Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə böyük qayğı göstərir
16.03.2019 [10:07]
Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, ATƏT-in Minsk qrupunun həmsədrləri bu günlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat veriblər. Bu bəyanata münasibətiniz necədir?
- Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyi belədir ki, həmsədrlərin fəaliyyəti, regiona səfərləri nəticə verməlidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh prosesini irəli aparmaq təşəbbüsləri müsbət qiymətləndirilə bilər. Amma bu təşəbbüslər ədalətə söykənməli və beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Bilirsiniz ki, işğalçı Ermənistan Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyil. Bu dövlət işğalçı siyasətini davam etdirmək istəyir. Buna baxmayaraq, Minsk qrupu işğalçını öz adı ilə çağırsa, məcburi köçkün olan insanların öz doğma yurdlarına qaytarılması tələbini irəli sürsə, Ermənistanın geri çəkilməsi şübhəsizdir. Çünki bu dövlət bütün cəhətlərdən iflasa uğrayıb. Azərbaycan tərəfi isə danışıqlar naminə bu prosesdə iştirak etmək niyyətində deyil və bu mövqe həmsədrlərə də məlumdur. Ona görə də dövlətimizin həmsədrlərdən nəticəyə hesablanan fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir.
Həmsədrlərin son bəyanatına gəlincə, burada bir sıra məqamlar var. Bəyanatda vurğulanan bəzi məqamlar əvvəlki bəyanatların təkrarıdır. Yeni məqam isə ondan ibarətdir ki, bəyanatda danışıqların formatının dəyişməz olduğu qeyd edilir. Hansı ki, Ermənistanın baş naziri Nikol Paşiyan deyirdi ki, danışıqlar prosesində Dağlıq Qarabağ erməniləri tərəf kimi iştirak etməlidirlər.
Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir mesajdır. Həmsədrlərin mövqeyi Paşinyanın fikirlərinin qeyri-ciddi olduğunu göstərdi. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.
Amma bir məsələ də var ki, sülh danışıqları nəticə verməli, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır. Torpaqları işğaldan azad etmək Azərbaycan xalqının haqqıdır. Çünki bu torpaqların sahibləri öz yurdlarına qayıtmalıdırlar. Amma bu gün onlar qaçqın və məcburi köçkün vəziyyətində yaşayırlar.
- Azərbaycanda qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısı göstərilir. Bu barədə nə deyə bilərsiniz?
- Məlumdur ki, Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində layihələrin reallaşdırılmasına da imkan verib. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır.
Dövlətimizin başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu sırada da qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri ön sırada dayanırlar. Çünki qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb.
Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.
- Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında Sərəncamı da cəmiyyətimizdə yüksək qiymətləndirilir...
- Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. Bilirsiniz ki, 2017-ci ilin yanvar ayının 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir.
2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırılıb. Bununla da, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Bu, o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaqlar. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq.
Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir. Bu, məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Bu kontekstdə son addım Azərbaycanda həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Müavinətlərin artırılması həssas qrup olan məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşmasına dəstəkdir. Məcburi köçkünlər dövlət başçısının bu qərarını yüksək dəyərləndirirlər. Bu insanlar inanırlar ki, cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlar.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

