2009-cu il ölkəmiz üçün real gəlirlərin artması və stabilləşmə ili kimi yadda qaldı
29.01.2010 [11:58]
Məlum olduğu kimi, fevralın 1-də Milli Məclisin yaz sessiyası öz işinə başlayır. Artıq parlamentin komitələri sessiya üçün iş planlarını təsdiqləyirlər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə söhbətimiz bu haqdadır.
- Hadi müəllim, başa vurduğumuz 2009-cu ilin sosial-iqtisadi yekunlarını, o cümlədən, qanun yaradıcılığı baxımından parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla, 2009-cu il dünyada qlobal maliyyə-iqtisadi böhranla müşahidə olunan bir il oldu. Əlbəttə, ötən il Azərbaycan iqtisadiyyatı da, sosial durum da istər-istəməz məlum böhranın bu və ya digər fəsadları ilə üzləşdi. Amma bunu heç cür Azərbaycanda gedən proseslərlə əlaqələndirə bilmərik. Əslində, ötən il Azərbaycanda real gəlirlər xeyli artdı. Baxmayaraq ki, 2008-ci il Azərbaycanda əmək haqlarının, sosial müdafiənin ən gücləndiyi il idi, amma 2009-cu il də real gəlirlərin artdığı və stabilləşmə ili kimi yadda qaldı. ötən il Azərbaycanda manatın inflyasiyası, demək olar ki, dayandı, milli valyutamız gücləndi. Bununla yanaşı, bazarda qiymətlərin bir qismi aşağı düşdü, digər qismi isə kəskin surətdə artmadı. Bunların hamısı son nəticədə insanların real gəlirinin artmasına xidmət etdi. Belə demək mümkünsə, Azərbaycan vətəndaşının sosial durumu bir o qədər pisləşmədi, o cümlədən, kəskin surətdə də yaxşılaşmadı. Bununla belə, ötən il bir sıra digər önəmli addımlar atıldı.
- Qeyd etdiyiniz önəmli addımlar nədən ibarətdir?
- Bildiyiniz kimi, uşaq pulu 75 manata çatdırıldı, ölkə Prezidenti tərəfindən Azərbaycan vətəndaşlarının qaz pulu borcları silindi. Digər addımlar da atıldı ki, bunlar hamısı nəticə etibarilə insanların sosial müdafiəsinə xidmət etdi. ötən il həmçinin qanun yaradıcılığı prosesində bir sıra önəmli, vacib addımlar atıldı. Azərbaycan üçün önəmli olan “Təhsil haqqında” Qanun qəbul olundu, sosial müdafiəni özündə ehtiva edən bir sıra qanunlarımızda həm müdafiə elementləri artırıldı, - konkret olaraq Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edildi, - həm də digər sistemləşdirmə, strukturlaşdırma istiqamətli addımlar atıldı. Konkret desək, pensiya yaşının təkamül qaydasında zaman-zaman artırılması, pensiyaçıların sığorta stajının artırılması, pensiyaya çıxanların güzəştlərinin bir az da sistemləşdirilməsi - məsələn, beş uşağı olanların çoxuşaqlı ana kimi pensiyaya çıxmasının formalaşdırılması - bunlar, ilk baxışda ola bilər ki, bir balaca sosial müdafiəni zəiflədən element kimi görünsün, ancaq son nəticədə sistemləşməyə, strukturlaşmaya və sosial ədalətin bərpasına xidmət edən addım kimi dəyərləndirilməlidir. Bizim ötən il qəbul etdiyimiz qanunların biri də QİçS-lə bağlıdır. ümumiyyətlə, QİçS dünyanın ən aktual problemlərindən biridir və bu baxımdan, Azərbaycanda da bu istiqamətdə önəmli addımlar atılır, atılmaqdadır. Bununla yanaşı, ötən il müzakirəyə çıxarılan qanunlar sırasında, müəyyən mübahisələr doğuran “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi də var idi.
- Sizcə, bu qanun layihəsi ilə bağlı səslənən etirazlar əsaslı deyil?
- Bilirsiniz, dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı bu proseslər gedir. Ona görə hesab edirəm ki, bu sənədin müzakirələrə çıxarılması bizim uğurlarımızdan biri sayılmalıdır. Biz bununla cəmiyyətə bir növ mesaj göndərmiş olduq, proqressiv bir qanunvericilik sənədini ortaya qoyduq, sözümüzü dedik, müzakirələr getdi, ciddi polemikalar baş verdi. Bu baxımdan inanıram ki, zamanı gələndə həmin qanun layihəsi də deyilən tələblərə uyğun olaraq qəbul ediləcək. Buna heç bir şübhəmiz yoxdur. ötən il həmçinin uzun müddətdən bəri üzərində işlədiyimiz Əmək və Ailə məcəllələri ilə bağlı işləri davam etdirmişik. Sual oluna bilər ki, nəyə görə sözügedən məcəllələrə edilməsi nəzərdə tutulan dəyişikliklər ötən il olunmadı, bunu gündəmə gətirmədik. Bunun başlıca səbəblərindən biri o idi ki, cəmiyyətdə bu dəyişikliklərə birmənalı münasibət olmadı və qeyd edim ki, hər iki tərəfin dediklərində də, arqumentlərində də tutarlılıq var idi. Yəni, biz hər iki tərəflə razılaşmalıyıq. Amma bununla belə, biz son nəticədə daha proqressiv addımlara cavab verən fikirləri dəstəklədik və dəstəkləyirik. Demək istəyirəm ki, biz növbəti sessiyada və yaxud sessiyalarda mütləq bu məcəllələrə dəyişikliklər məsələsinə qayıdacağıq.
- Hər iki məcəlləyə edilməsi gözlənilən dəyişikliklər və əlavələr hansılardır?
- Ailə Məcəlləsi ilə bağlı edilməsi nəzərdə tutulan, daha doğrusu, mübahisə mövzusu olan dəyişikliklərdən biri qızların nigah yaşının artırılması ilə bağlı məsələdir. Bu məsələ bu gün də polemika mövzusu olaraq qalmaqdadır. Biz təklif edirik ki, qızlar üçün nigah yaş həddi 18 yaş müəyyənləşdirilsin, amma bəzi qisim insanlar deyirlər ki, istisna hal kimi 17 və ya 16 yaş müəyyən olunsun. Biz deyirik ki, nigaha daxil olanlardan tibbi arayış alınsın. Bəziləri isə deyirlər ki, bu mütləq imperativ norma kimi müəyyənləşdirilsin. Eyni zamanda, əmlak, mülkiyyət müqaviləsinin bağlanması məsələsi ortalıqdadır. Biz deyirik ki, bunu imperativ şəkildə müəyyənləşdirmək olmaz. çünki digər qanunlarla ziddiyyətlər yarana bilər, amma digər qisim insanlar deyirlər ki, bu məsələ də mütləq imperativ norma kimi məcəllədə öz əksini tapsın və sair. Bunlar polemika doğuran məsələlərdir ki, mütləq baxılmalıdır. Əmək Məcəlləsinə gəlincə, biz qadınların analıq məzuniyyətinin müddətinin artırılmasını istəyirik. Burada da iki variant var. Birinci variant bu müddətin iki həftəlik, ikinci variant isə üç aylıq artrılmasıdır. Bu da müzakirə mövzusudur və açıq qalır. Onu da deyim ki, bu müddətin iki həftəlik artırılmasına artıq ilkin razılıq almışıq və bu baxımdan ola bilər ki, sonda elə bu variant üzərində dayanılsın. Lakin bütün bunlarla yanaşı hesab edirəm ki, gec-tez hər iki Məcəlləyə əlavələr, dəyişikliklər olunmalıdır.
- Bəzi millət vəkilləri belə təkliflə çıxış edib ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq anadan olanda onun adına bankda hesab açılsın. Bu məsələ necə, gələcəkdə reallaşa bilərmi?
- Bu təklif müzakirə mövzusu olaraq qalmaqdadır. Məsələn, Rusiyada uşağın dünyaya gəlməsi ilə bağlı çox ciddi addımlar atılır, buna çox böyük miqdarda maliyyə dəstəyi ayrılır. Orada analıq kapitalı adlı bir məfhum var. Yəni, ana hamilə olan andan ona 25 min rubl pul ayırırlar və bu pul sərf olunur ananın bu dövr ərzində müalicəsinə, müayinəsinə və digər xərclərinə. Eyni zamanda, bu ölkədə ipoteka kreditlərinin uşaqla, övladla bağlı maraqlı formaları mövcuddur. Məqsəd də odur ki, ölkədə təbii artım yüksəldilsin. çünki Rusiyada bu gün təbii artım da azalma müşahidə olunur təxminən 780 min adam azalır. Hətta onlar sevinirlər ki, bu il bəlkə də bir bərabərləşmə prosesi gedəcək. Azərbaycana gəlincə, təbii artım 1,1 faizdir. Bunun özü çox böyük rəqəmdir. Bizdə təxminən 100 min artım var, əhalimizin sayı 9 milyona çatıb. Bu baxımdan hesab edirəm ki, ölkəmizdə daha çox reproduktiv sağlamlığı yaxşılaşdırmaq lazımdır.
- Hadi müəllim, gələn həftə parlamentin yaz sessiyası öz işinə başlayır. Rəhbərlik etdiyiniz Sosial siyasət komitəsi bu sessiyaya hansı qanun layihələri təqdim edəcək?
- Sosial siyasət komitəsinin mətbəxində bir sıra maraqlı qanunvericilik aktları var. çox güman ki, bayaq yuxarıda adlarını çəkdiyim həm QİçS-lə, həm də reproduktiv sağlamlıqla bağlı qanun layihələri qarşıdan gələn yaz sessiyasının iş planına salınacaq. Bundan başqa, bir sıra qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin müzakirələrə çıxarılması nəzərdə tutulur. Eyni zamanda, digər qanun layihələri də var ki, onların üzərində iş gedir. Ancaq onların bu sessiyada müzakirələrə çıxarılması gözlənilmədiyi, nəzərdə tutulmadığı üçün elə bilirəm ki, adlarını çəkməyə ehtiyac yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

