Bu gün Avropanın ən ali tribunasından Azərbaycanın mövqeyi çox güclü səslənir
26.01.2010 [09:18]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Əli Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 9 il ötür. Bu dövr Azərbaycanın xarici siyasətində və diplomatiya tarixində hansı uğurlarla yadda qalmışdır?
- İlk növbədə, qeyd edim ki, müasir dövrdə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü çoxşaxəli xarici siyasət, sözün tam mənasında, region dövlətlərləri üçün model ola bilər. çünki bu kurs milli maraqların, Azərbaycan dövlətinin maraqlarının maksimal təminatına yönəlmişdir və müasir çoxtərəfli beynəlxalq münasibətlərdə mövcud çağırışa adekvat reaksiya kimi özünü uğurla doğruldur. ötən müddət ərzində Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edilmiş və həmin qurumların kürsülərindən geniş istifadə edərək ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. Belə beynəlxalq qurumlardan biri də Avropa Şurasıdır. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə Avropa Şurası ilə münasibətləri normal məcrada inkişaf edir. ölkəmiz bu təşkilata 9 il əvvəl tamhüquqlu üzv kimi qəbul olsa da, bu münasibətlərin tarixi 2001-ci ildən bir qədər də əvvələ gedib çıxır. Belə ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər, müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyillərini daha bariz şəkildə büruzə verirdi. Məhz bu dövrdən başlayaraq, ümummilli lider Heydər Əliyevin beynəlxalq aləmdə cərəyan edən proseslərə incə və praqmatik yanaşma tərzi və Azərbaycanın vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması üçün zəmin yaradıldı. Azərbaycan bu beynəlxalq təşkilata 2001-ci ilin yanvar ayında üzv oldu. Qeyd etmək lazımdır ki, bu proses xeyli vaxt aparsa da, bəzi qüvvələrin müqavimətinə rast gəlinsə də, ölkə rəhbərinin prinsipial və ciddi elmi əsaslara söykənən siyasəti Azərbaycanın Avropa Şurasının sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu. Dünyanın əksər beynəlxalq təşkilatlarında olduğu kimi, burada da erməni lobbisinin təsir imkanları yüksək olduğundan qarşıda ciddi problemlərin həlli vəzifəsi dayanırdı. ötən 9 il ərzində qeyd edilən vəzifələri Avropa Şurası təşkilatında dəqiqliklə yerinə yetirən Azərbaycan bu mötəbər qurumun layiqli üzvü olmaqla yanaşı, Avropa ölkələri qarşısında duran problemlərin həllində yaxından iştirak edə bilən dövlətə çevrilmişdir. Azərbaycana bu gün maraq təkcə ölkəmizin strateji-coğrafi mövqe və zəngin təbii ehtiyatları ilə deyil, eyni zamanda, möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
- Cənab İlham Əliyevin 2001-2003-cü illərdə AŞ PA-dakı fəaliyyət dövrü bütün qitədə, sözün həqiqi mənasında bir etalon, örnək qəbul edilir. Bu müvəffəqiyyətin mahiyyəti nədən ibarətdir?
- Dövlət başçımız təxminən 3 il ərzində Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərib və qeyd edildiyi kimi, bu vaxt intervalı ciddi nailiyyətlərlə zəngin olub. Cənab İlham Əliyev özü də AŞ PA-da fəaliyyət göstərdiyi illərin Onun üçün çox qiymətli olduğunu vurğulayıb: “Həyatımın bu dövrü mənim üçün bəlkə də ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı”.
2001-2003-cü illərdə AŞ PA-da nümayəndə heyətinin başçısı olmuş cənab İlham Əliyevin timsalında kiçik bir ölkənin nümayəndəsinin Avropa Şurası sistemi çərçivəsində qazandığı uğurları istənilən avropalı siyasətçi arzu edə bilər. Qısa müddətdə cənab İlham Əliyev özünü müasir dünya problemlərini bilən və onların həllinə dair real və konkret təkliflər verən strateq kimi tanıda bildi. Fəaliyyətinə və təfəkkür tərzinə görə O, milli çərçivələrə sığmadığını sübut etdi. Tarixdə bəlkə də ilk dəfə idi ki, Cənubi Qafqazın qarşılaşdığı maneə və çətinliklər ümumavropa siyasəti səviyyəsində cənab İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli şəkildə təqdim edilirdi. AŞ PA-dakı fəaliyyəti dövründə cənab İlham Əliyev hər bir çıxışında avropalılara erməni təcavüzünün mahiyyətini açıqlayır, faktlarla sübut edirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası bizim ölkəmizə nə kimi təhlükə yaradıb və Avropaya necə təhlükə yarada bilər.
2004-cü ildə Azərbaycan Prezidentinə AŞ PA-nın fəxri üzvü diplomu və medalının təqdim olunması bu təşkilatın İlham Əliyevin səmərəli fəaliyyətinə və işgüzarlığına verdiyi yüksək qiymət kimi səciyyələndirilə bilər. “Biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri, habelə, AŞ PA-nın ən fəal rəhbərlərindən biri, nəhayət ən fəal dövlət başçısı kimi qiymətləndirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevi yenidən öz yanımızda görməkdən fərəh hissi keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa Şurasına xüsusi diqqətiniz hamımızda minnətdarlıq hissi doğurmuşdur”. Bu sözləri AŞ PA-nın o zamankı sədri Piter Şider Azərbaycan Prezidentinə fəxri üzv diplomunu və medalını təqdim edərkən söyləyib.
- Siz Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin üzvüsünüz. ölkəmizin bu mötəbər qurumdakı bugünkü fəaliyyətini qənaətbəxş saymaq mümkündürmü?
- AŞ PA-da nümayəndə heyətimizin üzvləri Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə siyasi ambisiyalarını bir kənara qoyduqları, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışdıqları üçün bu mühüm beynəlxalq qurumda çox dəyərli sənədlərin qəbuluna nail olublar. Ermənistandan fərqli olaraq Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin hamısına vaxtlı-vaxtında əməl etməsi, cənab İlham Əliyevin sözləri ilə desək, uzun illər ərzində Avropa ölkələrinin keçdiyi yolu qısa bir zamanda keçmək istəməsi, Azərbaycanın rəsmi mövqeyini ifadə edərək beynəlxalq təşkilatda Ermənistan nümayəndə heyəti ilə əlaqələr yaratmaqdan imtina edilməsi - bütün bunlar insan hüquqları və demokratikləşmə prosesinin sistemli şəkildə irəli getdiyindən xəbər verir. 9 il əvvələ nisbətən Avropa Şurası da dəyişib, inkişaf edib və burada Azərbaycanın da payı az deyildir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri daim fəallığı ilə seçilmişlər. Heyət üzvləri bir sıra vacib ümumavropa problemləri ilə bağlı məruzələr hazırlayıblar, ayrı-ayrı komitələrdə, alt komitələrdə rəhbər vəzifələrə irəli çəkiliblər, onlarca sənəd hazırlayıblar, müxtəlif məsələlərin müzakirələrində fəal iştirak ediblər. Azərbaycandan bir qədər əvvəl və ya eyni vaxtda, yaxud da az sonra Avropa Şurasına qəbul edilmiş ölkələrlə müqayisədə bizim bu qurumda qazandığımız nəticələri xatırlasaq görərik ki, uğurlar nə qədər çoxdur. Təkcə bizim tövsiyələrimizlə hazırlanmış və özümüzün hazırladığımız məruzələrin sayını götürsək, Azərbaycanın Avropa Şurasını zənginləşdirmək, bu mötəbər qurumun öz işini daha səmərəli təşkil etməsi üçün nə qədər ardıcıl çalışdığının şahidi olarıq.
- Bu gün Azərbaycan-Avropa Şurası əlaqələrinin inkişaf dinamikasını necə qiymətləndirərdiniz?
- Qeyd etdiyim kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının ilk sessiyasından etibarən çox ciddi və səmərəli fəaliyyətdədir. Məlum məsələdir ki, AŞ PA öz tərkibinə görə çoxspektrli bir qurum olduğundan, burada bir-birinə zidd siyasət yeridən, dövlət maraqları qlobal miqyasda toqquşan ölkələrin nümayəndələri toplaşır, üstəlik onların siyasi baxışları çoxcəhətlidir. Belə bir geniş auditoriyada yalnız ümumdünya və ümumavropa əhəmiyyətli problemlərdən bəhs etməklə, siyasi baxış və görüşlər fərqinə yüksəlməklə uğur qazanmaq mümkündür. Bu mənada Azərbaycanın nailiyyəti indiyə qədər eyni qəbildən olan fəaliyyət görsəntilərindən məhz qaldırılan problemlərin Avropa müstəvisinə maksimum yaxınlaşdırılması xüsusiyyətləri ilə fərqlənir. Bu gün Avropanın ən ali tribunasından Azərbaycanın mövqeyi çox güclü səslənir, deputatlar öz sözlərini açıq şəkildə deyir və Avropanı Azərbaycan həqiqətlərini dərk etməyə vadar edirlər. Bu cür işbirliyinin nəticəsidir ki, dünyada ictimai rəy Azərbaycanın xeyrinə durmadan dəyişir. Azərbaycan nümayəndə heyətinin uğurlarının əsas səbəbi müzakirələrdə müdafiə mövqeyindən çəkilərək qabaqlayıcı manevrlər etməsidir. Bu, əslində, Avropa məkanında informasiya müharibələrinin başlıca qanunauyğunluqlarından biridir.
Hadisələrin inkişafı göstərir ki, Avropa ictimaiyyəti Azərbaycan həqiqətlərinə biganə deyil və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün doğurduğu ağır nəticələrin aradan qaldırılmasına öz töhfəsini verə bilər. Azərbaycan Avropa Şurasının şəxsində yeni bir mübarizə cəbhəsi açmışdır, bu isə beynəlxalq arenada qüvvələr balansını öz xeyrinə dəyişdirməyin əlavə mexanizmi kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan, mütəmadi və sistemli surətdə işləməklə, öz haqq sözümüzü dünyaya çatdırmaq üçün Avropa Şurasında daha çox tərəfdar qazanmalıyıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

