Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malik olan ölkələrdən biridir
27.04.2017 [09:58]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə www.yap.org.az saytına müsahibə verib:
- Fuad müəllim, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü hər il ölkəmizdə də qeyd edilir. Bu günün qeyd olunmasının məqsədi nədən ibarətdir? Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar hansı tədbirlər həyata keçirilir?
- 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən qeyd edilir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması da işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, əməyin təhlükəsizliyi və sağlamlaşdırılması məsələlərinə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədinə xidmət edir. Məlumat üçün bildirim ki, bu vacib tədbiri gənc, müstəqil dövlətimiz olan Azərbaycan Respublikası ilk dəfə 1999-cu ildə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirmiş və sonrakı illərdə də davam etdirmişdir.
Qeyd edim ki, BƏT tərəfindən 2017-ci il üçün 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” mövzusu müəyyən edilib. İş yerlərində peşə risklərinin qiymətləndirilməsində, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının qarşısının alınmasında əməyin mühafizəsinə dair məlumatların toplanması əsas şərtlərdən biri olduğu üçün bu il üçün qəbul edilmiş həmin mövzu mühüm aktuallıq kəsb edir. Bu mövzu ilə bağlı bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən sosial partnyorlarımız olan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə seminarlar təşkil olunur, bir sıra digər tədbirlər keçirilir.
- Ölkəmizdə əməyin mühafizəsi sahəsində aparılan dövlət siyasətini, qanunvericilik bazasını necə xarakterizə edərdiniz?
- Əməyin mühafizəsi sahəsində Azərbaycan fəal dövlət siyasətinə malik olan ölkələrdən biridir. Müstəqillik qazandığımız 1991-ci il oktyabr ayının 18-dən indiyədək ölkəmizdə çoxlu qanunvericilik, hüquqi-normativ sənədlər hazırlanıb. Bunların sırasında əmək və əməyin mühafizəsi məsələlərinə dair qəbul edilmiş sənədlər heç də az deyildir. Əminliklə qeyd etmək olar ki, bu gün respublikamız əmək qanunvericiliyi, əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı dolğun qanunvericilik bazasına malikdir.
İlk növbədə qeyd etməliyik ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, 12 noyabr 1995-ci il tarixində ümumxalq referendumu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 35-ci (Əmək hüququ) maddəsində “Hər kəsin təhlükəsiz və sağlam işləmək hüququ vardır” deyə qeyd edilmişdir. Növbəti addım kimi isə, Ulu öndərimiz Heydər Əliyevin imzaladığı 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanun əsasında və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi təsdiq edilib və 1999-cu il 1 iyul tarixindən qüvvəyə minib.
Eyni zamanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 27 yanvar 1997-ci il tarixli 544 saylı Fərmanına əsasən, respublikada əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu - Dövlət Əmək Müfəttişliyinin yaradılması əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə, o cümlədən əməyin mühafizəsi tələblərinə əməl olunması məsələsinin dövlətin diqqət mərkəzində olduğunu göstərmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin işçi vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısının nəticəsi kimi, 16 fevral 2011-ci il tarixli Fərmanla Dövlət Əmək Müfəttişliyinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb. Beləliklə də, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu artırılıb.
- Ümumilikdə əməyin mühafizəsi hansı tədbirlər sistemini özündə ehtiva edir?
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndində əməyin mühafizəsi anlayışı belə verilib: “Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir”. Başqa sözlə, əməyin mühafizəsi istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və o cümlədən texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının, əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanılmasına yönəldilmiş sosial-iqtisadi və hüquqi tədbirlərin məcmusudur.
- Müəssisədə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik kimin üzərinə düşür?
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur.
Bununla yanaşı, qanunvericilik müəssisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçilərin də vəzifələrini müəyyən etmişdir. Əmək Məcəlləsinin 216-cı maddəsində əməyin mühafizəsi üzrə işçilərin vəzifələri ifadə olunub. Buraya əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, digər vəzifələr daxildir. Əmək Məcəlləsinə əsasən əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Ona görə də müəssisə rəhbərləri əməyin mühafizəsinin idarə olunması məsələsinə ciddi əhəmiyyət verməlidirlər.
- Əməyin mühafizəsinin idarəetmə funksiyaları əsasən nələrdən ibarətdir?
- Əməyin mühafizəsinin idarə olunmasında əsas məqsəd əmək prosesində iştirak edən insanların sağlamlığının, təhlükəsizliyinin, əmək və iş qabiliyyətinin qorunmasının təmin edilməsindən ibarətdir. Eyni zamanda əməyin mühafizəsinin idarə olunması müəssisənin istehsal fəaliyyətinin əsas istiqamətlərindən biridir. Müəssisədə əməyin mühafizəsinin idarə olunmasına ümumi rəhbərliyi həmin müəssisənin rəhbərləri həyata keçirir. Müəssisənin sexlərində, sahələrində, bölmələrində, obyektlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə bu sahələrin rəhbərləri cavabdehdirlər.
Müəssisələrdə əməyin mühafizəsinin idarəetmə funksiyaları əsasən işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasından, əməyin mühafizəsi işinin planlaşdırılmasından, əməyin mühafizəsi vəziyyətinin araşdırılmasından və bu kimi digər amillərdən ibarət olmalıdır.
- Bu sirr deyil ki, bir sıra müəssisələrdə hələ də əməyin mühafizəsi xidmətinin yaradılmasına, hətta işçilərin əməyin mühafizəsi ilə bağlı mütəmadi təlimatlandırılmasına biganə münasibət mövcuddur.
- Əməyin mühafizəsi işinin təşkili idarəetmənin əsas təminatçısı sayılır. İşəgötürənlər Əmək Məcəlləsinin 223-cü maddəsinin tələbləri əsasında rəhbərlik etdiyi müəssisədə əməyin mühafizəsi xidməti yaratmağa borcludurlar.
Əslində müəssisənin bütün mühəndis heyəti və vəzifəli şəxsləri əməyin mühafizəsinin idarə olunmasında iştirak etməlidirlər. Bunun üçün müəssisədə əməyin mühafizəsinin təşkil edilməsi Qaydaları işlənib təsdiq edilməlidir.
Əməyin mühafizəsinin təşkili və idarə olunması məsələlərində işçilərə təlimatların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, bir sıra müəssisələrdə işçilərə keçirilən giriş, ilkin, təkrar, vaxtaşırı və s. təlimatlar mükəmməl tərtib edilmir və vaxtlı-vaxtında keçirilmir. Hər bir peşə adamı üçün əməyin mühafizəsi üzrə təlimat hazırlanarkən o peşə üzrə tərtib və təsdiq olunmuş əmək funksiyasından istifadə olunmur. Halbuki peşələr üzrə əməyin mühafizəsi təlimatları əmək funksiyasına müvafiq tərtib edilməlidir. Peşə sahiblərinə təlimatların çatdırılması və onların bu təlimatlarla tanış olmaları heç də həmişə təşkil edilmir. Nəticədə, bədbəxt hadisələr baş verən zaman xəsarət alanın təlimatla tanış olmadığı və yaxud onun barəsində səthi məlumatı olduğu təhqiqat zamanı aşkara çıxır.
- Fuad müəllim, bir sıra hallarda müəssisələrdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, yaxud işçilərin onlardan istifadə məsələsi də arxa plana keçir...
- Əlbəttə, işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində də bir sıra çatışmazlıqlar mövcuddur. Xüsusilə tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazımi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib. Bir də görürsən ki, hər hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar. Hansı ki, bu səbəblər üzündən istehsalatda bədbəxt hadisələrin baş verməsi halları artır.
- Fuad müəllim, hazırda əməyin mühafizəsi ilə bağlı işəgötürənlər tərəfindən əsasən hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Diqqətinizə çatdırım ki, iqtisadiyyatın mühüm sahələrindən olan tikinti sahəsində baş vermiş qəza və texniki təhlükəsizliyin pozulması halları ilə əlaqədar olaraq möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli 624 nömrəli Fərman imzalayıb. Bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti dövlət orqanları ilə birlikdə tikinti sahəsində işçilərin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyim ilə işəgötürənlər tərəfindən təmin edilməsinə və əmək müqaviləsi əsasında tənzimlənməsinə nəzarəti gücləndirməsi tapşırılmışdır.
Bu göstərilənləri nəzərə alaraq işəgötürənlər tərəfindən müəssisədə əməyin mühafizəsi xidmətinin yaradılmasını, bütün peşələr, vəzifələr üzrə texniki təhlükəsizlik qaydaları barədə təlimatların işlənib hazırlanmasını, işçilərin texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasını, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə sərf etmək üçün lazımi maliyyə vəsaitinin ayrılmasını və bu qəbildən olan digər tədbirlərin həyata keçirilməsini zəruri hesab edirəm.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

