Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Çin-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir

Çin-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir

27.01.2010 [09:25]

Can Yannyan: ölkədəki siyasi sabitlik və sürətli iqtisadi inkişaf çinli iş adamlarını Azərbaycana sərmayə yatırmağa sövq edir
Dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də çin Xalq Respublikasıdır (çXR). ötən müddət ərzində ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdadır. Digər tərəfdən, ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənmiş, hər iki ölkənin dövlət rəsmiləri qarşılıqlı surətdə Bakıda və Pekində rəsmi səfərlərdə olmuşdur. ölkələrimiz arasında məsafənin uzaq olmasına baxmayaraq, indi Azərbaycanın xarici ticarət əlaqələrində çXR ön sıralardan birini tutur. “Bizim qonaq” rubrikamızın növbəti qonağı çXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Can Yannyandır.
- Cənab səfir, öncə icazə verin, kollektivimiz, eləcə də, qəzetimizin oxucuları adından Sizi çXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibəti ilə təbrik edək. Azərbaycanın müstəqilliyini ilk tanıyan Asiya dövlətlərindən biri də çin olub. ötən müddət ərzində ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
- Təbrik üçün təşəkkür edirəm. Əvvəla onu qeyd edim ki, mənim çXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım böyük şərəfdir və eyni zamanda, bu, mənim üçün böyük bir məsuliyyətdir.
Məlum olduğu kimi, çin və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin kökü əsrlərin dərinliklərinə gedib çıxır. Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşduqdan sonra bu əlaqələrdə yeni səhifə açıldı, geniş imkanlar yarandı. çin-Azərbaycan əlaqələrindən danışarkən, ilk növbədə, ümumçin Xalq Nümayəndələr Məclisinin sədri cənab Li Penin Azərbaycana rəsmi səfərini, eləcə də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin çXR-ə rəsmi səfərlərini xüsusi qeyd etmək istərdim. Məhz həmin səfərlər ölkələrimiz arasında əlaqələrin bünövrəsini qoymuş oldu.
Hazırda çin-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir və ölkələrimiz arasındakı qarşılıqlı siyasi anlaşma getdikcə daha da dərinləşməkdədir. çin tərəfi dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasında Azərbaycanın mövqeyini həmişə dəstəkləyir.
Eyni zamanda, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq uğurla davam edir, beynəlxalq məsələlərdə ölkələrimiz bir-birinə dəstək verir. Rəsmi Pekin çin-Azərbaycan əməkdaşlığının belə yüksək səviyyədə inkişaf etməsindən məmnundur. Yeri gəlmişkən, qeyd edim ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var və çin tərəfi bu əməkdaşlığı inkişaf etdirməyə həmişə hazırdır.
- Bir qədər əvvəl qeyd etdiniz ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədə inkişaf etməkdədir. Bəs, bu fikri çin-Azərbaycan iqtisadi əlaqələri haqqında da söyləmək mümkündürmü?
- Ticarət-iqtisadi əməkdaşlıq çin-Azərbaycan ikitərəfli əlaqələrində mühüm yer tutur. İki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra hökumətlərarası sazişlər imzalanıb. Əgər diplomatik əlaqələrin yarandığı ilk illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyon ABŞ dolları təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 1 milyard dolları keçib. çin Azərbaycanın xarici ticarət dövriyyəsində sayca 6-cı idxalçı ölkədir. Hazırda Azərbaycanda çin sərmayəsini müxtəlif sahələrdə-neft və qaz hasilatı, elektroenergetika, tikinti, topdansatış ticarət xidməti və başqa sahələrdə görmək mümkündür. Həmin sərmayələrin həcmi çox böyük olmasa da, əməkdaşlığı genişləndirmək üçün əlverişli imkanlar mövcuddur. Hesab edirəm ki, hər iki ölkənin şirkətləri mövcud imkanlardan istifadə etməklə bu əməkdaşlığı daha da gücləndirmək üçün yollar axtarmalıdırlar.
Baxın, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün hər hansı siyasi maneə yoxdur. Son 30 il ərzində çində aparılan siyasi islahatlar və şəffaflığın təmin olunması iqtisadi sahədə misli görünməmiş dəyişikliklərə, nailiyyətlərə gətirib çıxardı. İndi çin iqtisadiyyatı dünyanın diqqətini özünə cəlb etməkdədir. Eyni zamanda, Azərbaycanda uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində, ölkə iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Bu baxımdan, ölkələrimiz arasında iqtisadi, texniki və ticarət sahələrində əməkdaşlıq üçün böyük potensial, imkanlar mövcuddur. Əminəm ki, yaxın gələcəkdə ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr daha da genişlənəcək, əməkdaşlıq səviyyəsi daha da yüksələcəkdir.
- Yeri gəlmişkən, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivini necə görürsünüz?
- Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin bir ölkədir. Biz Azərbaycan xalqının rifahının yüksəlməsinə xidmət edən neft-qaz sənayesinin ilbəil kəmiyyət və keyfiyyət baxımından yüksəlməsini görməkdən məmnunuq.
Qeyd edim ki, çin enerji istehsal edən ölkə olmaqla bərabər, eyni zamanda, enerji idxal edən ölkədir. Təkcə 2008-ci ildə ölkəmiz 180 milyon ton neft idxal edib ki, bunun 200 min tonu Azərbaycanın payına düşür. Azərbaycanın neft və neft məhsulları çində özünə böyük istehlak bazarı tapa bilib.
Bundan əlavə, çin şirkətləri Azərbaycanın qurudakı 3 neft yatağının birgə istismarında sərmayəçi kimi iştirak edirlər. Doğrudur, hələlik bu investisiyaların həcmi böyük olmasa da, çin tərəfi gələcəkdə daha çox ehtiyatlara malik neft yataqlarının birgə istismarında iştirak etmək niyyətindədir və bu işdə Azərbaycan hökumətinin dəstəyinə ümid edir.
Enerji sahəsində əməkdaşlıqdan danışarkən, qeyd etmək istərdim ki, çin energetikanın digər sahələrində böyük təcrübəyə malikdir və bu sahədə qazandığı qabaqcıl təcrübəni hər zaman dost Azərbaycanla bölüşməyə hazırdır. Məsələn, çin tərəfi elektrik, günəş, külək, eləcə də, bərpa olunan digər enerji mənbələrinin istehsalı sahələrində Azərbaycanla texniki əməkdaşlıqda maraqlıdır. Bundan əlavə, layihə dəyəri 210 milyon dollar olan Mingəçevirdəki istilik-elektrik stansiyasının yenidənqurma işləri çin şirkəti tərəfindən həyata keçirilir. Bu layihə çərçivəsində stansiyada artıq iki aqreqatda yenidənqurma işləri başa çatdırılıb ki, onlardan biri istismara verilib.
- Cənab səfir, ölkələrimiz arasında dostluq əlaqələrindən danışdınız. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Pekinin tutduğu mövqe oxucularımız üçün də maraqlı olardı...
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çXR-in mövqeyi bəllidir və ölkəmiz bu mövqeyini hər zaman qoruyub saxlayır. çin Azərbaycanın dövlət müstəqilliyini, onun ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə, eləcə də, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun şəkildə həllinə tərəfdar olduğunu bəyan edir.
Eyni zamanda, rəsmi Pekin münaqişənin həllinə yönəlmiş beynəlxalq səyləri dəstəkləyir.
- Cənab səfir, Azərbaycanla çXR arasındakı mədəni sahədə əməkdaşlığın hazırkı səviyyəsi qaneedicidirmi?
- İkitərəfli münasibətlərin inkişafında mədəni əlaqələrin rolu əvəzsizdir. Bu sahədə əməkdaşlıqdan danışarkən, mən, ilk növbədə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın necə sürətlə inkişaf etməsinə toxunmaq istərdim. çinlə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb ki, həmin sənədə uyğun olaraq hər iki tərəfdən hər il ölkənin müxtəlif ali məktəblərində təhsil almaq üçün Bakıya və Pekinə tələbələr göndərilir. Biz Azərbaycana çin dilini tədris etmək üçün müəllimlər göndərmişik. Bakı Dövlət Universitetində çin dili və ədəbiyyatı kafedrası fəaliyyət göstərir ki, burada Azərbaycan üçün istedadlı mütəxəssislər hazırlanmaqdadır. Bundan əlavə, çin tərəfi ölkənin ali məktəblərində təhsil almaq üçün 10 azərbaycanlı tələbə üçün dövlət təqaüdü ayırıb. Qeyd edim ki, hazırda Azərbaycanda 200-dən artıq çinli tələbə təhsil alır.
Səfirliyimiz, həmçinin, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə də çox gözəl əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Bakıda çin musiqisi gecəsi, eləcə də, “çin azərbaycanlı uşaqların gözü ilə” adlı bədii müsabiqə və digər tədbirlər keçirilib. Eyni zamanda, Azərbaycanda Konfuçiya institutunun yaradılması məqsədilə ilə Bakı Dövlət və Xəzər universitetləri səfirliyimizə müraciət edib. Bundan əlavə, iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığı nəzərdə tutan saziş layihəsi üzərində iş aparılır. Hesab edirəm ki, mədəni əlaqələrin genişlənməsi ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
- İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu da böyükdür...
- çin-Azərbaycan iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyası demək olar ki, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsində, qarşılıqlı sərmayələrin cəlb olunmasında əsas mexanizm rolunu oynayır.
1999-cu və 2003-cü illərdə Bakıda, ötən il mayın 27-də isə Pekin şəhərində birgə komissiyanın iclasları keçirilib. Sonuncu iclasda iştirak etmək üçün Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi Azərbaycan hökumət nümayəndə heyəti çinə səfər edib. İclasda iki ölkə arasında enerji, elm və texnika, kənd təsərrüfatı, nəqliyyat, turizm, bank işi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər geniş müzakirə edilib. Tərəflərin razılığı əsasında birgə komissiyanın dördüncü iclası gələn il Bakı şəhərində keçiriləcək.
Məlum olduğu kimi, ikitərəfli iqtisadi əlaqələrin genişlənməsində qarşılıqlı biznes-forumların keçirilməsinin də mühüm əhəmiyyəti var. 2008-ci ildən başlayaraq, hər iki ölkənin iş adamlarının iştirakı ilə bir neçə belə forum təşkil olunub ki, həmin görüşlər iş adamlarımızın bir-biri ilə yaxınlaşması, eləcə də, gələcək əməkdaşlıq baxımından çox səmərəli olub. Ən önəmlisi isə odur ki, biznes-forumlar təkcə paytaxt şəhərlərdə- Bakı və Pekində deyil, ölkələrimizin regionlarında da təşkil olunub. Bu isə öz növbəsində əyalətlərdə fəaliyyət göstərən iş adamlarımız arasında əlaqələrin qurulmasına kömək etmiş olur. Hesab edirəm ki, qarşıdakı illərdə iş adamlarımızın iştirakı ilə belə görüşlər daha tez-tez keçiriləcək. Bu isə öz növbəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini vermiş olacaq.
- Cənab səfir, ümumiyyətlə, çinli iş adamları üçün Azərbaycan nə dərəcədə cəlbedici bir ölkədir?
- Əlverişli coğrafi mövqeyi, cəmiyyətdəki siyasi sabitlik, eləcə də, ölkənin sürətli iqtisadi inkişafı çinli iş adamlarını Azərbaycana sərmayə yatırmağa sövq edir. Uğurlu neft strategiyasının həyata keçirilməsi Azərbaycanda qeyri-neft sektorunun, eləcə də, regionların inkişafına güclü təkan verib. Bu baxımdan çinli iş adamları üçün Azərbaycanda böyük əməkdaşlıq imkanları yaranıb. Digər tərəfdən isə, Azərbaycanın Avropa-Asiya nəqliyyat dəhlizinin (TRACECA) mərkəzində yerləşməsi çinli iş adamlarının ölkə iqtisadiyyatına sərmayə yatırmağa daha da həvəsləndirir.
Məhz bu səbəbdəndir ki, Bakıda təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə hər il 20-dən artıq çin şirkətləri iştirak edirlər.
Yeri gəlmişkən, qeyd edim ki, bu il çinin Şanxay şəhərində 100-dən artıq ölkədən gəlmiş şirkətlərin iştirakı ilə beynəlxalq sərgi keçiriləcəkdir. Həmin sərgidə Azərbaycan dövləti üçün də xüsusi pavilyon ayrılıb. Burada Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrində əldə etdiyi uğurları, milli adət-ənənələri nümayiş etdiriləcəkdir. Hesab edirəm ki, Azərbaycan pavilyonu sərgi iştirakçılarının rəğbətini qazanacaqdır.
- Bəs iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə nəyi qeyd etmək istərdiniz?
- Kənd təsərrüfatı sahəsinin çində minilliklərə söykənən tarixi vardır. Yeni növ kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, kənd təsərrüfatı məhsullarının emalı sahəsində çinin bir çox nailiyyətləri mövcuddur. Yer kürəsindəki əkinə yararlı cəmi 8 faiz torpaqlardan istifadə etməklə, çin dünya əhalisinin 21 faizini ərzaqla təmin edə bilib. çində kənd təssərüfatı məhsullarının istehsal həcmi və onların istehlak bazarı böyükdür. Odur ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Onu da deyim ki, hazırda çindən Azərbaycana biyan kökü və zeytun yağı, Azərbaycandan isə çinə meyvə və tərəvəz ixrac olunur.
Bundan əlavə, Azərbaycanda bir neçə növ kənd təsərrüfatı məhsulları və müxtəlif dərman xammalları istehsal olunur ki, həmin məhsullar çində yaxşı istehlak bazarı əldə edə bilər. Eyni zamanda, çin tərəfi Azərbaycanda taxılçılığın inkişaf etdirilməsi, meyvə və tərəvəzlərin yetişdirilməsi, eləcə də, kənd təsərrüfatı məhsullarının emalında maraqlıdır.
- Cənab səfir, bəs ölkəmizlə gələcək əməkdaşlıqda çinin nə kimi planları mövcuddur?
- Qeyd etmək istərdim ki, çinlə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı zəmin yaranıb. Qarşılıqlı etimada söykənən siyasi əlaqələrimiz getdikcə daha da möhkəmlənir, ticarət-iqtisadi əməkdaşlıq durmadan genişlənir və daha da dərinləşir, təhsil və humanitar sahələrdə əməkdaşlıqda mühüm nailiyyətlər əldə olunub, təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq effektiv surətdə davam etdirilir, hər iki tərəf beynəlxalq məsələlərdə bir-birinin mövqeyini dəstəkləməkdə davam edir. Səfirlik olaraq bizim əsas vəzifələrimiz ölkələrimiz arasındakı mövcud olan bu əməkdaşlıq səviyyəsini inkişaf etdirmək, onu daha da geniş sahələri əhatə edən hərtərəfli əməkdaşlıq səviyyəsinədək yüksəltməkdir.
Yeri gəlmişkən, qeyd edim ki, çin tərəfi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığa böyük önəm verir. Məhz bu səbəbdən də səfirliyin əməkdaşlarının 1/3-i məhz ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işləri ilə məşğul olur. Biz qısa bir zamanda ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın potensial imkanlarını müəyyənləşdirməyə çalışırıq. Məsələn, enerji sahəsində əməkdaşlıqda bizim potensial imkanlarımız çoxdur. Hər iki ölkənin digər ölkələrlə enerji sahəsində əməkdaşlıqda böyük təcrübəsi vardır. Əminəm ki, birgə səylərimiz nəticəsində, enerji sahəsində əməkdaşlıqda böyük nailiyyətlər əldə edə bilərik. Digər tərəfdən isə, bu gün Azərbaycan və çin təkcə iqtisadi sahədə deyil, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və turizm sahəsində böyük potensiala malik olan ölkələrdir və son zamanlar iki ölkə arasında bu istiqamətlərdə əməkdaşlıqda bir dinamizm hiss edilməkdədir. Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
- Səmimi söhbət üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə qəzetinizin kollektivinə yaradıcılıq uğurları arzulayır, çoxminli oxucu ordusuna isə xoş arzularımı çatdırıram.
Səlim LOÄžMANOÄžLU
Paylaş:
Baxılıb: 1402 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30