Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır
15.09.2017 [10:22]
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sona xanım, bildiyimiz kimi, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
- Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də, ən başlıcasıdır.
Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsilin böyük nailiyyətlər əldə etməsində və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.
- Hazırda ölkəmizdə təhsilin inkişafı istiqamətində bir sıra Dövlət proqramları həyata keçirilməkdədir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?
- Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq Dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir. Bu gün məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
- Son illər ölkəmizdə təhsil infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşdirilib. Bu faktor bu sahənin inkişafında nə dərəcədə rol oynayır?
- Bəli, ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb və bu proses davam etməkdədir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son 13 ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəssisələri bərpa və əsaslı təmir edilib.
Hazırda biz yeni dərs ili ərəfəsindəyik. Sentyabrın 15-də bütün təhsil müəssisələrində yeni tədris ilinə start veriləcək. Ənənəvi olaraq bu dərs ili ərəfəsində də dövlətimizin başçısı İlham Əliyev yeni tikilən və ya əsaslı təmir olunaraq istifadəyə verilən məktəblərin açılışında iştirak edir və görülən işlərlə şəxsən tanış olur. Bütövlükdə, son 13 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub.
Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir.
Ümumiyyətlə, son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Hesab edirəm ki, biz hazırda həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görməkdəyik.
- Hazırda təhsil sistemində müasir informasiya-kommunikasiya texnologiyaları da geniş tətbiq olunur. Bu amil Azərbaycan təhsilinin dünya təhsili sisteminə inteqrasiyasına hansı səviyyədə təsir göstərir?
- Bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Bunlarla yanaşı, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyilləri və motivlərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri də bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin mühüm vəzifə, məqsəd, meyil, motiv və inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur.
- Sona xanım, sizcə, bu sahədə innovasiyaların tətbiq olunması bütövlükdə cəmiyyətin inkişafına təsiri baxımından nə qədər önəmlidir?
- Azərbaycanda innovasion cəmiyyət quruculuğunun ictimai, mədəni, elmi əsaslarının qurulması dünya birliyinə inteqrasiyanın mühüm şərtlərindəndir. Elə bu səbəbdən də, dünya elm və informasiya cəmiyyətinə inteqrasiya dövlətimizin siyasətinin ana xəttini təşkil edir. Çünki innovasion cəmiyyət insan resurslarının və intellektual kapitalın dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrildiyi cəmiyyətdir. Belə cəmiyyət bilik iqtisadiyyatına, təfəkkür iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin fasiləsiz təkrar istehsalının məhsuldar qüvvəyə çevrilməsini şərtləndirir. Tükənən təbii sərvətlərlə müqayisədə, tükənməyən, əbədi sərvət - insan zəkası enerji və güc mənbəyinə, inkişafın təkanına çevrilir. Başqa sözlə, qüdrətli Azərbaycan dövlətinin, demokratik cəmiyyət quruculuğunun, xalqın maddi və mənəvi rifahının başlıca qarantı rolunda çıxış edən - məhz cəmiyyətin intellektual potensialıdır. Zaman və araşdırmalar sübut edir ki, yaradıcı insan dövlətin həqiqi sərvətinə çevrilir. Dövlətimizin möhkəm siyasi, iqtisadi təməllər üzərində qurulması və dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilməsi kimi faktorlar imkan verir ki, mövcud olan zəmin və təməllərdən yararlanmaqla innovasion cəmiyyət quruculuğu sürətləndirilsin. Bunun üçün dövlətin qayğı və diqqəti də, maddi imkanları da, mənəvi potensialı da mövcuddur.
Məlumdur ki, təhsil sistemi gələcək mütəxəssislər hazırlayır. Təhsil vasitəsilə insanlar bilik və bacarıq əldə edirlər ki, bu da onların məhsuldarlığını artırır. İnsan kapitalı nəzəriyyəsinin inkişaf etdiyi cəmiyyətlərdə belə bir fikir öz təsdiqini tapıb - daha yüksək təhsil alan şəxs, həqiqətən də, yüksək gəlir əldə edir. Təhsilə çəkilən xərclər iqtisadi nöqteyi-nəzərdən insanın gələcək gəlirlərinə qoyulan investisiyadır. Aparılan tədqiqatların nəticələri əhalinin həyat səviyyəsinin yüksəldilməsində təhsilin mühüm rol oynadığını göstərir. Yüksəkkeyfiyyətli təhsil məşğulluğun təmin olunmasının, iqtisadi səmərəliliyin, yoxsulluq riskinin azalmasının və nəhayət, həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtlərindən biri hesab olunur. Qeyd etmək lazımdır ki, təhsilin dərəcələri artdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır, əhalinin həyat səviyyəsi yüksəlir və yoxsulluq azalır.
Azərbaycanın sivil dünyaya inteqrasiyası və ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişafından, yeni elmi biliklərin, texnika və texnologiyaların mənimsənilmə səviyyəsindən və s. amillərdən də asılıdır. Bu amillərin reallaşması isə ilk növbədə iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək biliyə malik ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bu baxımdan bazar münasibətləri şəraitində Azərbaycanda təhsil siyasətinin formalaşdırılması, təhsil sistemində aparılan islahatların sosial-iqtisadi əhəmiyyətinin artırılması vacib məsələ kimi qarşıya qoyulmalıdır. Bu gün dünyada bilikli, bacarıqlı və müasir texnologiyadan yararlanan mütəxəssislərin ölkənin, cəmiyyətin inkişafında böyük rolu var. Təcrübə göstərir ki, yüksək bilik və bacarığa malik kadr potensialı olan ölkələrdə yoxsulluq səviyyəsi də aşağı olur. Deməli, keyfiyyətli kadr potensialına malik olmadan iqtisadi inkişafa nail olmaq qeyri-mümkündür. Daha geniş ifadə etsək, cəmiyyətlərin iqtisadi inkişafı təkcə iş və kapitaldan asılı deyil, eyni zamanda, texnologiyanın inkişafı ilə işçi qüvvəsinin texnoloji baxımdan keyfiyyətinin yaxşılaşdırılmasından da asılıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

