/ / Elmira Axundova: Mehriban xanım Əliyevanın səfəri Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi
Elmira Axundova: Mehriban xanım Əliyevanın səfəri Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi
27.11.2019 [09:22]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Moskvaya rəsmi səfər etdi. Səfərin proqramı çox zəngin idi: Mehriban Əliyeva X Azərbaycan-Rusiya Regionlararası Forumunda və XTNS-də “Azərbaycan” pavilyonunun açılışında iştirak edib, Prezident Vladimir Putin və Baş nazir Dmitri Medvedevlə görüşüb. Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya paytaxtına rəsmi səfərinin aspektləri haqqında Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova “Moskva-Bakı” portalına müsahibəsində danışıb. AZƏRTAC həmin müsahibəni oxuculara təqdim edir.
- Mehriban Əliyevanın Moskvaya səfərinin yekunlarını necə şərh edərdiniz, bu səfər Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində hansı rolu oynayacaq?
- Bütün Azərbaycan Mehriban Əliyevanın Birinci vitse-prezident statusunda Rusiyaya ilk rəsmi səfərini maraqla və diqqətli izləyirdi. Hesab edirik ki, bu səfər həm Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı, həm də Birinci vitse-prezidentin özü üçün çox mühüm idi. Mehriban xanım tez-tez səfərlərdə olur, o, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin səlahiyyətli nümayəndəsi qismində çıxış edir, yüksək vəzifəli şəxslərlə görüşlər keçirir. Lakin qeyd etmək istəyirəm ki, onun Birinci vitse-prezident kimi dövlət xadimi qismində dost ölkəyə rəsmi səfəri ilk dəfədir ki, həyata keçirilir.
Bu səfər Mehriban Əliyevanın dünya siyasət arenasında təqdimatı qismində çox mühüm oldu. O, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi. Hərçənd Mehriban Əliyeva Azərbaycanın ikinci şəxsidir, bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev kimi, onu ehtiram və hörmətlə qarşıladılar. Bu, birincisi, ölkələrimizin liderləri İlham Əliyev və Vladimir Putinin əsasını qoyduqları dövlətlərimiz arasında etimadın, əməkdaşlığın, dostluğun yüksək göstəricisidir. İkincisi isə Mehriban Əliyevanın özünün dünyanın siyasi xəritəsində qazandığı nüfuzun mühüm göstəricisidir. Birinci vitse-prezidentin həm Baş nazir, həm Prezident, həm də Rusiyanın Federasiya Şurasının sədri tərəfindən qəbul edilməsi unikal hadisədir. Düşünürəm ki, heç bir dövlət xadimi həmin vəzifədə bu cür yüksək səviyyəyə layiq görülməyib. Bu səfər göstərdi ki, Azərbaycanın siyasi üfüqündə yeni lider meydana çıxıb və güclü dövlət olan Rusiyanın xadimlərinin də bunu etiraf etməsi olduqca mühümdür.
Səfərə gəldikdə, o, özünün zəngin proqramı, dinamizmi, dörd gün ərzində keçirilən tədbirlərin bolluğu ilə seçildi. Səfər rəsmiyyət çərçivəsində həyata keçmədi və Azərbaycan-Rusiya əlaqələrinə öz töhfəsini verdi, gələcək perspektivləri müəyyən etdi. Əlamətdar hadisələrdən biri Moskvada mühüm ikitərəfli görüşlər keçirən ölkəmizin aparıcı nazirlərinin iştirakı ilə təşkil olunan X Azərbaycan-Rusiya Regionlararası Forumu oldu.
Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində əhəmiyyətli hadisələrdən biri XTNS-də “Azərbaycan” pavilyonunun açılışı oldu. RF Federasiya Şurasının sədri Valentina Matviyenkonun qeyd etdiyi kimi, bu pavilyon Azərbaycanın Moskvada qeyri-formal mədəniyyət nümayəndəliyi olacaq. Baş verən hadisənin miqyasını tam qiymətləndirmək çətindir, çünki 80 ildən sonra biz Moskvaya yeni keyfiyyətdə qayıtdıq. XTNS-i ildə milyonlarla insanın ziyarət etdiyini nəzərə alsaq, o, bizim uğurlarımızı, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlərimizi nümayiş etdirmək üçün böyük beynəlxalq meydançaya çevriləcək. Bütün bunlar Azərbaycanın unikal milli pavilyonunun bərpasında ən fəal şəkildə iştirak edən Heydər Əliyev Fondunun sayəsində baş verib.
Səfərin gedişində baş vermiş ən xoş hadisə isə Mehriban Əliyevaya ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeninin təqdim edilməsi oldu. Mehriban xanımı təltif edən Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, bu, formal mükafat deyil, Birinci vitse-prezident böyük xidmətlərinə, Azərbaycan və Rusiya arasında əməkdaşlığa, hər şeydən əvvəl humanitar sahədə əlaqələrə böyük töhfəsinə görə bu mükafata layiq görülüb. Biz Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının açıldığını bilirik, bütün bunlar isə Azərbaycanın birinci xanımının iştirakı olmadan həyata keçirilə bilməzdi. Onun rus dilinin qorunub saxlanılması, ölkəmizdə rus mədəniyyətinin və eyni zamanda, Rusiyada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində səyləri göz qabağındadır.
- Valentina Matviyenko XTNS-da “Azərbaycan” pavilyonunun bərpa olunmasında və Moskvada aparılan unikal işlərdə Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etdi...
- Heydər Əliyev Fondu ən nüfuzlu və mötəbər beynəlxalq təşkilatlardan birinə çevrilib. Fond Azərbaycanın hüdudlarından kənarda da tanınır və onun xidmətləri yüksək qiymətləndirilir. O, Rusiyanın müxtəlif regionları da daxil olmaqla, mühüm xeyriyyə layihələri də həyata keçirib. Mənə Həştərxanda akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin rekonstruksiya və təmirdən sonra açılışında iştirak etmək nəsib olub. Həştərxanda, həmçinin Dostluq Parkı, abidələr açılıb ki, bütün bunlar Heydər Əliyev Fondunun vəsaiti hesabına həyata keçirilib. Əlbəttə, görülən işlər ən yüksək səviyyədə təqdirəlayiqdir və nəhayət, bu, baş verdi. Ona görə də Mehriban Əliyevanın Moskvaya səfərini həm Azərbaycan, həm də Rusiya üçün məhsuldar və əlamətdar olaraq qiymətləndirmək olar.
- Bu il Azərbaycan-Rusiya münasibətləri üçün zəngin olub. Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı, Mehriban Əliyevanın Moskvaya səfəri. Gələn ildən gözləntiləriniz nədir? Azərbaycan-Rusiya münasibətləri necə inkişaf edəcək?
- Əslində, ölkələrimiz arasında bütün məsələlər artıq öz həllini tapıb. Samur çayı üzərindən yeni sərhəd körpüsünün tikintisi başa çatır, Bakıdan Rusiyanın sərhədinə aparan yeni yol inşa edilir. Ölkələrimiz arasında əmtəə dövriyyəsi artıb. Belə ki, əgər ötən il o, 19 faiz artıbsa, Mehriban xanımın çıxışında qeyd etdiyi kimi, təkcə bu ilin 9 ayı ərzində artım 26 faiz təşkil edib. Turizm fəal inkişaf edir. Ötən il Azərbaycana 1 milyona yaxın rusiyalı gəlib, bu isə ölkəmizə gələn xarici turistlərin demək olar ki, yarısıdır. Bunların hamısı onu göstərir ki, bizim münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf edir.
Bizim hamımızı narahat edən yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistana müəyyən təsir vasitələri olan ölkə kimi vasitəçi qismində daha aktiv çıxış etmək və münaqişənin nizamlanmasına köməklik göstərmək imkanına malikdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

