Bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun keçirilib
13.01.2010 [09:12]
Artıq Mərkəzi Seçki Komissiyası ötən ilin dekabrında keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini elan edib. Cəmiyyətdə isə seçkilərin yekunları hələ də müzakirə olunmaqdadır. Seçkilərin təşviqat mərhələsində fəal iştirak etmiş millət vəkili Jalə Əliyeva hesab edir ki, bu siyasi kampaniya beynəlxalq standartlara uyğun keçirilib:
- Azərbaycanda bələdiyyə seçkiləri normal keçirildi. Bu seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izlədilər. Mən təbliğat kampaniyasında da iştirak etdim. Bu kampaniya çərçivəsində bir çox bölgələrdə oldum. Müşahidələrim belə idi ki, insanlar bələdiyyə seçkilərinə hazırlıqlı gedirdilər. Əhali öz yerlərinin qayğısına qalan insanlara səs verirdilər. Bu, seçiciyə daha yaxın olan seçki idi. Bu seçkilərdə onlar namizədlərlə birbaşa təmasda oldular. Və istədikləri şəxsi də bələdiyyələrə üzv seçdilər. İnsanlar Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinə üstünlük verirdilər. Gənclərə də üstünlüyün verilməsi vacib hadisədir. çünki onların potensialı çox böyükdür. İnsanlar deyirdilər ki, YAP çox çətin zamanlarda yaranıb. Yarandığı vaxtdan da xalqın partiyası olmağı bacarıb. Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu partiya daim qələbələr qazanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP inkişafın yeni mərhələsinə qədəm qoyub. Artıq YAP-ın üzvlərinin sayı 500 min nəfər civarındadır. Təbii ki, bu qədər gücə malik partiyanın bələdiyyə seçkilərində qələbə qazanması şübhəsizdir.
Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini elan edib və bu nəticələr gözlənilən idi. Qeyd etdiyim kimi, bu seçkiləri çoxsaylı yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izlədi. ümumi qənaət seçkilərin azad və demokratik keçirilməsidir. Doğrudur, prezident və parlament seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərində seçici fəallığı az oldu. Amma bunun da müəyyən səbəbləri ola bilər. İlk növbədə, bələdiyyələr lazımi səviyyədə cəmiyyətdə özlərini təsdiq edə bilməmişdilər. Buna görə də, yeni formalaşan bələdiyyələr bu məqama diqqət yetirməlidirlər. Onlar elə etməlidirlər ki, vətəndaşların bələdiyyə seçkilərinə diqqəti daha da artsın. Bu da ilk növbədə, yerli özünüidarəetmə orqanlarının əhali üçün faydalı işləməsindən asılıdır.
Bir sözlə, hesab edirəm ki, bələdiyyə seçkiləri demokratik standartlara uyğun keçirilib. Bu seçkilərdə ciddi qanun pozuntusuna rast gəlinməyib. Bəzi pozuntularla əlaqədar isə MSK müvafiq qərarlar qəbul edib. Seçkilərdə qələbə qazanan şəxsləri təbrik edirəm və onlara məhsuldar fəaliyyət arzulayıram. Onlar elə fəaliyyət göstərməlidirlər ki, növbəti bələdiyyə seçkilərində əhali daha mütəşəkkil şəkildə iştirak etsin.
- Qeyd etdiniz ki, bələdiyyələr yerli məsələlərin həllində fəal olmalıdırlar. Bu gün Dövlət Proqramı çərçivəsində respublikanın bütün bölgələrində inkişaf baş verməkdədir. Bələdiyyələrin bu inkişaf prosesindəki yerini və rolunu necə qiymətləndirirsiniz?
- öncə Dövlət Proqramının uğurları haqqında ümumi fikrimi bildirmək istəyirəm. İlk olaraq, bir neçə göstəriciyə diqqət yetirmək lazımdır. Belə ki, 2004-2008-ci illəri əhatə edən proqramın icrası müddətində ölkəmizdə 700 mindən artıq yeni iş yeri yaradılıb. Bunun da əksəriyyəti məhz regionlarda yerləşir. Bu qədər iş yerinin yaradılması regionlarda yaşayan vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına, yoxsulluğun aradan qaldırılmasına xidmət edib. Proqramın icrası nəticəsində respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması təmin olunub. Regionlarda infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturu, sosial infrastruktur əhəmiyyətli dərəcədə inkişaf etdirilib. Rayonlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi bütün rayonların simasının dəyişməsinə səbəb olub. Artıq ötən ildən regionların inkişafının yeni mərhələsi başlayıb. Hesab edirəm ki, bələdiyyələrin funksiyası məhz yerli məsələlərlə bağlı Azərbaycanın inkişafı prosesində yaxından iştirak etməkdir.
- Dediyiniz kimi, bələdiyyə seçkilərini beynəlxalq müşahidəçilər də izləyib. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası ilkin rəyində seçki ilə bağlı bir sıra tənqidlər səsləndirib. Bu tənqidlərə münasibətiniz necədir?
- Mən təşkilatın ilkin rəyi ilə razılaşmıram. Seçkidə iştirak edən tərəflər üçün bərabər şərait yaradılmışdı. Hər kəs öz platformasını təqdim edə və fəal təşviqat kampaniyası apara bilirdi. Yəni, bütün iddialılar üçün açıq meydan var idi. Ona görə də, hesab edirəm ki, bu hesabat reallığı əks etdirmir.
- Vaxtaşırı bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla çıxış etməsilə rastlaşırıq. Sizcə, bu cür hallar nə ilə bağlıdır?
- Təbii ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr mövcuddur. Həmin qüvvələr müəyyən təşkilatların vasitəsilə ölkəmizə qarşı yalnız tənqidi mövqedən çıxış edirlər. Bu prosesdə erməni lobbisinin təsiri böyükdür. Mən fakt kimi ötən ilin dekabr ayında Avropa Parlamentinin qəbul etdiyi qətnaməni xatırlatmaq istəyirəm. Bu sənəddə Azərbaycan hədəf seçilib. Mən Azərbaycan parlamenti - Avropa İttifaqı birgə komissiyasının üzvüyəm. Mütəmadi olaraq Avropa parlamentariləri ilə təmasda oluruq. özlərini demokratiyanın beşiyi sayan dövlətlər obyektivlik nümayiş etdirməlidirlər. Təəssüf ki, bu qüvvələr ölkəmizdəki uğurları görmək istəmir. Niyə insan hüquqlarından dəm vuran təşkilatlar öncə Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlar haqqında sənəd qəbul etmirlər? Bütün bunlar belə təşkilatların qərarlarının müəyyən məqsədlərə söykəndiyini sübut edir. Bu baxımdan ümid edirəm ki, Avropa Parlamentinin Azərbaycana qarşı siyasətini yumşaldacaq və obyektiv mövqe nümayiş etdirəcək. Bu cür təşkilatlar Azərbaycanın haqlı mübarizəsində bizim yanımızda olmalıdırlar.
- Jalə xanım, hazırda cəmiyyət tərəfindən ötən ilin nəticələri də geniş müzakirə olunur. Sizcə, 2009-cu ilin yekunları Azərbaycan üçün uğurlu oldumu?
- ötən il ərzində Azərbaycanda ümumxalq səsverməsi və bələdiyyə seçkiləri keçirildi. Hesab edirəm ki, 2009-cu il bu iki siyasi hadisə ilə əlamətdardır. Eyni zamanda, dünya iqtisadi böhranı şəraitində ölkə iqtisadiyyatında artımın baş verməsi də mühüm hadisədir. Yəni, dünya dövlətlərində baş verən bir çox çətinliklər Azərbaycanda yaşanmadı. Təbii ki, bu fakt Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini bir daha təsdiq edir. Bir sözlə, böhran şəraitində Azərbaycan iqtisadiyyatında artım varsa, bu böyük nailiyyətdir. Hesab edirəm ki, 2010-cu ildə də uğurlar silsiləsi davam edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21

