Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir
04.05.2017 [09:43]
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov www.yap.org.az saytına müsahibə verib:
- Cavid müəllim, mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Hər il 10 may tarixi ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Ümummilli liderimizin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...
- Bu günlərdə Azərbaycanda və Azərbaycan həqiqətlərinin tanındığı hər yerdə, azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbirlər keçirilir. Bu da təsadüfi deyil. Bu gün təkcə Azərbaycan və Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün tariximizin ən əlamətdar günlərindən biridir. Ümummilli liderimiz, dünya siyasətinin korifeylərindən biri, dahi dövlət adamı Heydər Əliyevin həyat və fəaliyyəti tariximizə məhz şərəf salnaməsi kimi daxil olmuşdur. İndi hamımızın mübarizə yoluna və ölməz ruhuna güvənc yeri kimi baxdığımız Ulu öndərimiz yeni Azərbaycanın yaradıcısı və qurucusudur.
Heydər Əliyev Öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazandığımız müstəqilliyi qoruyub saxlamaqla, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla xalqın Ümummilli liderinə çevrildi. Belə insanlara tarixi şəxsiyyət deyirlər. Ona görə yox ki, tarixin hansısa zaman kəsiyində yaşayıblar, ona görə ki, belə şəxsiyyətlər həm də öz titanik fəaliyyətləri ilə tarix yaradırlar - Vətən tarixini. Həyatı və fəaliyyəti ilə Azərbaycanın şərəf tarixinin qızıl səhifələrini yaratmış böyük Heydər Əliyev kimi.
Bir anlığa iyirminci əsrin 90-cı illərinə qısa ekskurs edək. Onda ölkə idarəolunmaz bir həddə çatmış, bütün sütunlar laxlamışdı. O illər ölkənin tarixində çox ağır bir dövr idi. Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətləri tamam pozulmuşdu. Ölkəmiz bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Bunun səbəbi aydın idi. Siyasi səriştəsi olmayan insanlar ölkəni özlərinin maraq poliqonuna çevirmişdilər. Belə bir şəraitdə cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. 21 noyabr 1992-ci ildə partiyanın təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Ondan sonra siyasi hadisələrin necə cərəyan etdiyini, cənab Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsini hamımız yaxşı bilirik. Çünki biz bu yaxın keçmişimizin canlı şahidləriyik.
- Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Sizcə, bu qayıdış Azərbaycana nə verdi?
- Ulu öndərin 15 iyun 1993-cü ildə yenidən ölkənin siyasi rəhbərliyinə qayıtması ilə respublikamızda xaosun qarşısı alındı. Siyasi kurs müəyyən olundu, iqtisadi əlaqələr genişləndi, mədəni dəyərlərin qorunması istiqamətində mühüm addımlar atıldı, ölkənin həyatında yeni bir ab-hava yarandı. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin o tarixi qayıdışı nəticəsində Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsindən, hansısa dövlətlərin müstəmləkəsinə çevrilməkdən qurtuldu.
O tarixi qayıdış olmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağı barədə düşünmək çox çətin olardı. O tarixi qayıdış olmasaydı, Azərbaycan xarici düşmənlərin və daxili riyakarların maraq dairəsində parçalana bilərdi.
Uzun illər imperiya siyasəti altında yaşamağa məhkum olanlardan biri kimi Azərbaycan xalqı azadlığın dadını əsrin əvvəlində daddığından, onun bu istəyi daha güclü idi. Həqiqətən də, “Bir kərə yüksələn bayraq bir daha enməz”. Bu azadlıq bayrağı yenidən Azərbaycan səmasında dalğalanmağa başladı. 28 may 1918-ci ildə yaranan müstəqil Azərbaycan dövlətinin varisi kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri böyükdür. Amma Onun ən böyük xidməti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasını təmin etməsi idi.
Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli liderimiz gecəli-gündüzlü çalışdı.
İndi dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsi ölkədə Heydər Əliyev ideyalarının yaşamasının nəticəsidir. O bilirdi və həmişə xüsusi olaraq qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadir olacaq. Ona görə də Ümummilli lider iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi.
1994-cü ilin oktyabr ayında dünyaya səs salan “Əsrin müqaviləsi” kimi nəhəng bir layihəni həyata keçirmək üçün ancaq Heydər Əliyev iradəsi lazım idi. O iradə ki, zaman-zaman insanların düşüncəsində əfsanəyə, nağıla çevrilənləri reallaşdırdı. Xalqın oğlu xalqın yüz illər sonrakı taleyini həll etmək üçün çiynini ağır bir işin altına verdi.
Heydər Əliyevin fiziki yoxluğundan əziyyət çəksək də, Onun ideyalarının Azərbaycanda hakim olması bizə təskinlik verir. Bu gün ölkəmizdə Onun yarımçıq qalmış arzularını xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə reallaşdırır. İndi Azərbaycanın haqq səsi dünyanın ən yüksək tribunalarından eşidilməkdədir. Biz buna Heydər Əliyev siyasi xəttinə sadiq qalmağımızla nail olmuşuq. Ölməzlik budur.
Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Bu ömrün hər anından bizim öyrənəcəyimiz çox şeylər var. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr var. Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi.
1969-1999-cu illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Sovetlər Birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdir.
- Hazırda Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Bütün sahələr, o cümlədən Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Bu barədə nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tarixində yeni era başlayıb. “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər. Qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı.
Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Astara stansiyasından İİR sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib, Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Son iki il ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb. 2015-ci il avqustun 3-dən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyəti canlandırılıb. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb.
Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.
Bakı sərnişin vağzalında aparılan əsaslı təmir işləri islahatlar prosesinin əsas tərkib hissələrindəndir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulub, vağzal binasının daxilində tam yenidənqurma işləri görülüb. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib.
“Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. 2015-ci ilin oktyabr ayında təmir işlərinin növbəti mərhələsinə start verilib, bu günə kimi 200 km-dən artıq dəmir yolu əsaslı təmir edilib. Bununla yanaşı, sərnişin - Pirşağı - Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.
- Cavid müəllim, hazırda dəmir yolu sahəsində hansı yenidənqurma işləri həyata keçirilir?
- 2016-cı il oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları” QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verildi. Burada yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir. Artıq 30-a yaxın yeni yoldəyişən qurğu dəmir yolunun müxtəlif mənzillərində quraşdırılıb.
Aparılan irihəcmli yenidənqurma işlərinin əsas tərkib hissələrindən biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında əsaslı təmir işlərinin həyata keçirilməsi oldu. Təmir işləri müasir standartlar səviyyəsində həyata keçirilib, dam örtüyü tamam yenilənib, burada işləyənlər üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb, bütün iş otaqları mebel və avadanlıqlarla təchiz olunub, sürətli internet şəbəkəsinə qoşulub, isitmə və soyutma sistemi mərkəzləşdirilib.
Bu dövr ərzində dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət rəhbərliyi ilə MHİRK-nın əlbir fəaliyyəti hamını sevindirib. İki il ərzində 150 dəmiryolçu mənzillə təmin edilib. Dəmiryolçuların yenə də mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu il fevralın 10-da Bakı Dəmir Yolu Vağzalında və “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması, kollektivimizə uğurlar arzulaması dəmiryolçularda böyük ruh yüksəkliyi yaradıb.
29 dekabr 2016-cı il tarixdən daha bir qatar - Naxçıvan - Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başladı. Sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olur. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir. Dəmir yolunda islahatlar prosesi davam edir. Ulu öndərimizin dediyi kimi: “Dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir”.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

