ATƏT PA-nın qış sessiyası fevralın 18-19-da Vyanada keçiriləcək
30.01.2010 [08:51]
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində intensivlik artmaqdadır. Yanvar ayında həmsədrlərin bölgəyə səfəri, eləcə də, Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü hazırda gündəmin əsas mövzularından biridir. Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova danışıqlar prosesində intensivliyi əhəmiyyətli hesab edir:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivliyin olması müsbət haldır. Bunun özünü də irəliləyiş kimi dəyərləndirmək lazımdır. Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil. çünki bu intensivlik nəticə verməlidir. Nəticə ilə əlaqədar son zamanlar nikbin proqnozlar verilməkdədir. Nikbin proqnozların verilməsi üçün müəyyən qədər əsaslar var. Bu təkcə mənim deyil, bir sıra ekspertlərin, həll prosesi ilə məşğul olan rəsmi şəxslərin də mövqeyidir. Onlar münaqişənin həllində müsbət nəticə əldə olunacağına çox böyük inam ifadə etməkdədirlər. Amma Ermənistanın hərəkətlərini, danışıqlar prosesində iştirakını və onun məzmununa uyğun gəlməyən fikirlərini nəzərdən keçirib bu nəticəyə gəlmək olur ki, ermənilər hər zaman olduğu kimi həm öhdəliklərinə, həm imzalarına, həm də beynəlxalq prinsiplərə sayğısızlıq göstərməkdə davam edirlər. Bu faktı Türkiyə ilə imzalanmış protokollarla əlaqədar götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ermənistanın tutduğu mövqeyə də aid etmək olar. Ermənistanın bu mövqeyini nəzərə aldıqda çox da irəli gedən nikbin proqnozlar vermək mümkün deyil. Amma hər halda düşünürəm ki, prosesin özünün sürətlənməsi və daha çox dairələrin bu məsələnin həllinin vacib olduğunu dilə gətirməsi ümidləri artırmaqdadır. Bu baxımdan, Rusiyanın fəallığı da xüsusi qeyd olunmalıdır.
- Danışıqlar prosesində Rusiyanın daha çox fəallıq göstərməsi müşahidə olunsa da, bəzi ekspertlər Rusiyanın səmimiliyinə şübhə ilə yanaşır. Qeyd olunur ki, Rusiyanın Ermənistana kifayət qədər təsir imkanları olduğu halda, bu imkandan yetərincə istifadə etmir...
- Dünyanın ən böyük dövlətlərindən biri olan Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiyanın problemin həllinə çox ciddi töhfələri ola bilər. Səmimiliyini də şübhə altına almaq üçün kifayət qədər ciddi arqumentlər var. Ən azı ona görə ki, Rusiyanın Qafqaz siyasəti, bu siyasətin tarixi kökləri bizə bəllidir. Burada Rusiyanın Qafqaz siyasəti olduğu kimi, ABŞ-ın da Qafqaz siyasəti var. Digər qüvvələrin də bölgədə maraqları mövcuddur. Ona görə də, Rusiya problemi tək həll edə bilməz. Fikrimcə, bütün maraqlı tərəflərin dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdə olan bu münaqişənin həllində də maraqları üst-üstə düşməlidir. Amma onların Qafqazda maraqları tam şəkildə üst-üstə düşmədiyi üçün münaqişənin həllində də maraqları çarpazlaşır. Düşünürəm ki, bunun da məsələyə çox ciddi təsiri var. Hər halda, Rusiya özünün istədiyi bir çox məsələlərdə ABŞ və Avropa ilə ümumi dil tapa bildiyi üçün burada da dil tapa bilər. İstərdik ki, Rusiya sona qədər səmimi olsun. Onda müəyyən nəticələr əldə etmək olar.
- ATƏT-in Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker yaz aylarında münaqişənin həllində irəliləyiş olacağını deyib. Sizcə, bu proqnoz nə dərəcədə əsaslıdır?
- Qoran Lenmarkeri şəxsən tanıdığım üçün bilirəm ki, o, ürəkdən bu problemlərin həllini istəyən adamdır. Bunun üçün də daha çox optimist bəyanatlar verir. çox istərdim ki, onun optimist bəyanatları özünü doğrultsun. Amma Lenmarker bu işə qoşulandan belə bəyanatlar verməkdədir. Təkcə bəyanat yox, prosesin gedişində müəyyən nəticələri nəzərə almaq lazımdır. Nəticələr olmadan, bu bəyanatlar heç zaman doğrulmayacaq. O, bölgəyə səfər etməlidir. Səfərin dəqiq proqramı barədə məlumatım olmasa da, yəqin qurumun qış sessiyasından sonrakı dövrə təsadüf edəcək. Q.Lenmarker öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışan insandır. Amma burada vasitəçilərin səylərindən çox şey asılıdır.
- Bəs xüsusi nümayəndənin münaqişə ilə bağlı məruzəsinin qurumun sessiyasında müzakirə edilməsi məsələsi gündəmdən çıxarılmayıb ki?
- Q.Lenmarkerin məruzəsinin yaxın zamanlarda müzakirəsi mümkün olmayacaq. çünki o, məruzədə münaqişə ilə bağlı vəziyyətin mövcud təsvirindən daha çox prosesə təsir etməyən məqamların vacibliyini dəfələrlə vurğulayıb. Bizə məlum olan vəziyyət barədə ATƏT-in Parlament Assambleyasında müzakirə açıb təkrarçılıq etməklə nəticə əldə edə bilməyəcəyik. Prosesə təsir göstərən addımlar atmaq lazımdır. Əgər proses irəliləyəcəksə, müəyyən konkret nəticələr əldə olunacaqsa, bununla bağlı məsələ mütləq ATƏT-də müzakirə olunacaq. Yəni xüsusi nümayəndənin məruzəsi prosesdən asılı olan məsələdir.
- Bildiyimiz kimi, bu il ATƏT-ə sədrlik Qazaxıstana keçib. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının yeni sədri Türkiyənin nümayəndəsidir. Sizcə, bu amil proseslərə nə dərəcə təsir göstərəcək?
- Bu tipli nüfuzlu beynəlxalq təşkilatların əsas xarakterik cəhəti odur ki, hansı ölkənin sədrlik etməsindən asılı olmayaraq qurumun əsasnaməsinin prinsipləri və onun həyata keçirilməsi qaydaları üstünlük təşkil edir. Amma şəxsiyyətin də bu qaydaların reallaşdırılmasına təsirini inkar etmək olmaz. Bəli, hər iki təşkilatın rəhbərliyinə türklər gəlib. Mən ATƏT-in rəhbəri kimi Qazaxıstandan Dağlıq Qarabağ məsələsinə diqqətin artırılmasını gözləyirəm. Amma bu nə dərəcədə effektli olacaq, indidən demək çətindir. çünki təkcə məsələnin gündəmə gətirilməsi əsas deyil. Bu prosesdə üzv dövlətlərin mövqeyi əsas rol oynayır. Hər halda bu il aktivləşmənin şahidi ola bilərik.
- Yeri gəlmişkən, ATƏT-in Parlament Assambleyasının qış sessiyası nə vaxt keçiriləcək?
- Fevralın 18-19-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyanın gündəliyi artıq təsdiqlənib. Belə ki, qurumun toplantısında Əfqanıstandakı vəziyyət, ATƏT PA-nın sədrinin ötən müddət ərzindəki fəaliyyəti ilə bağlı hesabatı, xüsusi nümayəndələrin məruzələri, təşkilata üzv olan ölkələrdə keçirilmiş seçkilər və s. məsələlər müzakirə olunacaq. Milli Məclisin nümayəndə heyətinin üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qurumun qış sessiyasında məsələ qaldıracaqlar.
NARDAR
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

