Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir
13.04.2010 [09:16]
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, artıq 2010-cu ilin birinci rübü başa çatıb. İlk olaraq istərdik ki, bu müddət ərzində həyata keçirilən sosial siyasətin nəticələri haqqında fikirlərinizi bildirəsiniz.
- Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bu mənada ölkədə uğurlu sosial siyasət həyata keçirilir. Bütövlükdə, sosial durumla bağlı olan statistik rəqəmlər onu göstərir ki, Azərbaycanda əhalinin güzəranında müsbət istiqamətdə inkişaf var, vətəndaşların gəlirlərində artım müşahidə olunur. özəl bölmənin inkişafı ilə bağlı çoxlu maraqlı məsələlər var, eləcə də, yeni iş yerlərinin yaradılması istiqamətində addımlar atılır. Bütövlükdə, sosial siyasətin bütün qollarında müsbət meyillər özünü göstərir. İndi başqa bir məqama nəzər salaq. Mən xarici ölkələrə səfər edəndə taksi sürücülərinə necə dolanmaları barədə sual verirəm. Yadıma gəlmir ki, hansısa taksi sürücüsü öz ölkəsində olan sosial durumdan razılıq etsin. Qəribə bir tendensiyadır, Almaniyada da, Türkiyədə də, başqa yerlərdə də vəziyyət eynidir. Nə üçün belədir? Səbəb nədir? Bütün bunları təhlil etməyə çalışmışam. Məgər dünyanın bütün ölkələrinin Azərbaycanda olduğu kimi 1 milyon qaçqın və köçkünü, o cümlədən, işğal olunmuş torpaqları, talan edilmiş əraziləri var? Bunun kökündə duran məsələ nədir? İllərin, tarixin, Platonun, Aristotelin dövründən gələn bir məsələdir ki, tələbatla təminat düz mütənasibdir. İnsanlar təmin oluna-oluna onların tələbatı artır. Azərbaycan vətəndaşının tələbatı da inkişaf getdikcə, artır. Əvvəllər rayonlara səfər zamanı əhali ilə söhbətlərdə deyirdilər ki, işıq olsun başqa heç nə istəmirik, qaz olsun başqa tələbimiz olmaz. Mən hələ o zaman deyirdim ki, işıq olandan sonra qaz istəyəcəyik, qaz olandan sonra yol istəyəcəyik və s. Bütün bu saydıqlarım inkişafın amilləridir və təbii prosesdir. Yəni, bu istəklər də qanunidir. Sosial durumun bu gün müsbət tendensiyaları respublikamızda yeni tələbatların yaranmasına gətirib çıxarır. Və Prezident İlham Əliyevin dövlət siyasətinin baş xətti Azərbaycan insanının sosial durumunu yaxşılaşdırmaqdan ibarətdir. Bu yaxşılaşdırmanın özü də ardıcıl olaraq, insanın sosial tələbatının artırılmasına xidmət edir. Tələbatın artması məni sosial siyasət mütəxəssisi kimi sevindirir. İnsanların tələbatları ödənə-ödənə yeni tələbatlar meydana çıxır. Bu isə inkişafın ən vacib məqamıdır. Biz bu gün Azərbaycanda gedən bu müsbət dəyişiklikləri xüsusi vurğulamalıyıq.
- Cari ilin dövlət büdcəsindən sosial sahəyə nə qədər xərclər ayrılıb? Bu, sosial layihələrin həyata keçirilməsi üçün yetərlidirmi?
- 2010-cu ilin dövlət büdcəsinin 31 faizi sosial məqsədlər üçün ayrılıb. Bu, bütövlükdə normal göstəricidir. Dünya dövlətlərində büdcələrin 20-25 faizi birbaşa bu məqsədlərə ayrılır. Azərbaycanda da bir vaxtlar sosial xərclərə büdcənin 40 faizi ayrılardı. Vəsaitin ayrılması hələ məsələnin həlli demək deyil. Yəni, biz düşünürük ki, özəl sahələr, kiçik sahibkarlıq elə inkişaf etməlidir ki, bu sahələrdən gələn gəlir, bu sahənin sahibləri özləri bir xeyli adamın sosial məsələlərini həll edə bilsin. Kiçik və orta sahibkarlıq sosial məsələlərin həllində vacib rol oynayırlar. Onlar daha çox bu məsələlərin həllinə yardımçı ola bilirlər. Bir məsələni də deyim ki, bu gün Azərbaycan dövlətinin büdcəsinin böyük əksəriyyəti əgər istehsalat yönümlüdürsə, dünya ölkələrinin büdcələrinin mədaxil hissəsini formalaşdıran əsas rəqəm xidmət sahələridir. Bizdə isə 25 faiz xidmət sahəsinin üzərinə düşür. Hesab edirəm ki, bu məsələ də tədricən tənzimlənəcək və bizim də büdcədə gəlirlərin böyük hissəsini xidmət sahələrindən gələn vergilər formalaşdıracaq.
- Gələcəkdə sosial xərclər üçün nəzərdə tutulan vəsaitin artımı gözlənilirmi?
- Prezident İlham Əliyevin dövlət quruculuğunun mahiyyətində sosial rifah durur. Yadınızdadırsa, əvvəllər bizim büdcəmizin profisiti yaranırdı. Amma, ilk dəfə olaraq, 2009-cu ili profisitsiz büdcə ilə başa vurduq. Bunun da obyektiv səbəbləri oldu. Cari ildə isə yenə büdcədə profisitin olması gözlənilir. Bilirsiniz ki, bu il büdcədə neftin qiyməti 45 dollarla götürülüb. Dünya bazarında isə neftin qiyməti 80-85 civarındadır. Bu amil imkan verir ki, büdcəmizdə yenə profisit yaransın. Əgər bu baş verərsə, təbii ki, sosial xərclərdə artım baş verəcək. Bu da insanların sosial rifahının yüksəlməsinə xidmət edəcək. Artıq maliyyə bazası var, hesab edirəm ki, bu məsələ cənab Prezidentin söylədiyi kimi pensiyaların baza hissəsində, minimum əməkhaqlarında öz əksini tapır. Ola bilər ki, başqa sosial müdafiəyönümlü addımlar da atılsın. Buna artıq büdcəmizin profisiti imkan verəcək.
- Hadi müəllim, ailə məsələləri də sosial sahənin tərkib hissəsidir. Bu sahə ilə bağlı bir sıra qanunlar qəbul olunub və rəhbərlik etdiyiniz komitə baş verən yenilikləri izləyir. Hazırda Azərbaycanda ailə məsələləri haqqında nə deyə bilərsiniz?
- Sosial müdafiənin baş xətlərindən biri ailə məsələsidir. Pensiyalar, əməkhaqları və bu kimi sahələrin hansından danışırıqsa, yenə də gəlib ailəyə çıxırıq. Niyə? çünki ailə cəmiyyətin bünövrəsini təşkil edir. Ailədə problem varsa, cəmiyyətdə də problem qaçılmazdır. Ailənin problemlərini və rifahını cəmiyyət hökmən əks etdirəcək, bu məqam qaçılmazdır. Ona görə də, diqqət etsək görərik ki, İlham Əliyev dövlət quruculuğunda ailə sosial siyasətin prioritetidir. Bilirsiniz ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandı. Digər tərəfdən, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edildi. Həmçinin, 2010-cu il “Ekologiya ili” elan olundu. Ekologiyanı, sadəcə, ağac əkməklə təsəvvür etmək düzgün deyil. Ekologiyanın qorunması sağlam ailə, ailədə sağlam uşağın böyüməsi deməkdir. Ekologiyanın qorunması gələcək nəslin sağlamlığını qorumaqdır. Ekoloji sosial siyasətin kökündə təbiətlə cəmiyyətin vəhdəti durur. Sosial ekologiya deyilən elm, istiqamət var. Sosiumla təbiətin vəhdəti sağlam cəmiyyət deməkdir. Bizim komitənin iclasında Ailə Məcəlləsi müzakirə olunur. “Ailə həkimi haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri, gənc ailələrin sosial müdafiəsinin qorunması məsələləri müzakirə olunacaq. Müzakirələr sırasında ipoteka kreditində gənc ailələrə dəstək, dağ rayonlarına işləməyə gedən gənc ailələrə dəstək və birdəfəlik yardım məsələləri dayanır. Görürsünüz, nəyə toxunuruqsa gəlib ailəyə çıxır. Bu baxımdan təkrar edirəm ki, Azərbaycan dövlət quruculuğunda sosial siyasətin prioritetlərindən biri ailədir. Ailə nədir? O həm cəmiyyətin əsasıdır, həm də sosial maraqların aqreqasiyasıdır. Ailə məsələsinə toxunanda qadın, uşaq problemləri həll olunur. Ailə mövzusu çərçivəsinə cəmiyyəti əhatə edən əksər mövzular daxildir. Ona görə də, bizdə bu mövzu aktualdır və diqqət mərkəzindədir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

