/ / İslam dünyası üçün böyük əhəmiyyəti olan IV İslam Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir
İslam dünyası üçün böyük əhəmiyyəti olan IV İslam Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir
25.04.2017 [09:05]
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev www.yap.org.az saytına müsahibə verib
- Rauf müəllim, yaranmış yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanılıb. Bu islahatlar inkişaf baxımından ölkəmizə nə kimi perspektivlər vəd edir?
- Ümumiyyətlə, müəyyənləşdirilən yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inkişafını təmin edəcək. Hazırda bu istiqamətdə işlər uğurla davam edir. Yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır.
Fərmanla nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək. Fərmanda qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb. Hesab edirəm ki, hazırda həyata keçirilən tədbirlər ölkəmizin inkişafını daha da gücləndirəcək.
- Dünyada baş verən mürəkkəb proseslər fonunda Azərbaycan dövləti sosial sahədə də sistemli tədbirlər həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?
- Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, işsizliyin aradan qaldırılması diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev respublikamızdakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Son 13 ildə respublika üzrə təxminən 1,6 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktordur. Yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır.
- Hazırda əhalinin məşğulluğunun təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Sizcə, bu tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır.
Belə ki, Dövlət proqramlarının icrası çərçivəsində respublikanın bölgələrində onlarca böyük əmək tutumlu sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Eyni zamanda, ölkə miqyasında fəal məşğulluq tədbirləri həyata keçirilir, mütəmadi olaraq əmək yarmarkaları təşkil edilir. Regionlarda həmçinin işaxtaran və işsiz vətəndaşların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə də davamlı tədbirlər həyata keçirilir. Son illərdə regionlarda aktiv məşğulluq tədbirləri çərçivəsində işaxtaranların, ələlxüsus da gənclərin peşə hazırlığına diqqətin artırılması təqdirəlayiq haldır. Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,7 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. Dövlətimiz yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır.
- Rauf müəllim, bildiyimiz kimi Azərbaycanda nüfuzlu beynəlxalq idman tədbirləri keçirilir. May ayında ölkəmiz növbəti idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Sizcə, bu möhtəşəm idman tədbiri ölkəmizə nə kimi dividendlər gətirəcək?
- Bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır.
Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Azərbaycanda da Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib.
Qeyd etdiyiniz kimi, may ayında ölkəmiz növbəti nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilən beynəlxalq idman tədbiridir. Bu yarışlarda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən olan idmançılar iştirak edirlər. İlk dəfə bu Oyunlar 2005-ci ildə aprel ayının 5-20-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilib. Yarışlarda 55 dövlətdən 6000 idmançı 15 idman növü üzrə medallar uğrunda mübarizə aparmışlar. 2-ci İslam Həmrəyliyi Oyunlarının əvvəl 2009-cu ildə İranda keçirilməsi planlaşdırılırdı, amma sonra tarix 2010-cu ilin aprel ayına dəyişdirildi. 3-cü İslam Həmrəyliyi Oyunları 2013-cü ilin sentyabr ayının 12-dən 22-nə kimi İndoneziyada Palembanq şəhərində keçirilib. Yarışlarda 44 ölkəni təmsil edən 1769 idmançı 13 idman növü üzrə yarışıb.
IV İslam Həmrəyliyi Oyunları isə 2017-ci ildə may ayının 12-dən 22-nə kimi Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Bu barədə qərar 2014-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında qəbul edilib. Bu qərar Azərbaycanda böyük razılıq hissi ilə qarşılanıb.
Bu mühüm hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. İslam aləmində özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensialı, həyata keçirilən müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır. Yüksək səviyyədə keçirilmiş ilk Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu Oyunlar, eyni zamanda, Azərbaycanın idman şöhrətini daha da artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrlik etməsi indidən deməyə əsas verir ki, bu beynəlxalq tədbir çox yüksək səviyyədə təşkil olunacaq. İlk Avropa Oyunları imkan verdi ki, Azərbaycan öz potensialını nümayiş etdirsin. Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayırlar və Azərbaycan bütün qonaqları qəbul etməyə hazırdır. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox mühüm hadisə kimi yadda qalacaq. Azərbaycan İslam aləminin bir parçasıdır. Azərbaycan bu böyük ailənin üzvü kimi səy göstərəcəkdir ki, oyunlar ən yüksək səviyyədə təşkil olunsun.
Azərbaycanı istəməyən qüvvələrə, islamofob qüvvələrə Azərbaycan reallıqları ən tutarlı cavabdır. Oyun iştirakçıları, qonaqlar, turistlər - hər kəs bu reallıqları öz gözləri ilə görəcək. Çox təəssüflər olsun ki, İslam aləmini əhatə edən coğrafiyada artıq uzun illərdir ki, qanlı münaqişələr, müharibələr davam edir. Milyonlarla insan öz doğma yurd-yuvalarını tərk edərək qonşu ölkələrə, əksəriyyəti isə Avropa ölkələrinə üz tutub. Aydındır ki, bu münaqişələr, müharibələr müxtəlif beynəlxalq güclərin öz məqsədlərinə çatmaq üçün apardıqları siyasətin nəticəsində baş verir. Eyni zamanda, qeyd etmək lazımdır ki, İslam dünyasına aid olan bir sıra dövlətlər arasındakı münasibətlər istənilən səviyyədə deyildir. Ona görə də bu ölkələr arasında konfliktlərin, mübahisəli məsələlərin həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin yaranmasında İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu nöqteyi-nəzərdən IV İslam Oyunlarının Azərbaycanda keçirilməsi həm Azərbaycan üçün, iştirakçı dövlətlər üçün, İslam dünyası üçün, ümumiyyətlə, bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu Oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, bütün dünya görəcək ki, Azərbaycan böyük imkanlara malik bir ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

