Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mətbuatın fəaliyyətinə hər hansı məhdudiyyət yoxdur

Mətbuatın fəaliyyətinə hər hansı məhdudiyyət yoxdur

13.02.2010 [09:03]

Rəbiyyət Aslanova: Müxalifət və müxalifətdən olan deputatlar Azərbaycan jurnalistikasının fikrini ifadə etmirlər
Parlamentin son iclasında “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əlavə və dəyişikliklər edilib. Bu məsələ ilə bağlı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova jurnalistlərin suallarını cavablandırıb:
- Rəbiyyət xanım, Milli Məclisin son iclasında bir sıra qanunvericilik aktlarına, həmçinin, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında” qanunlara əlavələr və dəyişikliklər edildi. Bu məsələ ciddi müzakirələrə səbəb oldu. Müxalifət deputatları əsassız yerə iddia edir ki, guya bu məsələ Azərbaycanda mətbuatın fəaliyyətinin məhdudlaşmasına səbəb olacaq. Sizcə, onların bu iddiaları nəyə xidmət edir?
- Mənə elə gəlir ki, müxalifət və müxalifətdən olan deputatlar Azərbaycan jurnalistikasının fikrini ifadə etmirlər. çünki bu gün Azərbaycan jurnalistləri məlum əlavələr və dəyişikliklərə çox normal yanaşırlar. Eyni zamanda, bu əlavə və dəyişikliklərin hər bir Azərbaycan vətəndaşının hüquq-azadlıqlarının təmin olunmasında mühüm addım olduğunu etiraf edirlər. Bu, başqa cür də ola bilməz. Jurnalist də, məmur da, digərləri də Azərbaycan vətəndaşıdır. Bu insanların şəxsi həyatına hər hansı bir müdaxiləyə Azərbaycan jurnalisti haqq qazandıra bilməz. Sözügedən müzakirələrdə də qeyd etdiyim kimi, ayrıca beynəlxalq sənədlər var, jurnalistlərin ayrı-ayrı federasiyalarının deklorasiyaları mövcuddur. Həmin sənədlərdə də göstərilir ki, jurnalistin ən böyük amalı insanların cəmiyyətdə təhlükəsiz yaşamaq hüququnu gerçəkləşdirmək olmalıdır. Kiminsə iradəsinə zidd olaraq, onun izlənilməsi, onun haqqında məxfi məlumatların toplanılması, sonradan bu məlumatlardan sui-istifadə edilməsi heç bir Azərbaycan vətəndaşı tərəfindən qəbul edilə bilməz. Təsadüfi deyil ki, bunlar artıq dünyada qəbul olunmuş bir təcrübədir, eyni zamanda, dünyada, Avropada qəbul olunmuş qanunlardır. İndi belə olan halda, nəyə görə müxalifətçilər bu məsələyə belə yanaşırlar? Bu fikirlərin, iddiaların heç birində məntiq yoxdur. Ona görə məntiq yoxdur ki, Konstitusiyada mövcud olan bu müddəalar məhz beynəlxalq hüquq normaları əsasında tənzimlənir. Qəbul olunmuş ən mühüm sənədlər istər Avropa Konvensiyasının, istər Mülki və Siyasi Hüquqlar haqqında Paktın, istərsə də Jurnalistlərin Etik Kodeksinin ən vacib məqamları əsasında formalaşan prinsiplərdir. Bunlar hüquqi, etik, mənəvi kateqoriyalardır ki, bununla yalnız və yalnız jurnalist bir vətəndaş kimi qazanır. Eyni zamanda, digər vətəndaşlar qazanır. Ona görə də, müxalifətçilərin səsləndirdikləri ifadələr, əslində, jurnalistlərin hüquqlarını məhdudlaşdırır. Onların ifadələri məhz jurnalistlərin hüquqlarının məhdudlaşdırılmasına xidmət edir. Jurnalist bu cəmiyyətdə yaşayan, fəaliyyət göstərən bir Azərbaycan vətəndaşıdır. Onun şəxsi həyatı var və o, şəxsi həyatına müdaxilə olunmasına özü də razı olmaz. Bu baxımdan, bir daha təkrar edirəm ki, müxalifətçilər tərəfindən səsləndirilən fikirlər müasir, tərəqqipərvər Azərbaycan jurnalistlərinin və jurnalistikasının mövqeyi, fikri deyil. İnanmıram ki, Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri həmin insanların fikirlərinə dəstək versinlər.
- Bəzi dairələr onu da iddia edir ki, qanunlara edilmiş dəyişikliklər informasiya almaq azadlığına problemlər yaradacaq...
- Qətiyyən. Sizin hər birinizin informasiya almaq, informasiya toplamaq hüququnuz var. Siz bunu edirsiniz, gerçəkləşdirirsiniz. Bununla bağlı, sizin qarşınıza heç bir məhdudiyyət qoyulmur. “Əməliyyat-axtarış tədbirləri istisna olmaqla” sözləri artıq onu göstərir ki, bütün hallarda siz bu fəaliyyəti gerçəkləşdirmək haqqına sahibsiniz. Əgər çətin bir məqam varsa, yəni, hansısa bir məxfilik əməliyyat-axtarış tədbirləri zamanı qorunub-saxlanılırsa, siz jurnalist olaraq buna özünüz maraqlı olmalısınız ki, bu informasiya istintaqın davamına, gedişatına təsir edəcək bir informasiya kimi kənara sızmasın. çünki, bu, hər bir kəsin əsas hüququdur, yəni, şəxsi toxunulmazlıq hüququdur və bunu da qoruyub-saxlamaq lazımdır. Yeri gəlmişkən, parlamentin sonuncu iclasında “Fərdi məlumatlar haqqında” Qanun layihəsi ikinci oxunuşda qəbul olundu ki, orada da dövlətin özünün üzərinə bu yöndə böyük məsuliyyətlər qoyulur.
- “Diffamasiya haqqında” qanun layihəsinin də qəbul olunması haqda fikirlər səslənməkdədir. Sizcə, indiki şəraitdə bu sənədin qəbuluna ehtiyac varmı?
- Bununla əlaqədar Milli Məclisə bir qrup millət vəkili tərəfindən qanun layihəsi təqdim olunub. Biz o qanun layihəsinə baxırıq, eyni zamanda, onu dünyada mövcud olan bir sıra qanunvercilik aktları ilə müqayisə edirik. Düşünürük ki, gələcəkdə sənədi tam təkmil formada parlament müzakirələrinə çıxaraq. İmkan olsa, üçüncü çağırış Milli Məclis, imkan olmasa növbəti çağırış Milli Məclis qanun layihəsini müzakirəyə çıxaracaq. Eyni zamanda, bir anlığa fikirləşin ki, günü-gündən qanunlarımızın əhatə dairəsi genişlənir, qanunlarımızda olan müddəalar zənginləşir və Azərbaycan hüquq məkanında olan heç bir qanun beynəlxalq hüquq məkanında olan qanunlarla uzlaşmadan cəmiyyətə təqdim olunmur. Yəni, bu gün bizi nədəsə - beynəlxalq hüquq normalarından uzaqlaşmaqda günahlandırmaq mümkün və düzgün deyil.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1120 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30