Siyavuş Novruzov: Müxalifət toyuq, dana oğrularını “siyasi məhbus” kimi təqdim edir
05.11.2016 [09:18]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycanla bağlı növbəti dəfə qərəzli hesabat açıqlayıb. Hesabatda Azərbaycanda son bir ildə mətbuatın durumunun pisləşdiyi və bu səbəbdən mətbuat azadlığı reytinqində 163-cü yerdə qərarlaşdığı göstərilib. Siz bu barədə nə deyə bilərsiniz?
- Təbii ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra (xüsusilə də 1993-cü ildən etibarən) “Sərhədsiz Reportyorlar” təşkilatı ölkəmiz haqqında bir dəfə də olsun müsbət rəy irəli sürməyib. Baxmayaraq ki, Azərbaycanda digər postsovet ölkələrindən öncə mətbuat üzərindən senzura götürülüb, KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb, bütün mətbuata mövqeyindən asılı olmayaraq eyni şəkildə diqqət göstərilib, mətbuat işçilərinə dövlət tərəfindən təmənnasız olaraq mənzillər tikilib verilir, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları dondurulur və dövlət hesabına ödənilir və s. Bunların hər biri mətbuata olan diqqətin göstəricidir. Axı onlar haradan müəyyənləşdiriblər ki, Azərbaycanda hansısa jurnalistlərə qarşı təqib, yaxud təzyiq var. Xatırlayırsınızsa, cənab Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, hətta futboldan yazan bir jurnalisti də gətirib dövlətin adına bağlayırlar. Yəni onların xisləti bundan ibarətdir. Təbii ki, bunun arxasında həmin qurumların maraqları dayanır. Bu maraq isə ondan ibarətdir ki, sözügedən təşkilatların böyük hissəsinin arxasında erməni lobbisinin maliyyəsi, ermənipərəst qüvvələrin özləri dayanır. Onların göstərişinə əsasən bunlar həmin addımları atırlar. Çalışırlar ki, Azərbaycanın dünyada artan nüfuzuna, ölkəmizdə gedən iqtisadi, siyasi islahatlara hər hansı bir formada kölgə salsınlar. Məqsəd ancaq bundan ibarətdir. Burada başqa bir şey yoxdur. Məsələn, bizi əhatə edən ölkələrin hər birini götürüb (Ukrayna, Gürcüstan, Rusiya, Ermənistan) vəziyyəti müqayisə etsək görərik ki, onların hansında vəziyyət necədir. Hətta Şərqi Avropa ölkələri ilə müqayisədə də Azərbaycanın reytinqi hamısından yüksəkdir. Çünki sözün həqiqi mənasında Azərbaycanda söz və mətbuat azadlığına geniş şərait yaradılıb. Bu gün ölkəmizdə azad internet fəaliyyət göstərir. İstənilən şəxs sosial şəbəkələrdə istənilən mövzu ətrafında diskussiya apara bilər və aparır. Əgər biz XXI əsri informasiya əsri kimi götürsək, görərik ki, indi çap mətbuatına o qədər də diqqət ayrılmır. Sosial şəbəkələrdə hər hansı bir məsələnin müzakirəsinə fikir versək görərik ki, ona diqqət ayıranların sayı 2 milyona çatır. Tutaq ki, bir qəzet 3 min tirajla çıxırsa, heç o qəzetin yarısını belə almırlar. Bu baxımdan, da mətbuat tam şəkildə Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Əgər indi kiminsə mətbuatını oxumurlarsa və gündəmə çıxa bilmirsə, bu, o demək deyil ki, ölkədə mətbuat azad deyil. Ümumiyyətlə, bu, bir növ azad sahibkarlıq fəaliyyətidir.
- Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri mütəmadi olaraq dəyişir. Təbii ki, bu da müəyyən mənada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzadır. Necə düşünürsünüz, həmsədrlərin tez-tez dəyişməsi ümumi prosedur qaydasıdır, yoxsa necə?
- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mütəmadi olaraq dəyişməsi ümumi prosedur qaydasıdır. Bəzən görürsən ki, yeni həmsədr gəlir, o prosesləri yenidən öyrənməyə başlayır. Həmin müddət də ən azı 1-2 il çəkir. O prosesləri öyrənib bitirdikdən sonra öz təkliflərini verməyə başlayır. Sonra da həmin həmsədrin müddəti bitir. Beləcə, nəticə etibarilə 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli gecikir, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir və s. Ermənistanı danışıqlar masasına gətirməklə bağlı, eləcə də rəsmi İrəvanın işğalçı dövlət olması ilə bağlı ATƏT-in həmsədrləri heç bir iş görmürlər. Baxmayaraq ki, beynəlxalq təşkilatların bir çoxu - BMT, AŞPA, Avropa Parlamenti, NATO Parlament Assambleyası və s. hər biri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Ermənistanı işğalçı dövlət kimi tanıyıblar. Təbii ki, bununla bağlı da bəyanatlar verilib. Amma bütün bunların əsasında onlar hər iki tərəfin öz aralarında razılaşmasını dilə gətirirlər. Onda soruşmaq lazımdır, bəs həmsədrlik nəyə lazımdır? Hesab edirəm ki, münaqişənin bu günə kimi həll olunmamasının bir səbəbkarı Ermənistan olmaqla yanaşı, digər səbəbkarı da ATƏT-in həmsədrləridir.
- Dağıdıcı müxalifət bu dəfə saxta “siyasi məhbus” siyahıları dərc etməklə növbəti uğursuz planlarını işə salıb. Sizin fikrinizcə, bu cəhdlərin məqsədi nədir?
- Hər kəsə bəllidir ki, müxalifətin “siyasi məhbus” siyahıları dərc etməsi məsələsi bu günün işi deyil. Ümumiyyətlə, “siyasi məhbus” anlayışı yoxdur. Sadəcə, olaraq bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var. Həmin şəxslər də törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunublar. Onların hər biri haqqında da konkret olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi tətbiq olunub. Beləcə, həmin adamların bir hissəsinin işi istintaqdadır, bir hissəsi haqqında da artıq məhkəmə hökmü çıxarılıb. Əgər kimsə məhkəmənin hökmündən narazıdırsa, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər. Hətta deyərdim ki, Avropa Məhkəməsinə kimi gedib müraciətlərini edə bilərlər. Bu baxımdan da o məsələlərə “siyasi” ad qoyulması artıq keçib. Həmin məsələ sadəcə olaraq Sovetlər birliyində olan bir hal idi. İndi isə Azərbaycan müstəqil bir dövlətdir və onun öz qanunları var. Kimliyindən asılı olmayaraq hamı bu qanunlara bərabər şəkildə hörmət etməlidir. Bu gün Yeni Azərbaycan Partiyasının elə üzvləri var ki, həbs olunublar. Belə olan təqdirdə biz bu cinayəti siyasiləşdirə bilmərik. Onlar bu və ya digər şəkildə törətdikləri cinayətə görə həbs olunublar və istintaq gedir. Təbii ki, istintaq nəticəsini elan etdikdən sonra bizim tərəfimizdən digər addımlar atılacaq. Amma müxalifət təmsilçilərindən biri həbs olunan kimi dərhal “siyasi məhbus” terminini ortaya atırlar. Heç kimə sirr deyil ki, bunları Əli Kərimli və onun dəstəsi öyrədir. Bir tərəfdən öyrədirlər ki, qanunu pozsunlar, digər tərəfdən bunları “siyasi məhbus” kimi qələmə verməyə çalışırlar. Ümumiyyətlə, onların gündəlik fəaliyyəti yoxdur. Fəaliyyətləri olmadığına görə də gündəmdə qalmaq üçün belə variantlardan istifadə edirlər. Hətta yadımdadır ki, vaxtilə Leyla Yunus Avropa Şurasına siyahı təqdim etmişdi. O siyahını Azərbaycanda olan bütün hüquq müdafiəçiləri araşdırdılar və məlum oldu ki, siyahıda olan 30 nəfərin kimliyi bəlli deyil. Ümumiyyətlə, bu adda adam yoxdur. Hətta siyahıda adı olan bəzi insanlar artıq azadlıqdadır. Bir qisminin isə siyasi partiyalara heç aidiyyatı yoxdur. Sadəcə olaraq onlar bunu bir növ gəlir mənbəyinə çevirmişdilər. Onlar toyuq, dana oğrularını “siyasi məhbus” kimi təqdim edirdilər. Təbii ki, bu da heç bir nəticə verə bilməzdi. Bütün bunları görən erməni lobbisi də istəyirdi ki, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirsin. Yəni 5-10 manata bu cür siyahılar hazırlanırdı və ayrı-ayrı strukturlara göndərilirdi.
- İllərdir özünə bir pasport ala bilməyən Əli Kərimli yaxşı bir məşğuliyyət tapıb. Xeyli zamandır ki, o, rəhbərlik etdiyi siyasi təşkilatlara “müxalifətçi pasportu” düzəldir. Bunu necə izah etmək olar?
- Ümumiyyətlə, xarici üz tutmaq istəyən müxtəlif insanlar vardır. Hətta bu yaxınlarda bir jurnalist mühacir adı altında Almaniyaya gedib. Əli Kərimli bu cür adamlara pul müqabilində arayış yazır verib. Bu məsələ mətbuatda da geniş şəkildə işıqlandırıldı. Guya ki, həmin insanlar AXCP-nin üzvüdür, Azərbaycanda yaşamaq onun həyatı üçün təhlükəlidir və s. Ə.Kərimli nəticə etibarilə bu cür arayış satmaqla gəlir əldə edir. Sonradan biz məlumat əldə etdik ki, bu arayışların hamısı saxtadır. Hətta müxtəlif ölkələrə müxtəlif qiymətlər (3-8 min dollararası) müəyyənləşdirilib. Hesab edirəm ki, bütün bunları elə onun ətrafı da çox gözəl bilir.
- Son zamanlar müxalifət mətbuatı Taleh Bağırzadənin məhkəməsini siyasiləşdirməyə çalışır. Bununla onlar nəyə nail olmaq istəyirlər?
- Biz Taleh Bağırzadənin məsələsi ilə bağlı Milli Məclisdə də qərar qəbul etdik ki, onun fəaliyyəti sırf dini ekstremizimdir. Yəni Azərbaycanın Konstitusion quruluşunu dəyişmək, ölkəmizin dünyəvi, unitar dövlətdən hər hansı bir dini dövlətə çevirmək, dövlət strukturlarını dəyişmək və s. məqsədə xidmət edən kifayət qədər materiallar, kitablar çıxıb. Digər tərəfdən, Taleh Bağırzadə, əslində, Nardaran kəndində gizlənmişdi və oradan öz tərəfdarlarına mesajlar göndərirdi. Bu sırf dini ekstremizmdir. Dini ekstremizmə görə də o və tərəfdarları məsuliyyətə cəlb olunublar və istintaq gedir. Nəticə etibarilə, bir neçə insan Nardaranda həlak oldu və yaralandı. Bu baxımdan da, onlar bu kimi addımlardan istifadə edib şou düzəltmək istəyirdilər. Bununla T.Bağırzadə həm “siyasi məhbus” adı almaq və öz əməllərini ört-basdır etmək istəyir, həm də Əli Kərimli sevinir ki, onun adı bu məsələlərdə hallanır. O baxımdan demək olar ki, bütün bunlar qurmadır. Təbii ki, istintaq bunların hamısını üzə çıxaracaq. Burada “siyasi məhbus”luq, siyasi məsələlərlə bağlı heç bir şey yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

