Parlament seçkiləri ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq
24.01.2020 [10:15]
Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai birinci seçki dairəsi üzrə deputatlığa namizəd Hüseynbala Mirələmov www.yap.org.az saytına müsahibə verib:
- Hüseynbala müəllim, bildiyimiz kimi fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmizdə hər bir seçki azad və demokratik qaydada keçirilir. Bu baxımdan, qarşıdan gələn seçkilərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, seçkilər hər bir dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır. Çünki seçki demokratiyanın atributlarından biridir. Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkəmizdə mükəmməl seçki sistemi mövcuddur.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar göz önündədir. Demokratik inkişafın əsası kimi dəyərləndirilən seçkilərin hər bir ölkənin həyatında böyük rola malik olduğu inkaredilməzdir. 1995-ci ildə Milli Konstitusiyanın qəbulundan sonra ölkəmizdə keçirilən seçkilərin ildən-ilə təkmilləşməsi dövlətimizin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun seçki kampaniyasının təşkilində maraqlı olduğunu bir daha ortaya qoyur.
Təhlillər fonunda bir daha bu reallıq özünü təsdiqləyir ki, daim reallığın içərisində olan, özünə diqqət və qayğını görən xalq inkişafın, tərəqqinin davamlı olmasını istəyir, seçkidən-seçkiyə olan dövr ərzində müəyyənləşdirilən vəzifələrin, qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə yerinə yetirildiyinin şahidi olur. Sözsüz ki, Azərbaycanın 28 illik müstəqillik tarixini, ayrı-ayrı mərhələlərdə görülən işlərin hamısını bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas budur ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunan uğurlarla kifayətlənmir, daim irəliyə baxmaqla, yeni-yeni hədəflərə çatmaq üçün ciddi addımlar atılır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, təbii ki, birgə səylər fonunda uğurlu islahatların davamlılığına dəsək olmalıyıq. Düşünürəm ki, qarşıdan gələn parlment seçkilərində də xalqımız fəal iştirak etməklə növbəti illər üçün davamlı inkişafa öz töhfələrini vermiş olacaqlar.
- Seçkilərdə Yeni Azərbaycan Partiyasının şansını necə dəyərləndirirsiniz?
- Ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi ölkəmizdə keçirilən seçkilərdə xalqdan aldığı böyük dəstəkdir. Bu gün partiyanın sıralarında 750 min nəfərə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Partiyanın sıralarında birləşən üzvlərin 40 faizdən çoxunu gənclər təşkil edir. Bu da partiyada gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanların yaradıldığının təsdiqidir. Hər bir seçkiyə təkmil seçki praktikası ilə qatılan Yeni Azərbaycan Partiyasının son illərdə ən böyük hədəflərindən biri parlamentdə, bələdiyyələrdə gənclərin və qadınların təmsilçilik faizlərinin artırılmasına nail olmaqdır. Diqqət yetirsək, keçirilən seçkilərdə partiyanın irəli sürdüyü namizədlər siyahısında gənclərin və qadınların sayı artmaqdadır. Xatırlasaq, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin sayının artırılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu. Partiyanın tərkibində yaradılan Gənclər Birliyi və Qadınlar Şurası məhz bu məqsədin yüksək səviyyədə gerçəkləşməsinə xidmət edir.
Yeni Azərbaycan Partiyası birliyi, monolitliyi qorumaqla, səyləri birləşdirməklə xalqa, dövlətə xidmət partiyası olduğunu biri-birindən əhəmiyyətli addımları və uğurları ilə təsdiqləyir. Sözlə əməl birliyi partiyanın hər bir seçki prosesindən uğurla, qələbə ilə çıxmasını şərtləndirir. Buna görə də partiya möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, eyni zamanda cəmiyyətdə artan nüfuzu, siyasi çəkisi fonunda növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb. Seçkilərə hazırlığın qələbəyə gedən yolda başlanğıc olduğunu nəzərə alsaq, partiyanın hər bir şəhər və rayon təşkilatı hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə öz töhfələrini verməyə çalışır. Təbii ki, seçkilərin nəticələri xalqın iradəsindən asılıdır. Fərziyyələrdən uzaq olan, reallığı düzgün dəyərləndirməyi bacaran xalq hər bir siyasi qüvvənin hansı imkanlara malik olduğunu, hansı məqsəd uğrunda mübarizə apardığını çox yaxşı bilir. Düşünürəm ki, bu baxımdan seçkilərdə hər bir seçici öz seçki hüququndan istifadə edərək, Azərbaycanın davamlı inkişafına töhfələrini Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəkləri ilə təsdiqləyəcəklər.
- Rəhbərlik etdiyiniz YAP Xətai rayon təşkilatı seçki kampaniyasına necə hazırlaşıb?
- Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası monolit partiyadır. Hər bir şəhər və rayon təşkilatı fəaliyyətini partiyanın Nizamnaməsinə uyğun qurur, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə addımların atılmasını daha zəruri hesab edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı da qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə qatılıb, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.
Seçkilərin təbliğat-təşviqat mərhələsindəyik. Bu günün əsas tələbi son parlament seçkilərində keçən dövr ərzində görülən işlərin ətraflı təhlilini aparmaq, reallıqları bir daha əsaslı şəkildə ictimaiyyətə çatdırmaqdır. Təşkilatın hər bir üzvü bu prosesdə fəal iştirakı ilə diqqət çəkir.
Azərbaycan bu gün inkişafın ən yüksək mərhələsindədir. Yeni Azərbaycan Partiyası Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi, insanların daha yüksək rifah şəraitində yaşaması üçün səylər göstərir. Partiyanın hər bir seçki prosesində seçdiyi şüar onun gələcək fəaliyyətinin aydın ifadəsini yaradır. YAP Xətai rayon təşkilatı bütün seçki proseslərində xüsusi fəallıq göstərib. Əminəm ki, qarşıdan gələn parlament seçkiləri də bu fəallıq şəraitində keçəcək, hər bir şəhər və rayon təşkilatı partiyanın qələbəsinə verdiyi töhfələrdən sevinc duyacaq. Yenə də bu inamı ifadə edirəm ki, Yeni Azərbaycan Partiyasının qələbəsi şəksizdir.
- Hüseynbala müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai birinci seçki dairəsi üzrə deputatlığa namizədliyiniz irəli sürülüb. Partiyamızın sizə yenidən etimad göstərməsini necə şərh edərdiniz?
- Mənə göstərilən yüksək etimada görə partiyamızın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Əgər partiya yenidən etimad göstərib, namizədliyimi irəli sürübsə, seçicilər də səsvermə prosesində məni yenidən dəstəkləyəcəksə, bu mənim üçün məsuliyyətin daha da artması deməkdir. Bu baxımdan ki, növbəti beş il üçün fəaliyyətimi elə səviyyədə qurmalıyam ki, ölkəmizin hərtərəfli inkişafına xidmət edən yeni-yeni qanunların qəbuluna, seçicilərimin parlamentdə təmsilçisi kimi onların arzu və istəklərinin həllinə nail olum. Vəzifələr isə aydındır. Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq fəaliyyət göstərməyi özümə borc hesab edirəm. Hər bir uğur növbəti addım üçün stimulverici amil rolunu oynayır. Düşünürəm ki, ötən dövr ərzində parlamentdə fəaliyyətimlə partiyanın mənə etimadını doğrultmağa çalışmışam.
Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: “Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil Azərbaycan dövlətində yaşayırıq. Bizim məsuliyyətimiz ondadır ki, biz - bax, burada toplaşan cəmiyyətimizin əsas siyasi fəalları bu müstəqilliyi möhkəmləndiririk, qoruyuruq, əbədi, dönməz edirik, uzunmüddətli inkişaf strategiyamızı müəyyən edirik, Azərbaycanın uzunmüddətli inkişafını təmin edirik”. Təbii ki, bu fikirlər hər birimizin fəaliyyətinin əsas istiqamətini təşkil edib və gələcəkdə də etməlidir. Hər kəs çalışdığı sahədən asılı olaraq, bu inkişafa, tərəqqiyə öz töhfəsini verməlidir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsəm, parlamentdəki fəaliyyətlə seçici təkliflərinin icrasının vəhdətliyi etimadın doğrulmasına yol açan amillərdəndir. Ötən dövr ərzindəki fəaliyyətimə qiymət Yeni Azərbaycan Partiyasının yenidən etimadına seçicilərimin verəcəyi dəstəkdən bəlli olacaq. Bir daha qeyd etmək istərdim ki, seçkilərin nəticələri ölkədəki ab-havanın təzahürü olmaqla yanaşı, hər bir siyasi qüvvənin, namizədin cəmiyyətdəki nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
Hər bir uğur növbəti istəklərin yaranması üçün əsas olur. 5 il bundan öncə ölkə ictimaiyyəti nəyi arzu edirdi, bu gün isə hansı istəyini ortaya qoyur, göz önündədir. Ötən 5 ildə insanları narahat edən problemlər necə uğurla aradan qaldırılıbsa, qarşıya qoyulan istəklər də məhz Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşəcək. Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Buna heç bir şübhə yoxdur! Qarşıdan gələn parlament seçkiləri də ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

