Azərbaycan Qızıl Aypara Cəmiyyəti 90 illik fəaliyyəti dövründə şərəfli yol keçib
13.02.2010 [09:02]
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov www.yap.org.az saytına müsahibə verib:
- Novruz müəllim, bu il Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 90 illiyi tamam olur. İstərdik ki, 90 illik yubileyini qeyd edən təşkilatın keçdiyi yol, bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verəsiniz...
- Bildiyiniz kimi, Qızıl Aypara Cəmiyyəti 1920-ci ildə təsis edilib. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi Əliağa Şıxlinski tərəfindən hökumətə cəmiyyətə maddi yardım edilməsi haqqında müraciət olunub. O vaxtkı hökumətə rəhbərlik edən Fətəli xan Xoyski tərəfindən bu təşəbbüs dəyərləndirildikdən sonra müvafiq addımlar atılıb və cəmiyyətə ilk dəfə olaraq dövlət tərəfindən yardım ayrılıb. Bu tarixi hadisəni nəzərə alaraq, Qızıl Aypara Cəmiyyətinin tarixi 1920-ci il martın 10-dan başlayır. Xalq Cümhuriyyətinin süqutundan sonra Qızıl Aypara Cəmiyyəti sovet hökumətinin tərkibində fəaliyyət göstərib. Bu dövrdə də cəmiyyətin çox böyük uğurları olub.
Bilirsiniz ki, istənilən ictimai təşkilatın fəaliyyətini yüksək səviyyədə qurması üçün, ilk növbədə, maliyyə mənbələrinə ehtiyac duyulur. Maliyyə resursları olmasa, hansısa ictimai təşkilatın, qeyri-hökumət təşkilatının fəaliyyəti mümkün deyil. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, sovet hakimiyyəti dövründə dövlət büdcəsinin təxminən 1 faizi Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin maliyyələşməsinə yönəldilirdi. O cümlədən, cəmiyyətin böyük klinikaları, xəstəxanaları, böyük kursları, mərkəzləri fəaliyyət göstərirdi. 1940-ci ildə isə Stalinin əmrinə əsasən, bütün bu strukturlar cəmiyyətin balansından ayrılaraq Səhiyyə Nazirliyinə verilmişdi. Buna baxmayaraq, mən hesab edirəm ki, II Dünya müharibəsində Qızıl Aypara Cəmiyyətinin üzvlərinin çox böyük xidmətləri olub. Müharibə nəticəsində yaralanmış, əlil olmuş insanlara cəmiyyət tərəfindən böyük köməkliklər göstərilib, həmin insanlar müxtəlif xidmətlərlə təmin olunub. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yeni bir dövr başladı. Təbii ki, müstəqilliyimizin ilk illərində yaşadığımız olaylar, dövlətimizin üzləşdiyi problemlər bizim də fəaliyyətimizə mənfi təsir göstərib. Lakin Ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra məhz Onun diqqət və qayğısı nəticəsində Qızıl Aypara Cəmiyyəti daha effektiv fəaliyyət göstərməyə başladı. 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən rəsmən tanındı və Milli Məclis müvafiq qərar qəbul etdi. Bu qərardan sonra beynəlxalq qurumlar, o cümlədən, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası bizi tam bərabərhüquqlu üzvlüyə qəbul etdilər. Təbii ki, bu, çox böyük bir addım idi. Bilirsiniz ki, həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində yüz minlərlə vətəndaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüşdü. Onların məskunlaşdırılması üçün Sabirabad, Saatlı, İmişli rayonlarında çadır şəhərcikləri Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası tərəfindən qurulmuşdu. Həmçinin, həmin insanlar 7 il ərzində ərzaq yardımı ilə təmin olunmuşdu. Təbii ki, biz beynəlxalq federasiyanın üzvü olmasaydıq, bu beynəlxalq donorların yardımlarından məhrum olardıq. Nəzərə alsaq ki, o vaxtkı imkanlarımız bugünkü səviyyədə deyildi, iqtisadi vəziyyətimiz yaxşı deyildi, müharibə vəziyyəti davam edirdi. Məhz belə bir şəraitdə bu yardımların bizim üçün nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk edə bilərik. Məlum olduğu kimi, sonrakı illər ərzində xalqımızın ümummilli lideri Heydər Əliyev öz dərin dövlətçilik təcrübəsinə və siyasi səriştəsinə arxalanaraq, bu problemlərin hər birini aradan qaldırdı, dövlətimizi inkişaf yoluna çıxardı, stabil, sabit cəmiyyət quruculuğu prosesi uğurla davam etdirildi və bizim üçün də yeni fəaliyyət müstəvisi, fəaliyyətimizi daha effektiv qurmaq imkanları yarandı.
- Azərbaycan dövlətinin cəmiyyətə göstərdiyi dəstək haqqında nə deyə bilərsiniz?
- Sevindirici haldır ki, Ulu öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və biz bu gün dövlət qayğısı ilə tam əhatə olunmuşuq. Xatırlatmaq istəyirəm ki, 2004-cü il yanvarın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında Sərəncam imzaladı. Sənəddə müvafiq dövlət strukturlarına cəmiyyətimizlə əməkdaşlıq etmək tapşırığı verilib. Təbii ki, bu Sərəncam bizə daha geniş imkanlar yaratdı. Həmçinin, 2007-ci il mayın 8-də Milli Məclisdə Qızıl Aypara Cəmiyyəti haqqında Qanun qəbul olundu. Həmin qanuna əsasən, biz öz fəaliyyətimizi tənzimləyirik. Yeri gəlmişkən, qeyd edim ki, bu qanunun qəbul olunması təşəbbüsünü də məhz Prezident İlham Əliyev irəli sürdü. Həm bu, həm də sadaladığım digər faktlar cənab Prezidentin bizim işimizə verdiyi yüksək qiymətin, diqqət və qayğının təzahürüdür. Bu qayğı bizim sıralarımızın genişlənməsinə də şərait yaradıb. Bu gün artıq bizim üzvlərimizin sayı 260 mini ötüb. Eyni zamanda, dövlətimizin diqqət və qayğısı nəticəsində, Azərbaycan Qızıl Aypara Cəmiyyəti MDB dövlətləri sırasında ən inkişaf etmiş, ən yaxşı təchiz olunmuş milli cəmiyyətlərdən biridir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hökumətlə münasibətləri çox nümunəvidir və bir çox ölkələr bu münasibətləri öz təcrübələrində tətbiq edirlər. 2003-cü ildə bizim qəbul etdiyimiz Nizamnamə də kifayət qədər əhatəli, geniş olmaqla, beynəlxalq tələblərə cavab verir. Hətta Almaniya, Rusiya, özbəkistan, Qırğızıstan, Belarus kimi ölkələr öz nizamnamələrini hazırlayarkən bizim Nizamnaməmizi əsas götürüblər. Bu gün Qızıl Aypara Cəmiyyəti Azərbaycanda yeganə qeyri-hökumət təşkilatıdır ki, 260 mindən artıq üzvü var, 90 yaşı var və Azərbaycanın hər bir yerində regional bölmələri fəaliyyət göstərir. Bizim rayonlarda 83 bölməmiz və 7 regional mərkəzimiz var və hər bir rayonda bizim bayrağımız dalğalanır.
- Təşkilatın 90 illik yubileyi ilə bağlı hansı layihələr keçirilir?
- Biz artıq 90 illik yubileyimizə hazırlıq işlərinə başlamışıq və bütün regionlarda yubiley mərasimləri keçiririk. Artıq Sumqayıtda, Xaçmazda, İsmayıllıda belə tədbirlərimiz baş tutub. Gələcəkdə daha böyük tədbirlərimiz olacaq.
- ümumiyyətlə, cəmiyyət hal-hazırda hansı layihələri həyata keçirməkdədir?
- Strateji planlarımıza uyğun olaraq, bizim gələcəyimiz olan gənclərimizlə bağlı layihələrə üstünlük veririk. Bu istiqamətdə bir çox proqramlarımız var. Bu proqramlardan biri “Qan donoru” proqramıdır. Bu layihəmiz Norveç hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənir. Bu proqrama uyğun olaraq, müxtəlif xəstəliklərə düçar olmuş və qana ehtiyacı olan gənclərimizə yardım edirik. Biz 2002-ci ildən bəri bu layihəni həyata keçiririk və Səhiyyə Nazirliyi ilə bu istiqamətdə əməkdaşlıq edirik. O cümlədən, dünya dövlətləri üçün də ciddi təhlükə olan QİçS xəstəliyinə qarşı, narkomaniyaya qarşı mübarizə istiqamətində də bir sıra layihələr həyata keçiririk. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə “Təhlükəsiz oyun meydançaları” layihəsini reallaşdırmaqdayıq. Bu layihə xüsusən Ermənistanın işğal etdiyi ərazilərimizə yaxın bölgələrdə, cəbhə bölgəsində yerləşən yaşayış yerlərində uşaqlarımızın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş insanların axtarılması və onların haqqında məlumatlar toplanması yönündə də fəaliyyət göstəririk. Bu barədə məlumatları Əsir və İtkin Düşmüş Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyasına ötürürük. Həmçinin, tibbi sahədə də böyük layihələrimiz var. İnsanlara xəstəlikdən necə qorunmağın yolları haqqında bilgilər, məlumatlar veririk, təbliğat aparırıq.
- Qeyd etdiniz ki, itkin düşmüş insanlarla bağlı məlumatlar toplayırsınız. Məlumdur ki, ermənilər tərəfindən girov götürülmüş mülki şəxslər də var. Bu istiqamətdə nə tədbirlər görülür?
- Bu işlə birbaşa olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Nümayəndəliyi məşğul olur. Bu məsələ bizim cəmiyyətimizin mandatına aid deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycanın Əsir və İtkin Düşmüş Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyası arasında olan anlaşmaya əsasən üçüncü tərəf kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat toplayır. Yəni, onların taleyi ilə, qaytarılması işləri ilə birbaşa olaraq Qızıl Xaç Komitəsi məşğul olur.
- ümumiyyətlə, bu sahədə qanunvericiliyi necə qiymətləndirirsiniz? Beynəlxalq standartlar baxımından, cəmiyyətin fəaliyyəti üçün hüquqi baza qənaətbəxşdirmi?
- Bəli, kifayət qədər mükəmməl qanunvericilik bazası mövcuddur. Biz bu sahədə beynəlxalq təcrübəni də öyrənmişik. Bizim qanun öz müsbət keyfiyyətlərinə görə, digərlərindən seçilir. Biz qanunu hazırlayarkən bütün şərtləri nəzərə almışıq. Bizə dövlət tərəfindən maliyyə dəstəyi verilir. Bu yardım bizim əməkdaşlarımızın əməkhaqqlarının ödənilməsinə yönəlir. üzvlük haqlarından əldə olunan vəsaitlər isə birbaşa humanitar yardımlara xərclənir. Eyni zamanda, donorlar da müəyyən qədər yardım göstərirlər. Qanunda nəzərdə tutulmuş bu məsələ bizə maliyyə müxtəlifliyinin təmin olunmasına şərait yaradır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

