Azərbaycan regionda öz liderliyini davam etdirəcək
03.04.2010 [10:54]
“Trend News”un Britaniyanın “Business Monitor International” şirkətinin Avropanın inkişaf etməkdə olan ölkələri üzrə analitiki Riçard Qriveson ilə xüsusi olaraq, “Yeni Azərbaycan” qəzeti üçün müsahibəsi:
- Hazırda dünya dövlətləri ilə sıx iqtisadi-siyasi münasibətləri dərinləşdirən Azərbaycanın regionda geoiqtisadi mövqeyini necə qiymətləndirmək olar?
- 2009-cu ildə Azərbaycanda real 9,3 faiz səviyyəsində üDM artımı qibtəedici olub və ölkəni MDB dövlətləri arasında üstün mövqeyə çıxarır. Biz gözləyirik ki, ölkə davam etməkdə olan real üDM artımı başda olmaqla, regionda öz liderliyini davam etdirəcək, neft hasilatı artdıqca, neftin qiymətləri yüksək qalacaq. 2010-cu ildə biz Azərbaycanda üDM artımının 10 faiz səviyyədə olacağını gözləyirik. Biz Türkiyədə Azərbaycanın enerjidaşıyıcılarına tələbatın artım potensialını müşahidə edirik, əsasən bu, ölkənin əvvəlki illərdə enən iqtisadiyyatının çevik bərpası sayəsində baş verir. Bununla belə, Azərbaycan ixracının əsas istiqamətləri, əsasən, İtaliya, Almaniya və ABŞ-dır və ehtimal ki, belə olaraq da qalacaq. İdxala gəlincə, burada vəziyyət bir qədər fərqlidir - son illər Azərbaycan ixracının böyük hissəsi Türkiyə və Rusiyanın payına düşür və biz bu tendensiyanın gələcəkdə davam edəcəyini gözləyirik.
- Regional neft-qaz layihələrinin həyata keçirilməsində Azərbaycanın dünya birliyinə verdiyi töhfə hamıya məlumdur. Lakin Azərbaycanın enerji resursları ilə yanaşı, digər zəngin təbii ehtiyatları, turizm və İKT potensialı növcuddur, dünyanın tanınmış şirkətləri bu sahədə hansı layihələri həyata keçirməyi düşünür?
- Neft ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatında aparıcı artım faktoru olaraq qalacaq. Biz ölkədə adambaşına düşən üDM-in 2014-cü ilədək iki dəfədən çox artacağaını gözləyirik ki, bu da yaxın bir neçə ildə alıcılıq qabiliyyətinin çevik artmasına səbəb olacaq. İqtisadi rifahın artması 2008-2009-cu illərdə maliyyə böhranını digər Avropa ölkələrinin əksəriyyətindən yaxşı keçirən Azərbaycanın bank sektoru tərəfindən dəstəklənəcək və bank sektoru güclü kredit artımını dəstəkləyəcək. Nəticədə, əsasən, bank sektoru, daşınmaz əmlak sektoru və pərakəndə ticarət sektoru yaxın illərdə yaxşı fəaliyyət göstərəcək.
- Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Eyni zamanda, respublikamız xarici investorlar üçün ən cəlbedici dövlətlərdən hesab olunur. Bu faktoru sərmayəçilərin daha iri layihələrdə iştirak etməsi baxımından necə qiymətləndirmək olar?
- Azərbaycan Dünya Bankının “Doing Business - 2010” məruzəsində 38-ci mövqeni tutub ki, bu da regionun digər ölkələri ilə müqayisədə açıq-aşkar üstünlükdür. İnvestorların müdafiəsi komponenti üzrə Azərbaycan 20-ci yeri tutub və bu, geniş enerji resursları ilə eyni səviyyədə ölkəni investorların diqqət mərkəzində saxlayır.
- Qlobal maliyyə böhranını uğurla dəf edən və yüksək iqtisadi inkişaf tempini qoruyub saxlayan Azərbaycanın perspektiv inkişafı barədə nüfuzlu beynəlxalq iqtisadi qurumların proqnozları kifayət qədər ürəkaçandır. Bu uğurların başlıca səbəbləri barədə nə deyə bilərsiniz?
- Azərbaycanın qlobal maliyyə böhranından uğurla yaxa qurtarmasına üç amil şərait yaradıb. Birinci amil neftdir. 2009-cu ilin birinci yarısı ərzində iqtisadiyyat mübarizə aparıb, lakin neftin qiyməti bərpa olan kimi iqtisadiyyat öz sürətini artırmağa başlayıb. İkinci amil Azərbaycan hökumətinin neft sektorunu xarici investisiyalar üçün açmaq istəyidir ki, bu da sürətli hasilata imkan verib. Və nəhayət, sonuncu amil qlobal maliyyə böhranı boyunca Azərbaycanın bank sisteminin yaxşı vəziyyətdə olmasıdır ki, bu da eniş dövrü ərzində regionun digər ölkələrindən fərqli olaraq iqtisadiyyatın kreditləşdirilməsinin saxlanılmasına imkan verib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

