Azərbaycan Avropa Şurası ilə konstruktiv əməkdaşlıqda maraqlıdır
14.01.2010 [16:20]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov www.yap.org.az saytına müsahibə verib:
- Səməd müəllim, yaxın günlərdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayacaq. İstərdik ki, sessiyada müzakirə olunacaq məsələlər haqqında məlumat verəsiniz?
- Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası 25-29 yanvar tarixlərində Strasburq şəhərində keçiriləcək. Bəlkə də, bu sessiya indiyədək Avropada gedən proseslərə bənzəməyən hadisələrlə müşayiət olunacaq. Belə ki, yanvarın 25-də AŞ PA-nın indiki prezidenti Luis Mariya de Luçun səlahiyyət müddəti başa çatır. İndi həmin vəzifəyə namizəd Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud çavuşoğludur. Yanvarın 25-də qurumun rəhbərliyinə seçki keçiriləcək. Təşkilatda bir neçə siyasi qrup fəaliyyət göstərir və Mövlud çavuşoğlu bu gün Demokratik qrupdan həmin vəzifəyə yeganə namizəddir. Təbii ki, əgər o, həmin vəzifəyə seçilsə, 1949-cu ildən Avropa Şurasına rəhbərlik edən şəxs ənənəvi köhnə demokratiyalardan, yəni, Böyük Britaniya, Fransa, Belçika kimi ölkələrdən yox, Türkiyədən olacaq. Bu da bizim üçün çox vacib və əhəmiyyətli məsələdir. ümumiyyətlə, Avropada İslam dəyərlərinə münasibət müəyyən mənada bu seçkilərdə də özünü göstərəcək. Bilirsiniz ki, Türkiyəni Avropada birmənalı qarşılamırlar. Nə qədər cəhd göstərsə də, Türkiyənin Avropa İttifaqına qəbul olunması baş tutmayıb. O cümlədən, Avropa Şurasında da Türkiyənin rolu nə qədər böyük olsa da, bu rola müxtəlif baxışlar mövcuddur. Ona görə də, Türkiyə nümayəndəsinin AŞ PA-nın prezidenti seçilməsi böyük tarixi hadisə olacaq. Biz bilirik ki, indiyədək bu prosesin qarşısını almaq istiqamətində bəzi qüvvələr çox canfəşanlıq edirlər. Amma Azərbaycan nümayəndə heyəti də Avropa Şurasında çox fəal çalışır. Bu aktiv fəaliyyət görüntü xatirinə deyil. Ona görə fəalıq ki, bizə qarşı müqavimət, daim ikili standartlar, qeyri-obyektiv mövqe var. Bu sirr deyil, reallıqdır. Bunu Avropa Şurasında olan ölkələr də, deputatlar da etiraf edir. Məhz bu nöqteyi-nəzərdən Türkiyə nümayəndəsinin AŞ PA-nın prezidenti seçilməsi bizim üçün vacib və əhəmiyyətlidir. Bəlkə bu, müəyyən qədər ikili standartların aradan qaldırılması istiqamətində köməklik göstərəcək bir fakt olacaq.
- Avropa Şurasında islahatların aparılması da gündəmdə olan məsələdir. Sizcə, bu islahatlar qurumda mövcud olan ikili standartları aradan qaldıra biləcəkmi?
- Bu sessiyanın əhəmiyyətli bir hadisəsi Avropa Şurasının yeni baş katibinin çıxışı olacaq. Uzun mübahisələrdən, hətta konfliktlər və konfrontasiyalardan sonra Avropa Şurası yeni baş katibinə malik olub. Norveçdən olan baş katib Avropa Şurasının qış sessiyasında öz yeni platformasını təqdim edəcək. Bu, yeni platformanın cizgilərini o, ötən ilin dekabrında Avropa Şurasının Büro iclası zamanı Parisdə açıqlamışdı. Bu cizgilərdən başa düşmək olardı ki, Avropa Şurasında çox ciddi islahatlar aparılacaq. çünki Avropa Şurası öz yerini axtarır və II Dünya müharibəsindən sonra bir funksiyanı yerinə yetirən Avropa Şurası Sovet İttifaqı dağılandan sonra yeni müstəqillik əldə etmiş dövlətlər, onların qəbulu və demokratik proseslərə dəstək verdi. Ancaq bu proseslərin içərisində böyük problemlər yarandı. Bunun da nəticəsində yaranmış ikili standartlar daha çox üzv ölkələrə yox, Avropa Şurasının özünə təsir göstərdi və bu təşkilatın nüfuzu aşağı düşməyə başladı. Əgər hansısa təşkilatın daxilində qeyri-ciddi işlər aparılmasa, nüfuz heç vaxt aşağı düşməz. Məsələn, Azərbaycanda “siyasi məhbus” adı altında kampaniyanın başlanması. Məhbuslar bütün ölkələrdə mövcuddur və demokratiya istiqamətində inkişaf edən ölkələrdə bu problemlər var. Amma ölkələr arasından yalnız Azərbaycanı hədəfə çevirmək və bu istiqamətdə xüsusi fəaliyyət aparmaq obyektiv iş deyil. Başqa məsələlər də var. Rusiya-Gürcüstan münaqişəsi, Rusiyada gedən proseslərlə bağlı, Ermənistanla bağlı məsələlər o dərəcədə qeyri-obyektiv və qərəzli şəkildə ortaya qoyuldu ki, artıq Avropa Şurasına ciddi təşkilat kimi baxmaq çox çətin oldu. Yeni baş katibin ilk sözləri məhz bununla başladı ki, Avropa Şurası öz yerini tapmalı və nüfuzunu yüksək səviyyəyə qaldırmalıdır. Bu o deməkdir ki, yanvar sessiyasında baş katib çox ciddi bəyanatlarla çıxış edəcək. Bu da bizim üçün vacibdir. Biz həmişə obyektivliyin tərəfdarı olmuşuq.
- Bu il AŞ PA-da Azərbaycanla bağlı məruzə müzakirə edilməlidir. ümumiyyətlə, həmin məruzənin hazırlığı prosesi hansı səviyyədədir?
- Azərbaycan nümayəndə heyətinin mühüm işlərindən biri ölkəmizlə bağlı hazırlanacaq məruzə ilə əlaqədardır. Artıq qurum tərəfindən Azərbaycan üzrə ikinci məruzəçi də təyin edilib və onların ölkəmizə səfəri barədə məlumat açıqlanıb. Məruzəçilər fevralın əvvəlində Azərbaycana gələcək və ölkəmizlə bağlı növbəti sessiyalara məruzənin hazırlanması ilə məşğul olacaqlar. Yanvar sessiyasında nümayəndə heyəti məruzəçilərlə görüş keçirəcək, fikir mübadiləsi aparacaqlar. Onların səfəri ərəfəsində problemlərin müzakirəsi, məsələlərə münasibət göstərilməsi planlaşdırılır. Məruzənin hansı sessiyada müzakirəyə çıxarılması hələ bilinməsə də, indidən işə başlamaq lazımdır. Azərbaycandakı prosesləri məruzəçilərə obyektiv şəkildə təqdim etmək lazımdır. İnanıram ki, məruzəçilər Azərbaycana gələrək öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcəklər. Hər bir məruzəçi xüsusi səlahiyyətlərə malikdir və bu səlahiyyətlərdən kənara çıxmamalıdır. Təəssüflər olsun ki, belə halları məruzəçilərin davranışında görmüşük, heç də bunu arzulamırıq. Biz öz səlahiyyətlərimizi çox gözəl bilirik və heç vaxt onu aşmırıq. Eyni şəkildə istəyirik ki, Avropa Şurasından gələn insanlar səlahiyyətləri çərçivəsində fəaliyyət göstərsinlər və təşkilata məlumatları obyektiv çatdırsınlar.
- Bəs Dağlıq Qarabağ üzrə alt komitənin taleyi necə olacaq? Bu barədə müzakirələr aparılacaqmı?
- Avropa Şurasında Dağlıq Qarabağ üzrə alt komitə mövcuddur. Amma komitənin sədri Lord Rassel Conson bir il əvvəl vəfat edib və bu günədək yeni sədr təyin olunmayıb. Həmin komitə ilə bağlı büroda müzakirələr olub və qərara alınıb ki, yanvar sessiyasında yenə bu məsələyə qayıdılsın. çünki münaqişənin həlli istiqamətində danışıqlar prosesi aktivləşdiyi üçün Avropa Şurasında da bu fəallıq artmalıdır. Həmişə demişik ki, Avropa Şurasında Dağlıq Qarabağ məsələsi heç vaxt gündəmdən çıxarılmamalıdır. Sevindirici haldır ki, biz buna nail olmuşuq. Digər tərəfdən, təcavüzün nəticələrinə dair məsələlər Avropa Şurasının gündəliyindədir. Nümayəndə heyətimiz sessiyayadək bu istiqamətdə müxtəlif sənədlər hazırlayacaq.
- Bu sessiyada da Ermənistandakı vəziyyətlə bağlı müzakirələr olacaqmı?
- Ermənistanla bağlı hər sessiyada müzakirələr aparılır. Qeyd edim ki, Avropa Şurasında monitorinq altında olan bir neçə ölkə var. Azərbaycan və Ermənistan da həmin ölkələrin sırasındadır. Monitorinq Komitəsinin qayda-qanununa görə iki ildə bir dəfə ölkə AŞ PA-nın böyük sessiyasının müzakirəsinə çıxmalıdır. Məsələn, Azərbaycanla bağlı axırıncı böyük müzakirələr 2008-ci ildə olub. Növbəti müzakirələr 2010-cu ildə olacaq. Bir ildə isə 4 sessiya var. Təsəvvür edin, Ermənistanda vəziyyət o qədər acınacaqlıdır ki, sonuncu prezident seçkilərindən sonra hər sessiyada bu ölkədəki vəziyyət müzakirə olunur və yanvar sessiyası da istisna deyil. çünki prezident seçkiləri o dərəcədə biabırçı şəkildə keçirilib ki, bunu Avropa Şurasında müzakirə etməmək mümkün deyil. Problem ondadır ki, həmin bərbad seçkilərlə bağlı ortaya çıxarılmış tutarlı qərar yoxdur. Bu da onu göstərir ki, Avropa Şurası bir tərəfdən guya Ermənistanda insan haqları və demokratik inkişafla maraqlanan təşkilatdır. Digər tərəfdən isə, ortada heç bir qərar yoxdur. İkili standartların da iki tərəfi var. Biri var düzgün gedən proseslərə əyri baxış, biri də var əyri gedən proseslərə “düzgün” baxış. Azərbaycanda demokratik inkişafı görməyib yalnız problemləri görürlər, Ermənistanda isə əyriliyi görmürlər. Ona görə biz deyirik ki, Avropa Şurasında problemlər mövcuddur. İnanmıram ki, indiki sessiyadakı müzakirələrin də nəticəsində hansısa qərar qəbul olunsun.
- Səməd müəllim, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası ötən ilin dekabrında Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərini müşahidə etdi. Amma missiyanın ilkin rəyində qeyri-obyektiv fikirlər də az deyildi. Necə hesab edirsiniz, bələdiyyə seçkiləri AŞ PA-nın qış sessiyasında müzakirə edilə bilərmi?
- Bələdiyyə seçkiləri ilə bağlı bir bənd hazırlanacaq və Azərbaycanla əlaqədar olan məruzəyə daxil ediləcək. çünki seçkilərin demokratik keçirilməsi Azərbaycanın öhdəliklərindən biridir. Azərbaycanda normal, obyektiv, dünyada qəbul olunmuş standartlara uyğun seçki keçirilib. Müəyyən nöqsanlar olub və bununla əlaqədar Mərkəzi Seçki Komissiyası müvafiq qərarlar qəbul edib. Bəzi qüvvələr çalışır ki, seçkiləri hansısa rəngə boyasınlar. Amma bu, alınan iş deyil. çünki Azərbaycan seçicisi öz hüquqlarını yaxşı bilir. Bələdiyyə seçkiləri AŞ PA-da müzakirə olunmayacaq, məsələ konqresdə müzakirəyə çıxarıla bilər. 2010-cu ildə isə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan da uğurla çıxacaq.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

