/ / Yüksək təşkilatçılığı ilə mötəbər yarışlara möhürünü vuran Azərbaycan bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcək
Yüksək təşkilatçılığı ilə mötəbər yarışlara möhürünü vuran Azərbaycan bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcək
18.05.2017 [09:53]
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Adil müəllim, bilirsiniz ki, Azərbaycan daha bir mötəbər idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bir neçə gün öncə Oyunların açılış mərasimi baş tutdu. İstərdik, bununla bağlı öz təəssüratlarınızı bölüşəsiniz. Daha çox nələr diqqətinizi çəkdi?
- IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi olduqca möhtəşəm idi. Tədbirin mahiyyətinə uyğun olaraq dünyanı sülhə, həmrəyliyə, dostluğa çağıran kompozisiyalar, deyə bilərik ki, istər xalqımızın, istərsə də ölkəmizə təşrif buyuran xarici qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu. Xüsusilə, Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini özündə birləşdirən səhnələr hər kəsin, eləcə də xarici qonaqların marağına səbəb oldu. İslam dünyası üçün olduqca vacib olan belə bir oyunların təşkilatçılığının yüksək səviyyədə həyata keçirilməsi şanlı tariximizdə yeni bir səhifə açdı. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın çıxışı isə birmənalı olaraq hər bir azərbaycanlını, eləcə də məni qürurlandırdı. Dünyada İslam ölkələrinə qarşı təzyiq, təhdidlər göstərildiyi bir zamanda İslam həmrəyliyi nümayiş etdirən dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin İslam ölkələrinə qucaq açması dünyaya bir ismarıc oldu. Bununla Azərbaycanın multikultural, tolerant, sülhsevər, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara açıq olan bir dövlət olduğu bir daha sübut edildi. Əslində, Azərbaycan bu dəyərlərin daşıyıcısı olduğunu tarixən sübut etmişdir. Bu gün isə islami dəyərlərə söykənən həyat tərzinin davam etdirildiyini bəyan etdi.
- Ümumiyyətlə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Bütün beynəlxalq tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyil. Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır. Ölkəmizə bir dəfə ayaq basan, buranın adət-ənənələri ilə tanış olan, gözəlliklərini duyan hər bir xarici qonaq yenə də Azərbaycana gəlmək istəyir və mötəbər yarışların burada keçirilməsini təqdirəlayiq hesab edir. Bütün bunlarla yanaşı, dövlətimiz, öz növbəsində, tanınır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olur. Mənfur düşmən, ermənilər güclü Azərbaycanın dünyaya saldığı səsdən vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar. Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas məqsədlərindən biri də məhz budur. İnanıram ki, Azərbaycan sürətli inkişafı nəticəsində daha böyük yarışlara ev sahibliyi edərək, uğurlara imzasını atacaq, öz həqiqətləri ilə dünyaya car çəkəcək.
- Siz, eyni zamanda, idmana bağlı insansınız, Azərbaycan Kikboksinq Federasiyasının prezidentisiniz. İdmançılarımızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Son zamanlar ölkəmizdə idmana olan maraq, idman sahəsində kütləviliyin təmin edilməsi Azərbaycanın idman ölkəsi kimi tanınmağına imkan yaradıb. Dünyanın ən nüfuzlu idman təşkilatları gənc dövlət olan Azərbaycanın, idmançılarımızın nəyə qadir olduğunu artıq bilir. İdmanın bütün sahələrində güclü olan Azərbaycan idmançıları bayrağımızı Avropa, dünya çempionatlarında şərəflə dalğalandırırlarsa, bu, bizim fəxrimizdir. Qələbələrə adlarını yazdıran idmançılarımızın sayı günü-gündən artır. Bu isə onu deməyə əsas verir ki, idmançılarımız onlara göstərilən dövlət qayğısından bəhrələnir, daha da ruhlanırlar. Dövlət başçısının şəxsən yarışlara gəlməsi, idmançılara dəstək olması, onları izləməsi, medallar təqdim etməsi xoşbəxtlik demək deyilmi?! Hesab edirəm ki, məhz cənab Prezidentin diqqət və qayğısı sayəsində idmançılarımızın fiziki hazırlıqları yüksək səviyyədədir və bu yarışa da idmançılarımız yüksək səviyyədə hazırlaşıblar. Onların texniki bazaları günbəgün gücləndirilir, hər şərait yaradılır. Bunu qazanılan medalların sayından da görmək mümkündür. İnanıram ki, medal sayına görə digər ölkələrdən üstün olaraq öz gücümüzü göstərəcəyik.
- Adil müəllim, birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının ardınca Olimpiya Oyunlarının da ölkəmizdə keçirilməsi nə qədər real görünə bilər?
- Bu cür yarışların Azərbaycanda keçirilməsi, əlbəttə ki, bir günün qərarı deyil, bu, günlərlə, aylarla verilən qərarın nəticəsidir. Ölkəmizə gəlib buradakı sabitliyi, təhlükəsizlik orqanlarının fəaliyyətini görən təşkilat komitələrinin rəylərindən görmək olar ki, nə zamansa Olimpiya Oyunları da Azərbaycanda keçirilə bilər. İdman arenalarının, qurğularının sayı çoxaldıqca bizdə əminlik daha çox artmağa başlayır. İnanırıq ki, yüksək təşkilatçılığı ilə yarışlara möhürünü vuran Azərbaycan bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcək.
Xəbər lenti
Hamısına bax25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16

