbət açıblar. Eyni zamanda, biz gənclər də ölkəmizdəki bu dəyərlərin təbliği istiqamətində iş aparmışıq və aparırıq da. Təbii olaraq nəsillərin mübadiləsi prosesi baş verir. Azərbaycan gəncləri multikultural dəyərlərin, tolerantlıq ənənələrinin davam etdirilməsi istiqamətində əməli işlər görməkdə hər zaman maraqlıdırlar. Azərbaycan gəncində dini dözümsüzlük, radikallıq, digər xalqlara qarşı aqressiya yoxdur. Bu, əsrlərdən keçib bizlərə gələn tarixi missiyadır. Ata-babalarımız bu adət-ənənəni, yaşam tərzini qoruyub saxlayıb bizlərə çatdırıblar. Bizim də borcumuz onu qoruyub gələcək nəsillərə ərməğan etməkdir.
Əlbəttə, sadaladıqlarımız 20 il ərzində görülən işlərdir. Ancaq “Gənclər bizim gələcəyimizdir” prinsipi dövlətimizin yürütdüyü gənclər siyasətinin ana xəttini təşkil edir. Bu fikri cənab Prezidentin 29 yanvar tarixində bir qrup gənclə növbəti dəfə görüşməsi bir daha təsdiq etdi. Görüşdən belə bir qənaətə gəldik ki, Azərbaycan gənclər siyasəti eyni templə davam etdiriləcək və gənclər siyasəti dövlətin prioriteti olaraq qalacaqdır.
Bu, o deməkdir ki, hələ görüləcək çox iş var, siyasi kursun davam etdirilməsində hər bir gəncin öz rolu və yeri var. Hər bir Azərbaycan gənci öz xoşbəxt gələcəyi üçün üzərinə düşən məsuliyyəti dərk etməlidir.
- Şahin müəllim, rəhbərlik etdiyiniz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəaliyyəti haqqında da məlumat verməyinizi xahiş edirik...
- 30 min gənci ətrafında birləşdirən, tərkibinə 109 təhsil müəssisəsinin tələbə özünüidarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatı daxil olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da dövlət gənclər siyasətinin həyata keçirilməsinə imkanları daxilində yarandığı gündən dəstək göstərən bir təşkilatdır. Bizim məqsədimiz Azərbaycanda layiqli gənc nəslin yetişməsində bir gənclər təşkilatı olaraq üzərimizə düşən vəzifəni icra etməkdir. ATGTİ-nin yarandığı çox da uzun olmayan 5 illik fəaliyyətinə nəzər salınsa, biz qürurla deyə bilərik ki, bu günə qədər vəzifəmizin öhdəsindən gəlməyi bacarmışıq. Ətrafında birləşdirdiyi tələbələrin hərtərəfli inkişafına, onların vətənpərvərlik ruhunun yüksəldilməsinə, təhsil, bilik və bacarıqlarının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə və ölkəmizi xaricdə təmsil etmələrinə geniş imkanlar açan İttifaq Azərbaycan cəmiyyətində layiqli gənclərin yetişməsində böyük rola sahibdir. ATGTİ bu günə qədər 500-dən çox layihə icra edib və həmin layihələrdən 10 minlərlə tələbə yararlanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

