/ / Seçiciləri Azərbaycanın inkişafı, firavan və xoşbəxt gələcəyi üçün YAP-ın namizədlərinə səs verməyə çağırıram
Seçiciləri Azərbaycanın inkişafı, firavan və xoşbəxt gələcəyi üçün YAP-ın namizədlərinə səs verməyə çağırıram
06.02.2020 [09:55]
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamran Bayramov www.yap.org.az saytına müsahibə verib:
- Kamran müəllim, məlum olduğu kimi, Azərbaycan çox mühüm siyasi hadisə ərəfəsidədir - fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. YAP tərəfindən sizin də Milli Məclisin deputatlığına namizədliyiniz irəli sürülüb. Seçki prosesini və seçkiöncəsi mühiti necə xarakterizə etmək olar?
- Doğrudur, fevralın 9-da keçiriləcək parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında çox əhəmiyyətli hadisədir. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən yenidən 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən mənim namizədliyim irəli sürülüb. Bununla əlaqədar partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm. Söz verirəm ki, etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Deputat seçildiyim təqdirdə öz fəaliyyətimi davam etdirməklə seçicilərə daha yaxın olacam, ölkəmizi layiqincə təmsil edəcəm.
Ümumilikdə, seçkilər ölkəmizin tarixinin ən əhəmiyyətli və taleyüklü dövrünə təsadüf edir. Artıq Azərbaycan güclü dövlətə çevrilib, regionda, dünyada öz sözünü deyir. Eyni zamanda, ölkəmizdə ötən illər ərzində çox böyük işlər görülüb. Hazırda cənab Prezidentin rəhbərliyi və təşəbbüsü ilə mühüm islahatlar həyata keçirilir. İctimai həyatın elə bir sahəsi yoxdur ki, orada müsbət dəyişikliklər olmasın, islahatlar getməsin. Xoşbəxt insanlarıq ki, belə bir dövrdə yaşayırıq, bu intibahın, tərəqqinin canlı şahidi oluruq. Təbii ki, ölkəmizdə müşahidə olunan yeniliklər, uğurlar məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Düşünürəm ki, gələcəkdə daha böyük işlərin və islahatların şahidi olacağıq. Onu da qeyd etmək lazmdır ki, islahatların müəyyən bir hissəsi dövlət idarəçiliyi ilə bağlı olub. Dövlət idarəetməsinin optimallaşdırılması, səmərəsinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, mühüm kadr dəyişiklikləri baş verib.
Xatırladım ki, ötən ilin dekabrında bələdiyyə seçkiləri keçirildi. Bunun nəticəsində bələdiyyələrdə üzvlərin keyfiyyət dəyişikliyi baş verib, gənc üzvlərin, qadınların, ali təhsillilərin sayı artıb. Bu il fevralın 9-da keçiriləcək parlament seçkiləri də qanunvericilik işinin gücləndirilməsi baxımından mühüm hadisə olacaq. Ölkəmizdə həyata keçirilən islahatlara adekvat olması, qanunvericilik təminatının təkmilləşdirilməsi baxımından bu seçkilər çox önəmlidir. Çox sevindirici bir haldır ki, parlamentin buraxılması YAP-ı Milli Məclisdə təmsil edən deputatların təşəbbüsü ilə baş verdi. Bu da onu göstərir ki, YAP cəmiyyətimizdə çox güclü siyasi təşkilatdır, cəmiyyət həyatında böyük rol oynayır və bu proses gələcəkdə də davam edəcək, partiyamız yeni-yeni uğurlara imza atacaq.
- Təmsil etdiyiniz Şəmkir və Daşkəsən rayonlarında ötən müddət ərzində görülmüş işlərlə əlaqədar nə deyə bilərsiniz?
- Şəmkir rayonuna son 5 ildə 300 milyon manata yaxın investisiya cəlb olunub. Açılmış daimi iş yerlərinin sayı 5 minə, mövsümi işlərdə çalışanlar isə 15 minə yaxındır. Bu illərdə Mərkəzi Xəstəxana inşa edilib, Zəyəm Texnologiyalar Parkı, Şəmkir Aqroparkı kimi iri istehsal müəssisələri yaradılıb.
Daşkəsən rayonunda isə son 4 ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi yaşayış evlərinin tikintisi başa çatdırılıb. Eyni zamanda, 6 modul tipli məktəb tikilib quraşdırılaraq istifadəyə verilib. 2018-ci ildə uzunluğu 25 km, əhalisi 3 min nəfər olan, 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə, 2019-cu ildə isə 6 yaşayış məntəqəsini birləşdirən 27 kilometrlik Gəncə-Daşkəsən -Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi həyata keçirilib. Daşkəsən rayonunun 2017-ci ildə Xoşbulaq kəndi, 2018-ci ildə Qaraqullar, Qazaxyolçular, Zağalı, Bayan, Quşçu kəndləri, 2019-cu ildə isə Quşçu, Quşçu Körpüsü və Daşkəsən qəsəbələri qazlaşdırılıb. Rayonda 2015-2019-cu illər ərzində 769-u daimi olmaqla 1144 yeni iş yeri açılıb.
Mən də millət vəkili olaraq ötən dövrdə seçicilərimlə mütəmadi olaraq görüşmüşəm, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq qurumlara müraciət etmişəm. Əgər yenidən etimad göstərərlərsə, seçicilərimin bundan sonra da müraciətlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyəm.
- Təbliğat-təşviqat kampaniyası zamanı insanlarda seçki əhval-ruhiyyəsi necə görünür, müşahidələriniz və təəssüratlarınız nədən ibarətdir?
- Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə çoxsaylı görüşlər keçirmişəm. İnsanlarla canlı təmas qururam. Tam əminliklə deyə bilərəm ki, seçki ilə bağlı çox yüksək əhval-ruhiyyə var. Ümumiyyətlə, ölkəmizin inkişafına böyük inam və əminlik var.
İnsanlar islahatları dəstəkləyir, cənab Prezidentin kursunu böyük rəğbətlə qarşılayırlar. Onlar seçimlərinin Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində böyük inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyasının namizədləri olduğunu deyirlər.
- Kamran müəllim, sonda seçicilərə sözünüzün nə olduğunu öyrənmək istərdik...
- Seçiciləri 9 fevralda seçki məntəqəsinə gələrək daha güclü Azərbaycan naminə, ölkəmizin inkişafı, firavan və xoşbəxt gələcəyi üçün YAP tərəfindən irəli sürülmüş namizədlərə səs verməyə çağırıram!
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

