Bələdiyyə seçkilərinin nəticələri Yeni Azərbaycan Partiyası üçün uğurludur
15.01.2010 [11:06]
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekun nəticələrini elan etsə də, bu barədə cəmiyyətdə müzakirələr hələ də davam etməkdədir. Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi olmuş millət vəkili Rauf Əliyev hesab edir ki, ölkəmizdə azad və demokratik bələdiyyə seçkiləri keçirilib.
- Rauf müəllim, bir neçə gün öncə, Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini rəsmi olaraq elan etdi. İstərdik, ilk olaraq, bələdiyyə seçkiləri ilə bağlı sizin də mövqeyinizi öyrənək.
- İstər prosesi müşahidə edən beynəlxalq müşahidə missiyalarının, istər xarici ölkələrin ölkəmizdəki nümayəndəliklərinin təmsilçilərinin, istərsə də yerli müşahidəçilərin yekun qənaəti bu yöndə oldu ki, Azərbaycanda bələdiyyə seçkiləri kifayət qədər demokratik, beynəlxalq hüquqi sənədlərə və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, normal şəraitdə keçirilib. Prosesə start veriləndən bütün zəruri seçki hərəkətləri tam qanunauyğun şəkildə həyata keçirilib. İmzatoplama kampaniyası, namizədlərin qeydə alınması, təbliğat və təşviqat kampaniyası, səsvermə prosesi Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verib. Bütün iddialılar üçün bərabər rəqabət imkanları yaradılıb, prosesin şəffaf olması üçün müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda, hesab edirəm ki, bu seçkilərin nəticələri ədalətli olmaqla bərabər, Azərbaycan siyasi palitrasındakı qüvvələr balansını da tam obyektiv şəkildə aydınlaşdırdı.
- Qüvvələr balansından söz düşmüşkən, Yeni Azərbaycan Partiyasının bu seçkilərdə iştirakını və əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz?
- Əvvəla, mən hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının bir neçə gün öncə açıqladığı rəsmi nəticələr, qeyd olunan rəqəmlər özü əslində, bu balansı açıq şəkildə ifadə edir. Bələdiyyələrə seçilən üzvlərin 10 min 290 nəfəri YAP-ın namizədləridir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında Azərbaycanın siyasi palitrasının ən güclü, ən böyük partiyasıdır və xalqımızın da ən çox dəstəklədiyi siyasi təşkilatdır. Konkret olaraq, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində iştirakına gəlincə, hesab edirəm ki, əldə olunan nəticələr kifayət qədər uğurlu olmaqla bərabər, tam ədalətlidir. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hazırlıq prosesinə xeyli əvvəldən start vermişdi. ötən ilin mart ayının 18-də referendum keçirildikdən dərhal sonra Yeni Azərbaycan Partiyası bu seçkilərə hazırlığa başladı. Partiyanın proqramına uyğun olaraq, geniş, çoxşaxəli silsilə tədbirlər həyata keçirildi. Təsadüfi deyil ki, yeganə olaraq YAP bələdiyyə seçkilərində partiya kimi iştirak etmək hüququ qazanmışdı. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın bütün bələdiyyələrinə öz namizədlərini irəli sürmüşdü və YAP-ın irəli sürdüyü namizədlərin sayı təxminən 16 minə yaxın idi. Və bu namizədlərin böyük əksəriyyəti həm imzatoplama kampaniyasını, həm də digər zəruri mərhələləri uğurla başa vuraraq, seçkilərdə iştirak etmişdi. Eyni zamanda, mən hesab edirəm ki, partiyanın təşviqat kampaniyası çərçivəsində tətbiq etdiyi texnologiyalar da kifayət qədər düşünülmüş olmaqla bərabər, bələdiyyə seçkilərinin xüsusiyyətlərinin tələblərinə tam cavab verirdi. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş səlahiyyətli nümayəndələr, görkəmli ziyalılar, ictimai xadimlər, tanınmış partiya fəalları hər bir kənddə, qəsəbədə seçicilərlə görüşlərdə iştirak etdilər və seçici ilə birbaşa təmasda oldular. Və mən hesab edirəm ki, məhz təşviqat kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərdi.
- Bələdiyyə seçkilərini müşahidə edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri seçkilər haqqında bəzi tənqidi fikirlər səsləndirdilər. Bu tənqidlərlə bağlı nə deyə bilərsiniz?
- Mən düşünmürəm ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinin ölkədə keçirilən bu seçkilərlə bağlı söylədiyi fikirlər tam obyektiv və ədalətlidir. Əvvəla, nəzərə almaq lazımdır ki, bu seçkilərdə 1718 bələdiyyəyə 16 minə yaxın üzv seçildi. Bu prosesin nə qədər mürəkkəb, uzun vaxt və kifayət qədər hazırlıq tələb etdiyini söyləməyə yəqin ki, ehtiyac yoxdur. Bütün ölkə üzrə keçirilən prosesi izləmək, dolğun, əhatəli bilgi sahibi olmaq üçün minlərlə müşahidəçi təhkim olunur. Amma Yerli və Regional Hakimiyyətlər Konqresinin, sadəcə, bir neçə nəfərlik missiyası ölkəmizdə keçirilən seçkiləri izləyib. Belə olan halda, onların bələdiyyə seçkiləri haqqında dolğun bilgi sahibi olması mümkün deyil.
- Seçkilərdə məğlub olmuş bəzi namizədlər prosesin gedişindən narazılıqlarını ifadə ediblər və bu haqda MSK-ya müraciətlər ediblər. Siz, Yeni Azərbaycan Partiyasının MSK-dakı səlahiyyətli nümayəndəsi kimi, komissiyanın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla, qeyd etmək istəyirəm ki, MSK bu seçkilərdə kifayət qədər effektiv fəaliyyət göstərib, bütün tədbirlərini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirib. Prosesə start veriləndən MSK, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları yüksək əzmkarlıqla fəaliyyət göstərib. Ona görə də, hesab edirəm ki, MSK-ya qarşı ittihamlar qərəzlidir və real faktlara söykənmir. Konkret şikayətlərə gəlincə, MSK hər bir müraciəti araşdıraraq müvafiq qərarlar qəbul edib. Qeyd etmək istəyirəm ki, səsvermə günündən sonra MSK-ya ümumilikdə, 1718 protokol daxil olub və bu protokolların hər biri araşdırılıb. Araşdırma ümumi şəkildə və hərtərəfli qaydada MSK üzvləri və katibliyin əməkdaşları tərəfindən yüksək səviyyədə həyata keçirilib. Seçkilərin nəticələrinin vaxtında və sürətlə açıqlanması üçün bütün tədbirlər görülüb. Daxil olan protokollar qanunvericiliyə uyğun olaraq 20 gün müddətində araşdırılıb. Təbii ki, iş olan yerdə xırda nöqsanların da olması mümkündür. Əsas odur ki, bu nöqsanlar ümumi işə kölgə salmasın. Bəzi məntəqə və dairə seçki komissiyalarının da fəaliyyəti qanunun tələblərinə uyğun olmayıb. Araşdırmalar zamanı bəzi məlumatların prokurorluq orqanları tərəfindən araşdırılması zərurəti də ortaya çıxıb. Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də, ümumilikdə, 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirilən seçkilərin nəticələri ləğv edilib. Bunlar Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələridir. Bu bələdiyyələrə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də, həmin bələdiyyələrə seçkilər baş tutmamış sayılıb.
ümumilikdə, 18 seçki məntəqəsinin, 2 Dairə Seçki Komissiyasının tərkibi tam buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb. Seçkilərin keçirilməsində MSK öz işinin öhdəsindən lazımi səviyyədə gəlib.
- Bəzi müxalifət partiyaları da nəticələrə etiraz edirlər və onlar MSK-ya qarşı müxtəlif qərəzli fikirlər səsləndirməkdədir. Sizcə, bunun səbəbi nədir?
- Mən bir məqamı qeyd etdim ki, seçkilərin sonunda əldə olunmuş nəticələrin özü əsl həqiqətləri ortaya çıxarır. Təsəvvür edin, bütün müxalifət partiyalarından bələdiyyələrə, sadəcə, 415 nəfər üzv seçilib. Bu isə bələdiyyəyə seçilmiş ümumi üzvlərin, sadəcə, çox cüzi faizi deməkdir. Hesab edirəm ki, müxalifət partiyaları bu biabırçı məğlubiyyətin səbəblərini başqa yerlərdə axtarmaqdansa, özlərinə tənqidi yanaşmalıdırlar. Mən tam məsuliyyətimlə deyirəm ki, bu gün Azərbaycan müxalifəti faktiki olaraq cəmiyyətdəki dayaqlarını, nüfuzunu itiribdir. Ətrafındakı insanlar tamamilə onları tərk edib. Onlar özləri də bunu yaxşı dərk edirlər. Belə bir şəraitdə seçkilərdə iştirak etməklə məğlubiyyətə məhkum olduqlarını anladıqları üçün prosesdən müxtəlif bəhanələrlə yayınmağa çalışdılar. Amma bunların heç bir əhəmiyyəti yoxdur. çünki xalq bu müxalifətə inanmır, onların əsl niyyət və məqsədlərindən hamı xəbərdardır. Bu bələdiyyə seçkiləri bir daha göstərdi ki, Azərbaycan xalqı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi kursu dəstəkləyir, bu siyasətin ölkəmizin inkişafına, xalqın rifahına xidmət etdiyini bilir. Ona görə də, bu siyasətin davam etməsində maraqlıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

